Möcüzəvi su, Kafka, ölüm düşərgəsi

qoxular ölümün femme fatalesi

 

Kolonya koloniya

 

...1792-ci il. Katolik keşiş gənc tacir Vilhelm Mülhensə diriliyin, əbədiliyin iksiri hesab edilənMöcüzə suyuadlı məhlulun sirrini verir.

Çox keçmir, Mülhens bu bahalı hədiyyənin məşhurluğunu, sehrini pula çevirir.

Belə ki, tacirMöcüzə suyu”nun reseptinə şərab əlavə edir, qablaşdırır, qabları çeşniliyir, çeşidləyir satışa çıxarır.

Əslində bu möcüzəvi məhlulun sirrini Kölnə tarixin ilk kolonya istehsalçısı Feminis İtaliyadan gətirmişdi.

Kolonya suyu”, “Heyranlıq iksiriadıyla istehsal edilən kolonyaya tələbat çoxaldıqca Feminis floranın sirrindən agah olan italyan Mariya Farinanı Kölnə dəvət edir beləcə, kolonya təkmilləşdirilir.

Kolonya əvvəl-əvvəl tibbi vasitə kimi istifadə edilirdi: yaraları sağaltmaq üçün, yaxud ağız qoxusuna qarşı.

Bəziləri yorulanda, həyəcanlananda şəkərlə, şərabla qarışdırıb qəbul edirdi, bəzi qadınlar eləcə kosmetik vasitə kimi üzlərinə, bədənlərinə sürtürdü.

 

****

 

Tibb ki, inkişaf edir, dərman adıyla satılan məhlulların faydalılığı, tərkibi öyrənilir, həmin gündən kələkbazlar da faş olur.

Mülhens bu qarğaşadan yaxasını qurtarır, möhtəkir tez dəbərir: “Kolonya suyu”nu ətir kimi qeydiyyata salır, deyir, bu tibbi yox, kosmetik vasitədir, iksir-zad deyil, eləcə ətirdir.

1794... fransızlar Kölnü işğal edir.

Küçələrin adları dəyişdirilir, mənzillər həmin vaxt “pula pul deməyənMülhensin emalatxanası nömrələnir: “4711”

beləcə, məşhur "iksir" o gündən bu günəcənartıq 231 ildir ki, eyni tərkibdə, eyni qablaşmada “4711 kolonyasıadıyla istehsal edilir.

 

****

...İkinci Dünya müharibəsi bitir.

Müttəfiq dövlətlərin təşəbbüsü ilə nasizm rejiminin vəzifəlilərini cəzalandırmaqdan ötrü Nürnberq məhkəmə prosesi başlayır...

Hitlerinadamdöyənləri”ndən bəziləri Cənubi Amerikaya qaçmışdı, bəziləri özünü güllələmişdi, bəzisini gecənin xain vaxtı yatdığı divandaca yaxalamış, əl-qolunu bağlayıb haqq-ədalət divanına gətirmişdilər, fəqət, Ravensbrük Auşvitz əsir düşərgələrinin 22 yaşlı femme fatalesi, nasizmin ən məşhur, ən yüksək çinli qadın nəzarətçisi, qurbanlarınAuşvitz kaftarıadlandırdıqları İrma Qreze qolu qandallananda da, barəsində ölüm hökmü veriləndə tükünü tərpətməmiş, əbədiyyətin vahim qaranlığına boyun əyməmiş, izahımüşkül iyrənc əməllərini bir-bir etiraf etmişdi.

Biseksual, sadist İrma, sözün əsl mənasında, əsirlərə qan uddururdu; ölənəcən döyürdü, su əvəzinə qanlarını içməyə məcbur edirdi, xoşuna gəlməyən əsirləri qaz kameralarına göndərirdi.

Əsirlər çalışırdılar ki, onun xoşuna gəlsinlər: daha yaxşı döyülürdülər, daha yaxşı zorlanırdılar, daha yaxşı sevişirdilər, daha yaxşı bayılırdılar, – yetər ki, qaz kameralarına göndərilməsinlər; ölə-ölə yaşamağa razıydılar, yaşaya-yaşaya ölməyə razı deyildilər.

 30 min qadın, 10 min kişi əsirin saxlanıldığı ikibloklu düşərgənin baş nəzarətçisi İrma Qreze təkcə yəhudilərin yox, eləcə qaraçıların, geylərin, antisosialistlərin "ac kaftarı" idi.

 İrma Qreze Auşvitz düşərgəsində:

Qurbanlar onu görəndə titrəyirdilər, girməyə deşik axtarırdılar, fəqət həm ona yaxınlaşmaq istəyirdilər: döysün, söysün, lap bir-iki qamçı da vursun...

Axı İrma Kölndə istehsal olunan “4711 kolonyasıadı ilə məşhurlaşmış (4711 Echt Kölnisch Wasser) limon kolonyasından istifadə edirdi...

 Yuyunmayan əsirlərin kəsif qoxusu, ölüm qorxusunun iyi, nəcasət, rütubət, tər... yandırılan meyitlər... 22 yaşlı femme fatalenin odekolonu...

Özümü yazıçılığa qoyub yazıram ki, İrmanın ətri əsirlərdən ötrü hasarın o tayındakı azadlığa qovuşmaq ümidi idi; beləcə, əsirlər ötəri olsa da, insan olduqlarını xatırlayırdılar...

 Beləliklə, düşmənin ətri bataqlıqda saman çöpünə, ümidsizliyin qaranlığında nəfəsliyə çevrilmişdi...

Düşərgədə “4711 kolonyası”ndan nasizm rejiminin əsas sütunlarından biri, “Ölüm mələyi”, yaxud ölümləqəbiylə tanınan, antropologiya fenotip-genotip üzrə doktorluq dərəcəsi almış, tədqiqatçı Yozef Mengele istifadə edirdi.

Mengele inanırdı ki, yəhudilərin spesifik qoxusu var.

Hitler “Mənim mübarizəmkitabında yazırdı: “Yəhudilərin xas qoxusu var. Yaxınlaşanda ürəyim ağzıma gəlir. Onlar suyu sevmirlər. Yəhudimikrobdur...”

 

****

 

...sevgili Milenanı xatırlayıram...

Milena 1896-da Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, aristokrat ailədə doğulsa da, aristokratiyanı, bürokratik əngəlləri bəyənmirdi, üstəlik, bir yəhudiyə aşiqdi... beləcə, atası onu ruhi əsəb xəstəxanasına göndərir.

O ağır günlərdə sevgili Milena narkotik vasitələr qəbul edir, dərin depressiyaya düşür, aqressivləşir, fəqət qəfil ayılır, özünə söz verir qisas almaq üçün arınır.

Nəhayət, xəstəxanadan çıxır, atasından imtina edir. Yazır, tərcümə edir... Elə həmin vaxt Kafkayla tanış olur, onun bir neçə əsərini çex dilinə tərcümələyir...

Ədəbi proses, düşüncə oxşarlığı onları yaxınlaşdırır, işgüzar əməkdaşlıq sevgiyə çevrilir.

Qısa müddətlik sevgi məktublarla davam edir: o yazır, bu yazır, o yazır, bu yazır zamanla Kafka kağızüstü münasibətin sağlamlığına ciddi zərbə vurduğunu hiss edir. Beləcə, Milenadan ayrılır...

Milena, nəhayət, bu ağrını da adlayır...

Atası, sonra sevgilisi... günlər keçir onun içərisindəki etirazçı, müxalif qadın təzədən oyanır: Avropada fəaliyyət göstərən sosialist qruplara qoşulur, nasizm əleyhinə qəzetlər, səhifələr, bukletlər hazırlayırlar.

Bir neçə il gizli fəaliyyət göstərsə , 1944-də həbs edilir, Ravensbrük həbs düşərgəsinə göndərilir...

Xatırladınız? İrma Qreze məhz bu düşərgədə nəzarətçi olub...

Bu iki qadını birləşdirən təkcə Ravensbrük yox, həm “4711 kolonyasıidi...

Milena düşərgəyə atasını, yəhudi sevgilisini, Kafkanı gətirmişdi... 4711 nömrəli siyasi məhkum Milenanın əlində bir şüşə “4711” vardı əsirlər onusevgili 4711” kod adıyla çağırırdılar...

 Qeyd edim ki, çağdaş fransız sənətçisi Quadronun hazırladığı “4711 kolonyasıinstallyasiyası 1996-cı ildə məşhur Pompidou sənət mərkəzində təqdim edilib.

İnstallyasiya Milenanın ətəyi formasındadır.

Postmodern sənətçi İkinci Dünya müharibəsini Milenanın “4711” yazılmış ətəyi ilə ifadə edib.

Quadronun hazırladığı “4711 kolonyası

Pompidou sənət mərkəzi. 1996.

 

ardı var...

 

Ömər XƏYYAM

 

Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.10.