Ömrün sanılı günlərində məhəbbət
etirafı
Hekayə
İstanbuldan Bakıya gələn təyyarə çoxdan eniş eləsə də, ara-sıra görünən sərnişinlərin arasında
Ustad gözə dəymirdi. Tələbə yoldaşım Bahadırla çıxışa baxa-baxa, var-gəl eləyirdik. Birdən on
addımlıqdan sürətlə əl arabası keçib getdi.
- Bahadır!
- Nədi, gəldi?!
- Çemodanlar yüklənmiş arabanı sürən adamı görürsən?
- Həəə... Odu?!
- Bəli.
- Neçə yaşı
var, dedin?
- 82.
- Ola bilməz!
- Niyə ola bilmir?!
- 82 yaşlı adam bu cəldlikdə?! Ayaqları, elə bil qırğıdı?!
- Bahadır, gözündə
yoxdu ki?!
- Olmamalıdı.
- Maşallah! de.
- Vallah, maşallah! Ağ saçlarını
görməsəydim, deyərdim
35 yaşlı cavan oğlandı.
Yeriyib, arxadan Ustada yaxınlaşdıq. Şəhadət
barmağımı şaquli
vəziyyətdə dodaqlarımın
üstünə
qoyub, Bahadıra göz vurdum:
- Sss...
Ustada üç-dörd metr qalmış səsimin gur yerinə saldım ki, tanımasın:
- Müəllim, taksi lazım deyil ki, sizə?
Başının sərt hərəkətiylə
yox! dedi.
On-on beş addım getməmiş bir də soruşdum:
- Dünyanın malı dünyada qalacaq, müəllim, yaşlı
adamsınız, kömək
eləyim, yüklərinizi
aparım
qoyum taksiyə, necə bilirsiniz?!
Bayaq Ustad ayaq saxlayıb,
hirslə başını
geri çevirdi - baxdım ki, gözlərindən
od yağır:
- A kişi... - nəzərlərimiz
rastlaşanda sifətinin
buzu əridi. - Saqqalı ağarmış,
yaxşı qurtardın
dilimdən.
Bir-birimizə qoşulub, bərkdən güldük.
***
Bu söhbətdən artıq
4 il ötüb - Ustad
86 yaşına keçib.
İki ildir ki, ayaqları sözünə
baxmır - dönüb
olub yataq xəstəsi. İki dəfə Türkiyədə əməliyyat
olunub. Ondan da əvvəl Qubaya getmişdik -
türkəçarəyə. Ara həkimi belinə qır-saqqız qoymuşdu ki, sağalacaqsan.
Bakıya qayıdandan
sonra
qəfəsə salınmış quş
kimi çırpınırdı.
Elə səhəri günü zəng eləyib, kefini soruşdum. Gecəni narahat
yatmış... ağrılı, batıq
səsini eşitdim:
- Bu qır-saqqız
məni öldürəcək!
- Ustad, səbir eləyin, vallah, yüzlərlə adamı
sağaldıb o adam.
Kimə
deyirsən?! Bir gün
də qır-saqqızı
çıxardıb atdı.
Sonra da özünü yıxdı
bıçağın altına.
Axırı
da belə. Allah düşmənimə
də göstərməsin
- bütün günü
dörd divardı, bir də o. Arabir gedirəm
dəyməyə.
- Bu da ömrümün sonu. Gör nə uzun yaşamışam...
90-a çatıram artıq.
Nə xeyri varmış bu
uzunluqda
ömrün. Bizə qədər milyardlarla insan doğulub. Hanı onlar?! Mənim də sonum belə
olmalıymış. Ölüm bir sirdi ki, açılmayıb
hələ. Onun nə olduğunu kim bilir ki?! Pismidi,
yaxşımıdı?! - Ustad gözlərini yerə dikib danışırdı.
- Sənə bir sirr açım. - Başını qaldırıb
üzümə
baxdı.
Diqqətlə dinlədiyimi
görüb, sözünə
ara vermədi. - Həyatımda iki qabarıq nöqtə olub - bir
dəfə ölmüşəm, bir dəfə də əsl ömrümü yaşamışam.
Ondan sonra nə ölməyim ölmək olacaq, nə də
yaşamağımı yaşamaq sayıram.
- O necə ölümdü
ki, Ustad, maşallah...
varsınız?!
- Sənin əziz canın üçün,
ölümün ləzzətini
görmüşəm.
- Ölümün?! Ləzzətini?!
- Mat qaldım.
- İnan mənə... ləzzətini. 20-21 yaşım
olardı. Kəndimizdə
tibb bacısı vardı, mənə bir iynə vurdu...
dirigözlü öldüm. Öldüm...
amma... elə gözəl idi bu ölüm. Ruhum sevinirdi. Canım da olduqca
rahat idi. 21 ilimdə heç belə xoşbəxt anlarım olmamışdı. Gəl
ki... elə bil vurub ayıltdılar məni.
Kimin üzünə qayıtdım
bu dünyaya?! Yəqin ki, anamın ah-naləsinə oyandım ölümdən. Canın
üçün, çox narazı
qalmışdım. Sanki məni
şirin yuxudan eləmişdilər. Gəl
ki, indi ölüm qapımın
ağzını kəsdirib, çoban
iti kimi güdür məni, səndən nə gizlədim... qorxuram...
Bu dərdlərini açıb
mənə deyəndən
sonra 10-15 dəqiqə
otura bilirəm:
- Adam da xəstənin yanında bu qədər vaxt itirər?! - Duyuram ki, burda olmağım onu rahatsız
eləyir.
Güman ki, darıxdığından
öz fikirləriylə
baş-başa qalmağı
kiminləsə söhbət
eləməkdən
faydalı bilir...
Mən də, nə gizlədim, incimiş halda ayağa durub, xudahafizləşirəm.
Yadımdadı, bir dəfə
- sağlam vaxtlarında,
həyatdan - yaşayışdan,
uzunömürlülükdən danışırdıq.
Durar-tutmaza qayıtdı ki:
- Ürəyimə damıb,
96 il yaşayacağam!
Mən gülümsədim.
- Şübhən var?! - soruşdu.
- Yox, Ustad, 96-ya yüz faiz əminəm!
Maraqla üzümə baxıb,
lap şair Qabilsayağı
soruşdu:
- Hardandı bu əminlik səndə?!
- Mənzilinizin nömrəsi
neçədi?
- Mənzilin bura nə dəxli?!
- Soruşuram da.
Gözlərini yerə dikib, fikrə getdi, sonra başını dik qaldırdı:
- Ay səni... - bir xeyli güldü. - Heç fikir verməmişəm!
- Arzunuz 96, mənzilinizin nömrəsi də 96. Deməli, Allah əyan eləyib sizə uzun yaşamağı, Ustad!
Razılıqla başını yellədi:
- Atam müharibəyə getmişdi, anam da yarpaq kimi üstümdə
əsirdi. Özüm
də xəstəhal bir uşaq.
Tovuza getmişdik, təsadüfən
qabağımıza qaraçı
çıxdı. Anam
Bu uşağın da bəxtinə
bax, ay
baxıcı! dedi. Qaraçı
əlimi ovcuna alıb, bir xeyli baxdı, sonra da gözlərini zillədi üzümə.
Anama
sarı
çevrilmədən dedi:
Bacı, oğlun uzun yaşayacaq! Anam dedi:Allah ağzından eşitsin,
ay
bacı!
Amma bu uşaq xəstədi axı, bu gündən sabaha sağ çıxacağına, dilim-ağzım
qurusun,
ümidim
belə yoxdu! Hiss elədim ki, anamın sözləri qaraçını
incik saldı: Olsun da xəstə, mən
gördüyümü deyirəm, sən düşündüyünü!
Hirslə çevrilib,
çıxıb getdi.
Qaraçının sözləri beynimə uzunömürlülük
toxumu səpdi. Sonralar xəstələnəndəBacı,
oğlun
uzun yaşayacaq! sözləri
düşürdü yadıma.
Bir-iki günə sağalıb ayağa dururdum. Artıq, özün də
gördüyün kimi, 86-ya keçmişəm.
Anamın sümükləri
sürmə olub, qaraçı da... qarğa
kimi 300 ilin
sonuna qalmayacaqdı ki! Kəndimizdəki
tay-tuşlarım da gedər-gəlməz
olub, elə Bakıdakı qələm
yoldaşlarım da. Amma mən hələ
də yaşayıram.
- Ustad, ötən səfər sözünüz
yarımçıq qalmışdı.
- Nə sözüm?!
- Bir dəfə ölmüsünüz,
deyib, bu ölümün sirrini açdınız, bəs
bir dəfə əsl yaşamaq nə idi?!
Gülümsədi:
- İlk məhəbbət!
Maraqla gözlərimi zillədim
ağzına.
- Tovuzun Əsrik kəndində yaşayırdıq.
Bir mən idim, bir anam idi,
bir də var-dövlətimiz - qoz
ağacları. İki yaşım
olanda atam Mürşüd müharibəyə
getmişdi. Onu da deyim ki, bəstəboy bir kişi
olan atam, qoçaqlıqda, anam deyirdi ki, kəndin say-seçmə
kişilərindən ən
hünərlisi hesab
olunurdu.
Atamdan sonra bir qarına ac, bir qarına tox, dolanırdıq. Üzdə
adıma Məmməd
desələr də, arxada yetim Məmməd olmuşdum. Bu yetimin də canında nələr varmış?!
Vura
bilməyən daşın yekəsindən
yapışdığı kimi, mən də imkanlı bir ailənin qızına aşiq olmuşdum. 20-
yə təzəcə girsəm
də, qız
16-nın içindəydi. Günümün çoxunu
əmim qızıgildə
keçirdirdim. Onu da
deyim ki, əmim qızı Tovuzda ərdəydi. Mən də kənddən gedəndə mütləq onlara düşürdüm. Aclıq
dövrüydü, bir tikə çörək yeməliydim axı. Növbəti gedişimdə onların küçəsində məktəbli bir qız
çıxdı qarşıma. Gözüm tutdu qızı. Balacaboy bir qız idi. İndi fikirləşirəm ki, niyə ondan ötrü dəli-
divanə olmuşdum. Görünür ,ilk məhəbbət belə olarmış. Balıq qırmağa düşən kimi adam da
gözündən ovlanarmış.
Əmim qızı biləndə, dedi,yetim uşaqsan, görmürsən ikimərtəbə evləri var, sənə kimdi qız
verən?!
Yox, mütləq o qızı alacam! dedim.
Başıma necə vurmuşdusa
eşqim, bir gün də gedib anamı məcbur göndərdim elçiliyə. Arvad
axşama
yaxın qayıdıb
gəldi. Həyətə
girəndə kəlağayısını
açıb atdı ağacın boğazına,
ölüsü ölənlər
kimi başladı nalə deyib ağlamağa. Hələ də səsi qulaqlarımdadı:
Goorun çatlasın,
ay Mürşüd,
sənin
oğluna qız vermədilər! Anamın
belə ümidsiz sözləri mənə heç təsir eləmədi də. Necə
eləyəydi ki, qız məni
sevirdi, mən də qızı?! Bu sevgiyə arxayın idim. Amma mən gözümü açıb-
yumunca qızı verdilər ərə. Bununla da ilk məhəbbətin mənə
qalan acılı-şirinli
xatirələri oldu.
- Yaşamaq dediniz bayaq?
- İlk məhəbbət imiş
əsl yaşamaq, demə. Bilməzdim ki, ilk
məhəbbət isə
Allahdan gələn vəhy
imiş.
Odur ki, mayasında ali ruh - gözəllik,
pərəstiş və
xəyali sevgi var. Füzuli məhzLeyli-
Məcnun
da bu məhəbbəti
yazıb:
Xəyalilə təsəllidi, könül
meyli-vüsal etməz,
Könüldən dişrə bir
yar olduğun aşiq xəyal etməz!
Nə fiziki yaxınlıq, nə gözəl surət, nə ehtiras... yalnız xəyal.
İndi də o günlərə qayıdanda, inanmazsan, ürəyimin döyüntüləri
artır. Deməli, mənim yaşadığım
elə
o aylar olubmuş. Sonra
da həyat öz axarıyla davam eləyib, gəmi gətirib məni çıxardıb 90-ın
sahillərinə. Amma onda, xəbər
tutanda ki, onun ilk övladı da olub, deyirəm, nə yaxşı ki, ürəyim
partlamayıb. Şeir də yazmışdım hələ:
Onun körpəsinin yaşı
üçaylıq,
Mənim
həsrətimin yaşı
bir ildir!
Birdən
Əzizə bacı -
Ustadın həyat yoldaşı içəri
girdi:
- Aaa... - dayanıb, gözlərini zillədi Ustada, - bu kişiyə
nə olub belə?!
- Nə olub mənə?!
- Ustad başını
qaldırıb gülümsər
gözləriylə yoldaşına
baxdı.
- Bütün günü qaşqabağından zəhirmar
yağır, indi nə olub sənə,
ay Məmməd, maşallah,
üzün
gülür?!
Qəşəm
İSABƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.24.