Zəlimxan Yaqubun yeni
kitabının təqdimatı keçiriləcək
Yanvarın 18-də
"Qanun"
nəşriyyatında Xalq
şairi Zəlimxan Yaqubun yenicə çapdan çıxmış
"Azərbaycan poeziyası.
Seçmə şeirlər"
kitabının təqdimatı
olacaq.
Ədəbiyyat qəzetinin verdiyi
xəbərə görə,
nəşriyyatın Azərbaycan
ədəbiyyatı redaksiyası
tərəfindən "Azərbaycan
poeziyası. Seçilmiş
şeirlər" layihəsi
çərçivəsində işıq üzü görən kitab şairin
75 illik yubileyinə həsr olunub.
Kitabın tərtibatçısı və redaktoru Şərif Ağayar, ön söz müəllifi Azər Turandır.
Xatırladaq ki, "Qanun" nəşriyyatı
"Azərbaycan poeziyası.
Seçmə şeirlər"
seriyasından Füzuli,
Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd
Aslan, Vaqif Səmədoğlu,
Nüsrət Kəsəmənli
kimi görkəmli Azərbaycan şairlərinin
kitablarını nəşr
edib.
Növbəti mərhələdə isə Rəsul Rza və Məmməd
Arazın kitablarının
çapı nəzərdə
tutulur.
Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.16.