On yeddi hayku
“Şifrə” kitabından
1
Gecə
və dağlar
Mənə nəsə dedilər.
Unudulub getdi.
2
Hüdudsuz gecə
Sadəcə gül ətridir
İndi.
3
Dan sökülməzdən qabaq
Gördüyüm yuxu -
Görmüşdümmü doğrudan?
4
Simlər
susdu.
Musiqi bilirdi
Mənim
hiss etdiyimi.
5
Bu gün əyləndirmir məni
Bağdakı badam ağacları
-
Sənin
xatirən.
6
Sakitcə
İzləyir alın yazımı
Kitablar,
vərdişlər, açarlar.
7
Həmin
gündən
Tərpətmədim oyun taxtasındakı
Daşları
8
Səhrada yenə
Dan sökülür.
Və kimsə bilir bunu.
9
Paslı
qılınc
Xatırlayır döyüşlərini.
Mənim
xatirəm başqa cürdür.
10
Adam ölüb.
Saqqalı bilmir bunu.
Dırnaqları uzanır.
11
Bu əlimlə
Toxunmuşdum
Saçlarına.
12
Artırmanın altındakı
Güzgü
Ayı əks edir təkcə.
13
Tənhadır
Ayın
altında
Uzanan kölgə.
14
Bu sönən işıq
İmperiyadır,
Yoxsa, işıldaböcək?
15
Təzə ay.
O da ona baxır
Qapıdan.
16
Uzaqda bir cikkilti.
Bülbül bilmir
Sənə təsəlli verdiyini.
17
Qoca əl
Şeir
qaralayır
Unutmaq üçün.
Xorxe Luis Borxes
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.32.