Səsini ucadan çıxarma...
Sərbəst esse-poema
Danışanda yavaş danış,
səsini
ucadan çıxarma,
onsuz da səsini eşidən olmaycaq.
Əgər sən içində
Allahla danışa bilmirsənsə,
qışqırmağın mənası yoxdur;
səsini
birinci Allah eşitməlidir.
Allah qışqıranları sevmir.
Qışqırırsan, nədən ötəri, kimdən ötəri?
Bircə
Allahla danışılan
səsi
heç
kim batıra bilmir.
Çünki göyləri yarıb
keçən bu səsin yolu
birbaşa Allahadır.
Göylər də Allahın
əlindədir,
ona görə qışqırmağın
mənası yoxdur.
Danışanda yavaş danış...
Heç
olmasa, küləyə
baxıb ibrət götür.
O külək ki, buludları
bezdirəndə,
ildırım gəlir buludların
köməyinə.
İldırım küləkləri yağışla
cəzalandırır,
sonra da anidən səsini kəsir...
Göylərdə nizamı pozmaq olmaz.
Yerdəki zəlzələlər fəlakətdir,
heç
bilirsənmi, bu zəlzələlərin səsi
nəyə bənzəyir?
Bu səslər İsrafilin Surunun
kiçik qətrələridir.
Bunlar hamısı ibrət səsləridir.
Azan səsinə qulaq asırsınız,
bəlkə də bütün
kainat bu səsi dinləyir.
Çünki o səsdə İlahi
həqiqət var.
İnsan
ona görə ikiayaqlı və
ikiəlli yaranmışdır ki,
ayaqları yerdən üzüləndə,
əlləri ilə göydən
imdad diləyə bilsin.
İnsan
əlləri ilə göylərə səcdə
edəndə,
o səsə birinci mələklər qulaq asır.
Heç
bilirsənmi, quşların
niyə əlləri yoxdur?
Çünki onlar birbaşa göylərə pənah
aparırlar...
Ancaq aslanlar nərildəyəndə,
heç
meşələr də
eşitmir.
İt niyə hürür, özü də bilmir,
amma karvan keçir.
Çaqqalın ulaması ancaq
meşəni korlayır.
Dəvənin boynu əyri olduğu üçün
göyə baxa bilmir.
Yerin bütün yüklərini
dəvə daşıyır.
başqa
çıxış yolu
da yoxdur,
Onun missiyası ancaq yerlə bağlıdır.
Amma dəvələr də inildəyir,
bu inilti səs deyil, nalədir.
Bəlkə naləsi göylərə
çata,
əslində bu, ərşin
səsidir, -
nə qədər yük daşımaq olar?
Atlar isə başqadır,
atlar şahə qalxanda
ayaqları yerdən üzülür.
Kişnəməsi ilə birbaşa
göyə tuşlanırlar.
Yəqin
onlar göydə ağatlı oğlanı
görürlər.
Peyğəmbərlərin səsini həm yerdə,
həm göydə eşidiblər...
Həzrəti Məhəmməd peyğəmbərliyə
qırx
yaşdan sonra başladı.
O, səsini çıxaranda
dünya dəyişdi,
O, dahilərin dahisidir.
Həzrəti İbrahim də, Həzrəti
Musa da,
Həzrəti Yusif də vaxtlarını gözləyiblər.
Bircə
Həzrəti İsadan
başqa,
O, dünyaya səslə gəldi.
Sonra da qeybə çəkildi,
çarmıx şeytan xislətli
insanlara
ancaq görüntü idi.
Onun göylərdə yüksək
məqamı var...
Mən də içimdə Tanrı ilə danışıram,
səsim
içimdə çağlayır,
heç
dənizlər, ümmanlar
belə
çağlaya bilməz.
Mən indi səsimi içimdən çıxarıram,
deyirəm ki, şeytan həmlələrinə
ən çox bizim yurdumuz məruz qalır.
Çünki Tanrının Od elmi
və Ağ elmi
bizim yurddadır.
Bu, bizə maqlardan qalan yadigardır.
Quranda
da buna işarətlər var.
Şeytanı təcəssüm edən
qüvvələr
bunu yaxşı bilirlər.
Şeytani qüvvələr bu
elmləri ələ keçirib
yurdumuzu
müqəddəslikdən
uzaqlaşdırmaq istəyirlər.
Nail ola bilməyəcəklər...
Ariflərimiz və müdriklərimiz
ruhi əlaqələrlə
bu elmləri göz bəbəyi kimi qoruyur.
İsa Muğanna bu elmi bilirdi,
bu elmin sehrlərini öz ruhunda daşıyırdı.
O, mələklərin çiynində
cənnətə getdi.
Erməni-daşnaklar şər qüvvələrin
ruhi daşıyıcılarıdır.
İmperiyanın mürtəce qüvvələri
və
erməni-daşnaklar İsa Muğannanı
fiziki
cəhətdən məhv etmək
üçün hər
cür
fitnə-fəsadlara əl atırdılar.
Heydər
Əliyev bunu bilir,
İsa Muğannanı qoruyurdu.
ütün şər qüvvələr
onun
müdrikliyi qarşısında aciz
duruma düşürdülər.
Əslində Heydər Əliyev
İsa Muğannanı
qorumaqla
yurdumuzun Od elmi və Ağ elmini
qoruyur, bu elmlərin gələcək nəsillərə
ötürülməsini şərtləndirirdi.
Yurdumun səmalarında gizli və müqəddəs
elmlərin şölələnməsi şər qüvvələrin
intiharıdır.
Şeyx
Nizami Gəncəvi, Həsən bəy Zərdabi də
yurdumuzun
Od və Ağ elminə bələd idilər.
Sonda xeyir qüvvələr şər qüvvələrə
qalib gəlir.
Erməni
hər vaxt insanlığa xəyanət
etmişdir.
Dünyanın hər yerində
müxtəlif cildlərdə,
müxtəlif simalarda erməni
yaşaya bilər,
lakin onların hamısı daşnakdır,
yəni
şeytandır...
Terrorizm
onlara şeytanın əxz etdiyi
ən alçaq xislətlərdən
biridir.
Əlli
ildən çox şər imperiyasında
ən uca kürsüləri zəbt edə bilmiş
Mikoyan şeytanın ən qanuni törəməsi idi.
Mikoyan hələ iyirmi yaşında olanda
Şərq dünyasının dühalarından
olan Nərimanov
bu şeytanın fitnə-fəsadlarından,
onun alçaq əməllərinin
yurdumuza və türklüyə
ağrı-acısız ötüşməyəcəyini
demişdi.
İmperiyada repressiyalara Mikoyanın
-
bu əclafın çıxışından
sonra rəvac verilmişdir.
Hətta
Stalin də bu məruzəni oxumaqdan
boyun qaçırmışdı.
Bu məruzəni ancaq şeytanların şahzadəsi
erməni-daşnak Mikoyan oxuya bilərdi.
Leninqrad
mühasirədə olanda
ərzaq
təminatına cavabdeh
olan
daşnak-şeytan Mikoyan şəhər əhalisini
aclıqdan öldürdü.
Onun həmkarı kiçik şeytan Baqramyan
yarım
milyon sovet əsgərini
öz nadanlığı üzündən
güdaza verdi.
Lakin
Mikoyan onu qoruya bildi.
Çünki Mikoyan faciəni başqalarının
üstünə atmağı bacardı.
Həzi
Aslanovun hərbi dühası
erməni
daşnaklarını çox
qıcıqlandırırdı.
Həzi
Aslanovun ayağının
bildiyini
erməni
general və marşalların
başı bilmirdi.
Mikoyan-Baqramyan cütlüyü Həzi Aslanovu
çox
alçaqcasına aradan
götürdü.
Mikoyanın da qorxduğu nəsnələr
var idi...
Mikoyan niyə Bakıya gəlməkdən qorxurdu?
Çünki bilirdi ki, Bakıya
gəlsə, qulağı
kəsiləcək.
Onun ustadı və müəllimi, daşnak-terrorist
Andranikin
qulağı bizim yurdumuzda kəsilmişdi.
Mikoyan ömrü boyu bu psixoloji
zədə ilə yaşamışdır.
Qulağının kəsilməsindən qorxurdu,
bu bədbəxt toplumun milli qəhrəmanları
ya tayqulaq olur,
ya da Qaregin Nijde kimi
nasist.
Mütəmadi olaraq bu toplumun inanc yeri olan
kilsələrində biabırçılıqlar
dünyaya faş olur.
Bu kilsələrdə dinlə
bağlı heç nə yoxdur,
burada bütün fitnə-fəsad
və
şeytani siyasətin planları
cızılır...
Mikoyan həm də ən eybəcər satqındır.
İyirmi
altı Bakı komissarını, öz əqidədaşlarını
satan
Mikoyan olmuş, özü
aradan çıxmışdır.
Stalin bunu bilir, bu
faktla onu bambılı sanırdı.
Mikoyan gecə-gündüz Stalinə
yarınmaqla
Kremldə özünü Qafqaz
qruplaşmasına
sadiq şəxs kimi göstərmək istəyirdi.
Lakin
Stalin ölən kimi Qafqaz qruplaşmasına
arxadan zərbə vuran Mikoyan oldu.
Onun Beriyaya nifrəti fərdi deyildi,
Bu nifrət bütün gürcü xalqına
və digər qafqazlılara yönəlmişdi.
Çünki Mikoyan və digər
erməni daşnaklar
bilirlər ki, ermənilər qafqazlı
deyillər.
Tolstoyun
təbirincə deyilsə,
ermənilərin
Qafqaza köçürülməsi Qafqaz
xalqlarının belinə
arxadan vurulmuş xəncərdir.
Ermənilərin gürcülərə pataloji nifrəti
həm də ondan qaynaqlanır
ki,
ermənilərdən fərqli olaraq
gürcülərin tarixi saxta deyil,
gürcülərin Qafqazda köklü və oturaq xalq
olması,
bu bölgədə
xristian dininin mənəvi dəyərlərinə
sadiq olmaqla bu dəyərləri
qorumaları
erməniləri həmişə qıcıqlandırmışdır.
Saxtakarlıq real faktlardan qorxur.
Fars şovinizmi erməni-daşnak
terrorizmi
ilə məsləkdaşdır.
Onları
birləşdirən ümumi
xislətlər çoxdur,
bunların başında nankorluq
dayanır.
Min illər farslar və ermənilər türklərin
hakimiyyəti altında yaşamış,
hər hansı bir təqibə məruz qalmamışlar.
Lakin əllərinə fürsət
düşən kimi ermənilər
türkləri cismani, fars şovinizmi isə mənəvi
soyqırıma məruz qoymuşlar.
Fars şovinizminin islama, müsəlmançılığa
heç
bir aidiyyatı yoxdur.
Səlib
yürüşlərinin qarşısını
türklər alanda
farslar türklərə arxadan
zərbə vurmağı düşünmüşlər.
Xilafət saraylarında farsların
törətdikləri fitnə-fəsadlar
müsəlman
dünyasının parçalanmasına
hesablanmış addımlar olub.
Farsların yaşadığı ərazilərdə dövlət
sarsılıb
yoxa çıxanda, onun xarabalıqları
üzərində Azərbaycan türkləri
yenidən
möhtəşəm dövlət qurmuşlar.
Fars şovinizmi Şah İsmayıl Xətai,
Nadir şah Əfşar,
Məhəmməd şah Qacarı
unudarlarsa,
nankorluqda
tayları-bərabərləri yoxdur.
Pəhləvi İranı anqlo-sakson
imperializminin,
molla rejimi isə
fransız imperializminin layihəsidir.
Molla rejimi fars şovinizminin
ən idbar formasıdır.
Moizə
oxuyanların dövləti
idarə
etmək qabiliyyəti
yoxdur.
Terrorçu qurumlar yaratmaq
dövləti idarə etmək
deyil.
Müqəddəs dinimiz, əhli-beytimizdən
siyasi alət kimi istifadə etmək
Tanrı
qarşısında ən
böyük günahdır.
Lakin molla rejimi bunu
nəzərə almır,
özlərinin siyasi ambisiyaları
üçün
müqəddəs dinimizə xələl
gətirirlər.
Öz xalqlarını acından
öldürüb onların
pulunu terrorçu qurumlara xərcləyənlər
əvvəl-axır Allahın qəzəbinə gəlməlidir.
Bu rejimlərin əkdikləri
İranın qarşısına çıxacaq.
Bunu indi dərk edirlər,
onlar yenidən bir türkü dövlət
başına gətirib İranı
xilas etmək istəyirlər.
Lakin artıq qatar getmişdir,
İran dağılmağa məhkumdur,
ya da bu coğrafiyada hakimiyyət
bütünlüklə türklərə
keçməlidir.
Fars şovinizmi muxtariyyətə
də
həsrət qalmalıdır.
Fransa da
iflic olmaq ərəfəsindədir.
Çörçilin Şarl de Qola rəğbəti
İkinci
Dünya müharibəsindən
sonra
dünya
düzənində Fransaya
daha çox
və əsassız pay ayrılması
ədalətsiz idi.
Fransa bunu haqq etmirdi,
çünki uduzmuş tərəf
idi.
Hitler həmişə xoruzlanan Fransanı
üç günə işğal
etdi,
bu məğlubiyyətdən sonra
Fransa
ümumiyyətlə dünya düzəninə çıxmamalı
idi.
Nə yaxşı ki, Qafqazdan olan partizanlar
toparlanıb Fransanı faşist
işğalından azad
etdilər.
Şarl
de Qol nəyə görə tez-tez Bakıya gəlirdi?
O, faşizmə qarşı
mübarizə sirlərini
Bakıda
öyrənirdi.
Həm də onda macar
qanı var idi...
Şarl
de Qolun fransızlardan
daha çox
azərbaycanlı Əhmədiyyə Cəbrayılova
etibar etməsi
onun uzaqgörənliyindən xəbər
verirdi.
Heç
Napoleon da fransız deyildi,
o, Fransanı xürafatdan qurtarmaq üçün
yeni tipli imperiya yaratmağı qərara aldı
və bunu bacardı.
Lakin
Napoleon bilirdi ki, fransızlar
öz imperatoruna layiq deyillər.
Rusiya ilə müharibədə
fransız döyüşçülər
Napoleonu
biabır etdilər.
Onlar Moskvada döyüşmək
əvəzinə,
talançılıq və əxlaqsızlıqla məşğul
olurdular.
Fransanın gücü ancaq
dəyənəklə silahlanmış
Afrika xalqlarına çatır,
ya da kiçik ada dövlətlərini ilhaq
edirlər.
Avropada onlar türkləri və ingilisləri
görəndə quzuya dönürlər.
Bəlkə buna görə Napoleon deyirdi ki,
mənə qalsa, ordumu
türklərdən formalaşdırardım...
Fransanın indiki rəhbərləri
ermənilərə bacı deyirlər,
fransız hara, erməni hara?
Təhtəlşüurda görən nə nəzərdə tutulur?
Şarl
de Qol və Napoleon da əsl şəxsiyyət
idilər.
Onların türklərə rəğbəti
türklərin böyüklüyünə görə idi.
Fransanın indiki rəhbərləri
təfəkkürcə çox cılızdırlar.
Onlar ermənilərin pulu ilə
hakimiyyətə gəldikləri üçün
türkçülüyə
qarşı avantürist siyasət
yeridirlər.
Qorbaçovun ermənilərdən aldığı
qızıl və maliyyə
öz başında çatladı.
Sonda ermənilər özü
onu pis duruma
saldı.
Fransa da
məhvə məhkumdur,
vaxta çox az qalıb...
Dünya
düzənində türk
dünyasının
ulduzu parlayır.
Turan imperiyası müasir,
yeni sivilizasiya deməkdir.
Bu sivilizasiyada ikiüzlü standartlara
yer olmayacaq.
Türk
dünyasının birqütblü
güc olması realdır.
Heydər
Əliyev bütün
neft-qaz
kommunikasiyaları ilə türk dünyasını ilkin
mərhələdə birləşdirdi.
Bu, Turan imperiyası yaradılmasının
anonsu idi...
Şeytani qüvvələrin kürkünə
birə
düşmüşdü,
onların iyrənc çabaları
ürəyində qaldı.
Bu yolda geri dönüş
ola bilməzdi.
Çünki müdriklər öz
addımlarını
çox
uzaqlara hesablayırlar.
Qarabağ erməni terrorizmindən
azad olunarkən, imperialist dünyasında
mənfur
qüvvələri sarsıtdı.
Onların səsi hıçqırtılı
və titrək idi.
Çünki belə qüdrəti
və əzəməti
təsəvvür edə bilmirdilər.
Yurdumuzun
bu ədalətli savaşına
imperialist
dairələrin atdığı
iftiralar
İlham Əliyevin haqlı və məntiqli
çıxışları ilə darmadağın edilirdi.
Bu çıxışlardakı səsin
cazibəsi
dünyanı heyrətə salırdı.
Nüvə silahi ilə öyünənlər,
dünyanın hər yerində
öz maraqları naminə
dinc sakinləri, qocaları, qadınları,
körpələri, təcili yardım
maşınlarını
bombardman
edənlərə,
Şuşada kilsənin iki kərpic daşının
qopmasından həyasızcasına
hay-küy qoparanlara nə ad vermək
olar?
Abırsızlığın da bir həddi olmalıdır.
İmperialist
dünyasının məkrli
planları alt-üst oldu.
Haqq nazilər, üzülməz.
Qırx
dörd günlük müharibədə
qazanılan qələbə haqqın
və ədalətin
təntənə səsi idi.
Yurdumuzun
Od elmi və Ağ elminin
üzə çıxmasının təzahürləri idi.
Bəlkə Tanrı yurdumuza
Səs elmi
də ərməğan edir?!
"Zəfər günü"
şeirimdə demişəm:
"Vətən qələbələr
yürüşündədir",
yeni-yeni qələbələr yürüşündə.
Bunu mənə içimdəki
səs deyir,
içimdəki Allahla danışdığım
səs.
Bəlkə bunun özü
də Səs
elminin bir qətrəsidir?
Xilaskar səs
Qazaxıstanın Aktau şəhəri
yaxınlığında təyyarə
qəzaya uğrayarkən
azərbaycanlı
stüardessa xanım Hökumə
Əliyevanın sərnişinlərin
xilası üçün
göstərdiyi
fədakarlıq və həyəcanlı çağırışları
bir xilaskar səs kimi dünyanı
heyrətə salmışdır.
Dünya
çox sarsıldı
sənin səsindən,
Bu səs insan səsi, mələk səsimi?
O səsdə Vətənin
səsi var idi,
O səslə qırıldı
şərin tilsimi.
İtirir
göylər də tarazlığını
Yaşamaq uğrunda gedəndə
cəngi.
O səsdə rahatlıq tapırdı sanki
Yerin ahəngiylə göyün
ahəngi.
Vətən səmasında dan söküləndə
Son dəfə Xəzəri seyr edib keçdi.
Bu dəfə göylərdə
insan kimi yox,
Bu dəfə göylərdə
mələktək uçdu.
Otuz üç yaşında ömrə son qoyan
Tanrının yolunda cihad edəndir.
Cənnətdə mələklər başsız
qalanda,
O, öz sevdiyini şəhid edəndir.
Otuz üç yaşında
İsa Məsih də
Xilaskar rolunda qeybə çəkildi.
Bəşərin xilaskar axtaran gözü,
O vaxtdan yerə yox, göyə dikildi.
Kim bilir, bəlkə də mələklər elə
Orda dayanıbmış çiçəklər
ilə.
Otuz üç yaşını
sən bayram etdin
Yerdə
yox, göylərdə
mələklər ilə.
O səsdə Vətənin
səsi var idi,
Təsəlli qəlbləri isidir
axı.
O səsin sehrindən dünya ayılmır,
Bizim od qızının səsidir
axı.
Həzrəti İsanın mövlud
günündə
Göylərdə həyatla vidalaşdı
o.
Qovuşdu əbədi səadətinə
İsa Məsih ilə eyni yaşda o.
Vətən sağollaşdı şanlı
qızıyla,
Hikməti böyükdür bir
İlahinin.
...Onun bu xilaskar
səsində, bəlkə,
Bizə
salamı var İsa Məsihin...
Rafiq
ƏLƏKBƏR
Ədəbiyyat qəzeti.- 2025.-
10 yanvar, №1.- S.26-27.