Uşaq şeirlərində
mövzu və mətn
oxşarlığı
Bu bir həqiqətdir ki, uşaqlar
hələ məktəbə getməmişdən əvvəl saymağı
öyrənirlər. İkincisi isə,
uşaqların birdən
onacan tez saymağı öyrənməkdə
ədəbiyyatda çox
məşhur olan
"sanamalar"ın, yaxud
"sanama şeirlər"in
də rolu böyükdür. "Sanamalar"
bir qayda olaraq uşaq oyunlarının müəyyən
növlərində istifadə
olunur. Oyunlarda uşaqları seçməkdə
həmin sanamalardan biri də aşağıdakı
kimidir:
One, two,
three, four, five, six, seven.
All good
children go to heaven,
Penny on
the water,
Two pence
on the sea.
Three pence
on the railway,
Out goes
she.
Misraların poetik söz düzümünə Şahin
Xəlillinin orijinaldan
etdiyi tərcüməyə
diqqət yetirək:
Bu bir, iki, bu
üç, dörd,
Bu beş, altı, bu yeddi.
Bütün yaxşı uşaqlar
Dırmaşıblar, göydədi.
Bir penni su üstdədi,
İki
pens dənizdədi.
Üç pens dəmir yolunda
O qız da bax, bizdədi.
İngiltərədə məşhur olan bu sanamanı
söyləyən uşaq
üzünü dostlarına
tutub onu bədahətən söyləyəndə
uşaqlar həyəcanlanır,
bu şeirlə saymağın sirrinə bələd olur.
Azərbaycan uşaq folklorunda
da uşaqlar üçün
sanamaların məxsusi
yeri vardır. Həmin sanamalardan biri dillər əzbəridir:
Baş barmaq,
Başala
barmaq,
Uzun hacı,
Qılturacı,
Xırdaca bacı,
Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı.
Təbii
ki, bütün dünya
uşaqlarının dillərinin
əzbərinə çevrilən
bu və ya bunabənzər sanamalar zaman-zaman müxtəlif
biçimdə sadə,
anlaşıqlı kiçik
nəğmələr, şeirlər
vasitəsi ilə uşaq dünyasının
ən gözəl bələdçilərindən biri olmuşdur.
Bəzi
mənbələrdə yuxarıda
bəhs etdiyimiz ingilis sanamasının
Amerika versiyasına diqqət
yetirək:
One, two,
three, four, five, six, seven.
All good
children go to heaven,
Some fly
east,
Som fly
west
Some fly
over the cuckoo's nest.
Sanamanın amerikan versiyasının
Azərbaycan dilinə
tərcüməsi isə
aşağıdakı kimidir:
Bu bir, iki, bu
üç, dörd,
Bu beş, altı, bu yeddi.
Bütün yaxşı uşaqlar
Dırmaşıblar, göydədi.
Kimisi Şərqə uçur,
Kimisi Qərbə uçur,
Kimisi də tullanıb
Odur, ququ quşunun
Yuvasının üstündən
Heç
bilmir hara uçur.
Sanamanın ilk misralarının ingilis dilindəki adekvatlığı sonrakı
misralarda fərqli məzmun kəsb edir. Bu sanamanın daha çox uşaqlara 1-dən 7-yəcən saymağın öyrənilməsi
və öyrədilməsinə
kömək edir. Şeirin səs, intonasiya və ritmi məxsusi məzmunda maraqlı və çevik tərzdə uşaqların
yaddaşına köçür.
...Təxminən, 1843-cü ildə
nəşr olunmuş
"Yalnız Ana Qazın
əsl melodiyaları"
("Only True Mother Goose Melodies") kitabında
təqdim edilmiş aşağıdakı şeir
Ana Qazın nəğmələrinin
uşaqlar üçün
həmişəyaşıl küknar kimi solmayan, unudulmayan poetik cilası, melodiyası, intonasiyası
və ritmi ilə könüllərdə
yaşayacağına əminlik
yaradır. Həmin şeirin orijinal mətni poetik strukturu və məzmunu ilə aşağıdakı kimidir:
No, no, my
melodies will never die,
While
nurses sing and babies cry.
Poetik mətnin strukturunda dəyişiklik aparan mütərcim Şahin Xəlilli Azərbaycan dilinə tərcümədə
adekvat məzmunu qorumağa çalışmışdır:
Nə qədər ki, dayələr
Beləcə oxuyacaq,
Nə qədər ki, bəbələr
Qışqırıb ağlayacaq,
Nəğməm dil-dil ötəcək,
Heç
zaman ölməyəcək.
Topluya daxil edilmiş nəğmələr sırasında
yuxarıda qeyd etdiyimiz Amerika sanama şeirləri kimi "On balaca hindu" çox məşhurdur. Mahnı yazarı Septimus Uinter 1860-cı illərdə onun müasir ingilis dilində yeni versiyasını
aşağıdakı şəkildə
təqdim etmişdir:
Ten little
Injuns standin' in a line,
One toddled
home and then there were nine;
Nine little
Injuns swing' on a gate,
One tumbled
off and then there were eight.
One little,
two little, three little, four little,
five little
Injun boys,
Six little,
seven little, eight little, nine little,
ten little
Injun boys.
Eight
little Injuns gayest under heav'n.
One went to
sleep and then there were seven;
Seven
little Injuns cuttin' up their tricks,
One broke
his neck and then there were six.
Six little
Injuns all alive,
One kicked
the bucket and then there were five;
Five little
Injuns on a cellar door,
One tumbled
in and then there were four.
Four little
Injuns up on a spree,
One got
fuddled and then there were three;
Three
little Injuns out on on a canoe,
One tumbled
overboard and then there were two.
Two little
Injuns follin' with a gun,
One shot t'other and then there was one;
One little
Injun livin' all alone,
He got married
and then there were none.
Həmin
mahnının poetik tərcüməsində sanamaya
xas səciyyəvi xüsusiyyətlər əksini
tapmışdır. Tərcümə
mətnini diqqətlə
izləyək:
Cərgədə on uşaqdı,
Kiçiyi evdə qaldı.
Sayı
düşdü doqquza,
Qalan getdi doqqaza.
Biri aşdı mayallaq,
Oldular səkkiz uşaq.
Əvvəl bir, iki, üç, dörd,
Beş,
altı, yeddi, səkkiz,
Doqquz,
on uşaq idi.
İndi səkkiz hindudan
Getdi biri mürgüyə,
Düşdü sayı yeddiyə.
Çox
atılıb düşdülər,
Çıxdılar min oyundan.
Uşaqların biri də
Zərbə aldı boynundan
Qaldı
yerdə altısı.
Biri yoldan keçəndə
Təpik
vurdu vedrəyə
Az qalmışdı büdrəyə
Başladı hönkürməyə.
Beş oldular bu dəfə
Çatanda zirzəmiyə
Bərk
yıxıldı biri
də,
Qaldı
indi dörd nəfər.
Yaman oyun çıxardı
Hinduların dördü də.
Ağlı qaçdı birinin
Üç oldular indi də.
Üzdü onlar qayıqda,
Biri də düşdü suya
Qaldı
cəmi ikisi.
İki hindu əlində
Tapançayla oynadı.
Birinə
dəydi güllə,
Yıxılıb ayılmadı.
Bir hindli qaldı indi,
Heç
vecinə almadı.
Bax, o da
arvad aldı,
Daha heç kim qalmadı.
(İngilis dilindən tərcümə
Şahin
Xəlillinindir)
Bu sanamanın yerli hinduların, eləcə də, ingilis dilini öyrənən uşaqların daha çox xoşuna gələn Amerika variantı
olduğu isə təkzibedilməzdir.
1620-ci ilin 13 noyabrında bazar ertəsi "Mayflower" gəmisi
ilə Yeni Dünyaya pənah gətirən kişilərdən iki gün sonra okean sularının sahilinə qədəm basan xanımlar haqqında belə bir hekayəti xatırladırlar. Söyləyirlər
ki, suların qoynunda
68 gün qalan, böyük və üzüntülü yol keçən xanımların
ayaqları sahilə dəyəndə ilk gördükləri
iş həftənin günləri ilə elə o vaxtdan dillər əzbəri olmuşdur. Həmin günlər aşağıdakı
kimi misralarda poetik əksini tapmışdır:
Wash on
Monday,
Iron on
Tuesday,
Bake on
Wednesday,
Brew on
Thursday,
Churn on
Friday,
Mend on
Saturday,
Go to
meeting on Sunday.
Bu şeir Azərbaycan dilinə də tərcümə olunmuşdur.
Poetik misraların sayı orijinal mətndəki misralarla müqayisədə çoxluq
təşkil etsə də, şeirin fikir yükünün adekvatlığının yaradılmasında
bunu yeganə yol hesab etmək
olar.
Şeirin
tərcüməsinə diqqət
yetirək:
Bu da Bazar
ertəsi,
Yu indi əl-üzünü.
Çərşənbə axşamında
Çək paltara ütünü.
Çərşənbə bişir kökə,
Dəmlə qəşəng sən
çayı,
Gəlsə Cümə axşamı.
Elə
ki, Cümə oldu,
Çalarsan nehrə yağı.
Şalvarına vur yamaq,
Qapını döysə Şənbə,
Bazar günü unutma,
Çıxacaqsan görüşə.
(İngilis dilindən tərcümə
Şahin
Xəlillinindir)
Amerikada
populyar olan uşaq nəğmələrinin
çoxunun İngiltərədən
köç etməsinin
səbəbi barədə
essenin əvvəlində
qeydlər bir daha sübut edə bilər ki, bu nəğmələr daha çox ilk ingilis variantının eynisi yox, bir
qədər yenilənmiş
variantıdır. Məsələn,
yağışlı günlərdə
uşaqların dilinin
əzbəri olan
"Yağış yağır"
şeirinə diqqət
yetirək. İngilis variantının mətni aşağıdakı kimidir:
It's
raining, it's raining,
There's
pepper in the box,
And all the
little ladies
Are holding
up their frocks.
Şeirin
Azərbaycan dilinə
tərcüməsində mütərcim
fikir, ideya və məzmun kontekstindən çıxış
edərək misraların
söz oyununu belə bir formada
diqqətə çatdırmışdır:
Yağış yağır sel
təki,
Acı bibər qutuda
Acı-acı deyinir.
Bapbalaca
bacılar
Tez yuxarı çəkirlər
Donunun ətəyini.
(İngilis dilindən tərcümə
Şahin
Xəlillinindir)
Oxşar
mövzulu şeirin Amerikada yayılan variantı isə belədir:
It's
raining, it's pouring,
The old man
is snoring;
He got into
bed
And bumped
his head
And couldn't
get up in the morning.
Əslində bir çox mənbələrdə bu
şeirin ingilis şeiri kimi verilməsinə də rast gəlmək mümkündür. 2018-ci ildə
nəşr olunan
"Britaniya uşaq ədəbiyyatı" kitabında
da bu şeir ingilis şeiri kimi verilmişdir. Lakin aparılan dəqiqləşdirmələr
"Yağış yağır"
şeirinin Amerika variantı
olduğunu söyləməyə
əsas verir. Mütərcim Şahin Xəlilli şeirin tərcüməsini isə
aşağıdakı kimi
təqdim etmişdir:
Gör necə
yağış yağır,
Hər yan dönüb sel-suya.
Qoca kişi xorhaxor
Gedib təzə yuxuya.
Çarpayıya çatanda
Başı dəyib dəmirə.
Qalxa bilmir yerindən,
Halı
yoxdu yeriyə.
Anqlofon ölkələrində, eləcə
də dünyanın çox-çox guşələrində
yeni transformasiyalar, variantlarla
yaranan şeirlərin
oxşarlıq meyarlarından
çıxış edərək,
onların plagiat olduğunu söyləyənlər
də ola bilər.
Lakin seçilən-sevilən bu və ya
digər şeirin yeni
transformasiyaları, variantları
daha çox "köç etdiyi" yeni
regionlarda "yeni libas"da
görünür və
təbii ki, onların
şəkildəyişmələri yeni mühitə, ekologiyaya adaptasiya olunur. Bu isə ölkələr, xalqlar arasında ədəbi, poetik təsir qaynaqlarının
araşdırılmasına zəmin yaradır. Ədəbi əlaqələr,
habelə müqayisəli
ədəbiyyatda oxşarlıq,
yaxud paralellərin öyrənilib araşdırılması
tarixi-tipoloji metoda, meyarlara əsaslanmalıdır.
Mürəkkəb yaradıcılıq
məhsullarının əhatəli
müqayisəsinin aparılması
isə ciddi elmi yaradıcılıq axtarışlarının və
müqayisəli ədəbiyyatın
mühüm aktuallıq
kəsb edən prioritet vəzifələrindən
biridir.
Turan KƏRİMLİ
Ədəbiyyat qəzeti.- 2025.-
10 yanvar, №1.- S.18-19.