Bütün günahları
yıxın üstümə
Göydə bir buludun beli bükülüb,
ətəyi sallanıb dağın
üstünə;
ildırım qıcayıb alov
dilini,
bağçada çəmkirir tağın
üstünə;
göy üzü uzaqdı,obalar yaxın,
hər yana uzadır fələk barmağın;
yazıq
dəyirmançı itirib
aglın,
bir qanlı sel gəlir, çarxın üstünə;
niyə
çox dəyişib
bu sonuncu yaz,
qarışıq düşübdü siyahla bəyaz;
deyirlər, qütblər də
yellənib bir az,
Yer üzü əyilib oxun üstünə;
hər yanı bürüyür müharibə, şər
ədalət yox olsa, insanlıq düşər;
dünyanı kor qoyub bu dəli bəşər,
yenə
qorxu gəlir, qorxum üztünə;
laxlayır dünyanın dayaq
yerləri,
gözümün, könlümün oyaq
yerləri;
qar tutub saçımın siyah yerləri,
həsrət darışıbdı, ağın üstünə;
çöldən üz-gözümə qaranlıq baxır,
içimi-çölümü ağrılar yaxır;
çağırın, ruhumu dindirin, axır
bütün günahları yıxın
üstümə.
Dünya bir uzun yuxudu
Bir də görürəm
ki, gecə,
gəlib
keçibdi yarıdan;
ulduzlar hələ yatmayıb,
ölürəm, yuxu sarıdan;
yuxularım harda azıb,
alnımda bir qərib yazı;
sevə
bilmədim payızı,
gözüm səyriyir sarıdan;
göyün üzü açıq
qalıb,
pəncərəmdə işıq qalıb;
çoxlu ağrı-acı qalıb,
ötən ömrün hasarından;
ayı-ili sapa düzdüm,
yandım,
ərşə qalxdı
tüstüm;
bir az bezdim, bir
az küsdüm,
bu dünyanın rüzgarından;
əlini
qoy kür üzümə,
buludları hör, üzümə;
hardan gəldik Yer üzünə,
ömür istədik Tanrıdan.
Üzüm qarışıq düşür
Hərdən solan yarpaqlar,
sonda qırışıb düşür;
bəzən bəxt də insana,
dərdə bulaşıb düşür;
hardadı, ötən ağlım,
kim dəli, kim ağıllı;
xoşbəxtlik kimə çoxlu,
kimə
bir qaşıq düşür;
çiçək açır ağrılar,
sular hardan axırlar;
ot tutubdu cığırlar,
yollar dolaşıq düşür;
yanım,
baxma tüstümə,
alışarsan istimə;
yarpaqların üstünə
sap-sarı işıq düşür;
ağca
bulud nə sində,
yoğrulur kündə-kündə;
kölgələrin içində,
üzüm qarışıq düşür.
Harda itirdim baharı
Ocaq tamam qaralmayıb,
sönməyib közün yarısı;
hələ, dilimin altında,
qalıbdı sözün yarısı;
buludlar sökülüb gedir,
ömür-gün bükülüb gedir;
suları
çəkilib gedir,
boşdu,
dənizin yarısı;
yarpaqlar
ucundan solur,
sümbüllər saçından solur;
ağrıdan-acıdan solur,
bətin-bənizin yarısı;
haram çörək çörək
deyil,
zalım
ürək ürək
deyil;
var-dövlət də gərək deyil,
bəs elər, azın yarısı;
harda itirdim baharı,
getmir könlümün qubarı;
saçımda payızın qarı,
içimdə yazın yarısı.
Hər gün ömür
sovrulur
Günəş alışıb yanır,
uzaq Yerdən o yana;
bir ipək axşam gəlir,
hər səhərdən o yana;
axşam
gəlir, şər düşür,
könlümə səhər düşür;
saçlarıma vər düşür,
nə
var, vərdən o yana;
hər gün ömür sovrulur,
gözümdə od qovrulur;
dərd
əlindən qıvrılır,
Araz Kürdən o yana;
həsrət bir ürküm
idi,
yuxum bir büküm idi;
hər yan qürbət kimidi,
bu şəhərdən o yana;
buludlar xonça-xonça,
dönüb yağış olunca;
yavaş
danış, bir azca,
ruhum qəfil oyanar.
Buludlar enib aşağı
Buludlar enib aşağı,
göy üzü az-maz görünür;
meşənin tən ortasında,
bircə
tala yaz görünür;
gizlicə gəldi sonbahar,
nə bir ləpir, nə də iz var;
aşağıda bir dəniz var,
suları
dayaz görünür;
ocaq yanır, köz çəkilir,
ürəyimdən söz çəkilir;
qaranlıqlar tez çəkilir,
saçlarım bəyaz görünür;
payız
həsrətin beşiyi,
hərdən ürəyim tövşüyür;
tənha
ulduzlar üşüyür,
göy üzü ayaz görünür;
xəyallarım harda gəzir,
əllərim divarda gəzir;
ruhum uzaqlarda gəzir,
buralarda
az görünür.
Şair doğulandan
vergili olur
Əlimi
qoymuşam bir daş altına,
hər daşın ağırı,
yüngülu olur;
gecələr gözlərim çimir
eləmir,
səhər açılanda mürgülü
olur;
bilmirəm, bəxtimə daha
nə düşə,
onsuz da əyilmir zaman gərdişə;
təkcə yazda açmır
nərgiz, bənövşə,
payızın, qışın da tər
gülü olur;
ürəyi çırpınır, közdən od tutur,
həsrəti, duyğusu sözdən
od tutur;
könüldən alışır, gözdən
od tutur,
şair
doğulandan vergili olur;
qanımız qaynayır yaz aylarında,
sözün coşub daşan
öz aylarında;
alnımıza düşən yazıların
da,
nöqtəsi, sualı, vergülü
olur;
dünyanın əvvəlki baharı
yoxdu,
ağrının-acının nübarı çoxdu;
indi ürəyimin qubarı çoxdu,
həsrətin yolları bürkülü
olur.
Ruhum harda yaşayır
Hərdən bir fikir gəlir,
ağlımın boş yerinə;
göydən ulduz yağacaq,
deyəsən, daş yerinə;
həsrət necə uzanır,
ömür heçə uzanır;
yuxum gecə uzanır,
payızın qış yerinə;
hər yana yol açıxdı,
qarşıma qala çıxdı;
cığırlar yola çıxdı,
sular axış yerinə;
ağca
bulud bürüşür,
yay payıza sürüşür;
hərdən güzarım düşür,
yolun yoxuş yerinə;
ruhum harda yaşayır,
çiynim ağrı daşıyır;
saçım qara oxşayır,
alnım
naxış yerinə.
Hardadı, gerçəy üzüm
Nədən baxıram sənə,
gecə-günüz, göy üzü;
min ildi axtarıram,
hardadı, gerçəy üzüm;
ötən bir anı nədən,
qaytarmaq
olmur, axı;
çırpınır quş qəlbi tək,
ürəyimin qapağı;
hər şey mənə yaxındı,
hər şey mənə çox uzaq;
göy üzündə ulduzlar
görünür, sızaq-sızaq;
axı,
mən bu deyiləm,
üzüm də bu üz deyil;
biz hələ biz deyilik,
deyilənlər düz deyil;
hərdən dilim dolaşır,
sözüm tərs gəlir
mənə;
adımı unutmuşam,
üzüm tərs gəlir
mənə;
Payızın bir ağrısı
Hər gün bir naxış
gəlir,
ömrün varağ üzünə;
nə yazılıb görəsən,
alnımın ağ üzünə;
göy üzündə Ay üzür,
bahar üzür, yay üzür;
acı sular hey süzür,
dərdin
bulağ üzünə;
ağca
bulud səyriyir,
duman dağı bürüyür;
qaranlıqlar əriyir,
gecə
çırağ üzünə;
payız
həsrət ayıdı,
ömür Tanrı payıdı;
sonda hər şey qayıdır,
Yerin torpağ üzünə;
çiçəklərin sarısı,
yarı
bulud, yarı su;
payızın bir ağrısın,
yazdım,
yarpağ üzünə.
Axşam dua oxudum
Axşam
dua oxudum,
Ayın
bəri üzünə;
ağca
duman çökmüşdü
səhər, yerin üzünə;
harasa yellənirdi,
göydə bulud sürüsü;
bir az işıqlanırdı,
Ayın
qaranlıq üzü;
qısır qalan ağaclar,
ötən qışdan quruyub;
ağrıları ötməyib,
ağrılar da qarıyıb;
içim
qaynar ocaqdı,
əllərim buz parçası;
saçıma sığal çəkib
ötən qışın fırçası;
hərdən göz önündəki
yarpaqlar
ölür, qəfil;
canımdakı ağrılar
gözümdə gülür qəfil;
hava soyuq da deyil,
məni
üşüdür, nəsə;
Ayın
bəri üzündən
kimsə
baxır, deyəsən.
Nazim Əhmədli
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.22.