Sevgi də
şəkiltək qaradı,
ağdı...
Sevda dəliləri iman tanımır.
Sənin
də, biletsiz mindiyin gəmi
Sular quruyandan liman tanımır.
Axsaq adamlardan gözüm su içmir,
Əynimdə boz köynək,
əsirəm burda.
Külək hardan bilsin urvatım yoxdu,
Sapları çürümüş həsirəm burda...
Qəmin
sevdaları zədədi,
adam,
Əcəl söz tapmayan vəkilə oxşar...
Daşında iki ad cızdığın ömür
Ağ-qara düşdüyün şəkilə oxşar.
Yelkəni cırılan qayıqdı
gözlər,
Əzab
yanğı verən qadadı, gəlmə.
Sən heç vaxt bilmədin köç hardan ötür,
Hikmət
səndən uzaq adadı, gəlmə.
***
Birdən
iki çıxmaq nə qədər çətin,
Gözünü saatdan ayır, gecədir.
Mənə "əmi" dedi
sevdiyim qadın,
Qəfil
elə bildim bayır gecədir.
İçimin səs-küyü başıma
vurub,
Yenə
qoşqudakı atlar qocadı.
Sığal da ovutmur canımı
daha,
Boş ver, sinəmdəki çatlar "qocadı".
Edam kötüyünə kəpənək
qonub,
Cəllad
eşq bağında pəri axtarır...
Yuxumu dağıdan qadını
da, eh,
Üç gündür hər
yerdə əri axtarır.
Göyün rəngi solub xəstə adamtək,
Ay iki buluddan sallanır
hələ.
Gündə iki qucaq yalan deyirsən,
Hikmət
də uşaqtək allanır hələ.
***
Biz nə vaxt sevdik
ki, ayrılaq da, qız?
Şəhvət acıları ürəyə
yükdü...
Gəl,
qəmə bu qədər bel bağlamayaq,
Qəm qoca adamtək kürəyə yükdü.
Demə
yaşın çoxdu,
ağlım ki, kəsir,
Sevda dənizində gəmim hazırdı.
Yenə
lərzə gəlib günah buludum,
Çətirə gərək yox,
zəmim hazırdı.
Allaha baxmağa üzün yoxdusa,
Əllər boş badədi,
ha qaldır, düşürt.
Nə üzlə gəlirsən
qapıma indi?
Sevgi bir tabutdu, ya
qaldır, düşürt.
Nəfs
də pul kimi artır-azalır,
Sən daha o səhvi etmə, ölürəm.
Niyə
ayrılığın çəpəri
yoxdur,
Bəlkə kimsə deyər,
getmə, ölürəm...
***
Mismarı çürümüş nərdivanam ki?
Həyat
ya boş verər, ya damlar məni.
Özüm qırx kiloyam, günahım qırx ton,
Necə
basdıracaq adamlar məni?
Beş gündü köçmüşəm
tindəki evə,
Küçədə bir it var, ulayır elə...
Rəssama dedim ki, şəklimi
çəksin,
Gördüm ki, kağızı bulayır
elə.
Tez-tez uzaq qaçdım
çöldəki qızdan,
Eh, necə biçdilər boyuma bunu?
Şeytan
içən kimi tufan
qopardı,
Mən nahaq çağırdım
toyuma bunu.
Qoca ovçuların tüfəngi
boşdu,
Ova hədəf olmaq quş olmaqdı ki?
Eşqin
də ocağı, külü var, bəlli,
Sevmək
dəliliyə tuş
olmaqdı ki?
***
Mən qeybə çıxıram,
son kərə dön
bax,
Köçü yola sarı çevirdim, pəri.
Mənə kim dedi ki, günaha qul ol,
Özüm öz taxtımı
devirdim, pəri.
Sanıram, hələ də
ürəyim daşdı,
Başacan əyriyəm, düzüm
yoxdu ki.
Eh, çox da dedim ki, son kərə dön bax,
Üzünə baxmağa üzüm
yoxdu ki.
Mən özüm aldatdım özümü, boş ver,
Demirəm, gözümə kül
atdı kimsə.
Başımın altına daş
qoydum, yatım,
Üstünə beş-altı gül
atdı kimsə.
Eh, bir sözdü dedim, qapını ört ta,
Göynədir vurduğum zədə,
bağışla.
Onsuz da bir azdan itib
gedəcəm,
Sən nə insafa gəl, nə də bağışla.
***
Kimin boz üzü var, ehtiyat elə,
Eh, hələ bilmirsən canında nə var.
Hamıda
eşq hissi eynisə, qaç get,
Elə
get, heç bilmə yanında nə var...
Göy məndən inciyib, buludlar səsdən,
Buğda
səpəcəyim zəmi
daş kimi.
Dərd
təsbeh deyil ki, çevirim tez-tez,
Üstümə az tulla qəmi daş kimi.
Günah
ağacında nə çox zülüm
var,
Saatı
axşamdan bur, səsi
gəlir.
Kimə
güvənək ki, son saatlardı,
Bir də görəcəyik
sur səsi gəlir.
***
Cana çəpər çəkir
kef azğınları,
Gör,
nəyə qadirdi mey dolu camlar.
Qəm də duman kimi
tutdu, buraxmır,
Məni
də məst edin, ey dolu
camlar...
Bilet tapmadığım qatarlar
dönməz,
Dünya
gözlərimdə tük
olar qəfil.
Daşla
çox oynadım, ancaq bilmədim,
Nə vaxtsa üstümdə yük olar qəfil.
Dünən gül qoyduğum
qəbirdə hal yox,
Neyçün əzab çəkir
bəndən, İlahi?
Qələmi arada suladım,
bitsin...
Mən çox şey umuram Səndən, İlahi?
***
Həyat
tənlik qədər
yorucudur ki,
Mən düz əlli ildi vurub-çıxıram.
Üç dənə tuz vermir kart şoğərib
də,
Pulumu udurlar, durub çıxıram.
Edam kötüyünün üstünə
çıxıb
Cəlladı güdürəm ayıq
göz ilə.
Küləkdi, limandı, bir də ki, mənəm,
Nə kiçik görünür
qayıq, göz ilə.
Hələ tük tökməyib
çöldəki atlar,
Əzrayıl birini çapardı
qəfil...
Mən də bir Məsihdim,
tanımadın, eh,
Allah da götürüb apardı
qəfil.
***
Yollar boz çöl qədər divanə deyil,
Gedən
geri dönmür, gələn yorulur.
Guya gözlərimi tora salmısan,
Elə çırpınıram, tələn
"yorulur"...
Çatıb ömrümüzün son saatları,
Nə çox gözləyirik növbədə, Allah?
Həyat
tərəzimdə günah
var ancaq
Daha kar eləmir tövbə də, Allah.
Gör,
necə acıdır eşqin qəmləri,
Ta özünə çəkmir
ev məni, qadın.
Bilirəm, küsmüsən, qayıt,
son kərə,
Həminki nifrətlə sev
məni, qadın...
***
Yerin ortasında seyrək zəmim var,
Haramla şumlayıb oranı kimsə.
İtib
üzümdəki ağlıq
da, şükür,
Bəlkə sözə tutub
boranı kimsə?
Həyat
bir quyudu, adamlar orda
Beş-on
yerə bölür haramı hələ.
Mənim
kəndirimdə asılan
adam
Bəs niyə göynədir yaramı hələ?
Qəmi
çeynəyirəm necə
iştahla,
Bir qız gözlərimdən
asılı qalıb.
Gör,
neçə vaxtdı
ki, titrək barmaqlar
Qapımın zənginə basılı
qalıb.
...Namaz qıla-qıla günaha batmaq
Şeytanın verdiyi qayıbdı,
bala.
Hikmət
neçə vaxtdı
Allahdan küsüb,
Bir deyən yoxdu ki, ayıbdı, bala...
***
Şəkil çəkdirmişik yağışlı gündə,
Aralı
düşmüşük göylə
yer kimi.
Hər qapı açanın bir tamahı var,
Kimi tapdayacaq, söylə, yer, kimi?
Mən sənə demişdim, köç gələn vaxtı
Tabut basdırdığım çəpərə
baxma...
Hər tora bir qadın,
bir günah düşür,
Daha dizimdəki təpərə
baxma.
Bu seyrək buludlar körpədi hələ,
Yüz ildi yatırlar, səsləri çıxmır.
Taxta qapıların naxışı
itib,
Hardansa bir əziz kəsləri
çıxmır.
Sanıram, çarmıxa çəkilən
canı
Allah son nəfəsdə duyacaq yəqin.
Baxma, gözlərimin hirsi soyusun,
Kimsə
günahımı yuyacaq
yəqin.
***
Dünəndən göy coşub,
buludlar susmur,
Eh, görüş yerləri
sudumu indi?
Bir gül gətirmisən, bir qara tabut,
Mənə verəcəyin budumu
indi?
Nə vaxtdı görmürük
bir-birimizi,
Daha aramızda qatı duman var.
Artıb
qarşı düzdə
qurd-quş səsləri,
Bağlama ağaca atı,
duman var.
Soyuyub uşağa həsrət qucaqlar,
Kimdi, gəlib deyir: - Adını unut?
Bu qız kökdən düşüb piano kimi,
Sən
o uzaqdakı qadını
unut...
Bir taxta kətil var qarşında, otur:
Ruhu ölü adam çalışmaz, bəlli.
Sönüb səndən sonra
bu ocaq, bu köz,
Yüz əl qarışdıra,
alışmaz, bəlli...
***
Həya
duvağımı qara
çarşablar?
Qəmi
çörək bilib
çeynəyək indi?
Birgə
tikdiyimiz o ev də damır...
Hava çox soyuqdur, neynəyək indi?
Şeytan
adam kimi təsbeh çevirir,
Gəl,
indi adamtək zarı fikirli...
Ürəyim çatlayıb gülöyşə
nartək,
Mən yarı oyağam, yarı fikirli.
Eşitdim gəlirsən, çətin
qarşında
Gəlib
bu zəhrimar araqla durum.
Tabuta sığmıram, qəbrimi
gen qaz,
Sonra
ürəyimi varaqla,
durum...
Həyat
bir tamaşa, ömürsə səhnə,
Toxta, yaxındakı uzağı
göstər.
Çox
da küçənizdə bataqlıq yoxdur,
Mənə içindəki tuzağı
göstər.
***
Əcəl ikibaşlı yol
kimi sərtdi,
Gör neçə pəri var şamın üstündə.
Bilmirik şeytandı, yoxsa, əzrayıl, -
İki quş oturub damın üstündə.
Bir qucaq gül alaq, beş-altı çörək,
Gedək
kölgəmizi qoxlayaq,
dönək.
Burda ikiüzlü adamlar çoxdu,
Arada birini oxlayaq, dönək.
Bir-iki dağ qalıb
tapdayıb keçək,
Mənə yanğı verən
simdədi gözün.
Sən nə divanəsən, nə də ki, dəli,
Onsuz, hamı bilir kimdədi gözün.
Nə çox zəng vurursan, işim var axı,
Gözlə, adam kimi yanım, sabah gəl.
...Mənə məktub gəlib qonşu qadından,
İçində üç söz
var: "Canım, sabah
gəl".
***
Matəm
libası var neçə
əyində,
Sözün tabutu yox, təbin kağızı...
Nə vaxt imza atdıq
bu eşqə, nə vaxt,
Nədən yad əldədi kəbin
kağızı?
Zillət
bar verəndə xəzan
da dəymir,
Ardınca atmağa daşım
yox, şükür.
Şama
gör, nə qədər pərvanə
düşüb,
Daha kəsiləsi başım
yox, şükür...
Aşiq
dəli olar, yalançı olmaz,
Qarşımda qurd kimi ula, əyilmə.
Ağa əmr eləsə qul kimdi dura, -
Allah olan yerdə pula əyilmə.
***
O can ki, arağa öyrəşdi,
tulla...
Günahdan hələ də
ağızlar nəmdi.
İçində qəmi də, eşqi də düz tut,
İmza
atdığımız kağızlar
nəmdi.
Nə çox baş töküblər boz çöllərə, bax,
Çöllər nənəm kimi
məsəllidi, eh...
Daha yoxa çıxıb eşq məktubları,
İndi eşq quruca təsəllidi, eh.
Yenə
yol üstəsən,
bir anlıq dayan,
Bu qəmi şələlə
kürəyimə, köç.
Mən bir eşq dadmadım
özgə tamahda,
Hələ evin yoxdu, ürəyimə köç...
***
Zay adam başının çıxarın bilməz,
Tamah güc gələndə qudurar adam.
Get, gecə bulaqdan su gətir içim,
Eşq durmayan yerdə su durar, adam.
Yaltaq nə bilir ki, təmənna nədir,
İçində nəyi var, qırağa
tökər...
Qəmə nöyüt vursan
can buna dözməz,
Yetən
öz günahın çırağa tökər.
Ölüm baş qoyduğum
xatirə daşı...
Allaha belə bir ərzim
yoxdu ha.
Ovçusan, hədəfin haradı,
bilim,
Mənim
hər xırmanda dərzim yoxdu ha.
Sən bir pəri ol
ki, elçi düşsünlər,
Ya da eşq gölündə qayıq ol, adam.
Gecələr döyülən qapılar
kimi
Çox
hürkək olmusan, ayıq ol, adam.
Hikmət Məlikzadə
Ədəbiyyat qəzeti.- 2025.- 10
yanvar, №1.- S.31.