Görkəmli ədəbiyyat adamları
Xeyrəddin Qoca haqqında
Xeyrəddin Qoca -75
Anar, Xalq yazıçısı:
"Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur".
Qabil, Xalq şairi:
"Xeyrəddin yazıçıdır, gözəl
miniatürlər ustasıdır.
Onun balaca bir hekayəsi bir romana bərabərdir.
Balaca bir qeydi bir povestə
bərabərdir. Mən
Xeyrəddin Qocanın
qələminə hörmət
bəsləyirəm".
Pənah Xəlilov, filologiya
elmləri doktoru,
professor:
"Mən Xeyrəddin Qocanın əsərlərini
oxuyanda Əbdürrəhim
bəy Haqverdiyevin
"Marallar"ı yadıma
düşdü. Demək
istəyirəm ki, Xeyrəddin
Qocanın əsərlərində
o kişinin ruhu yaşayır. Onun açdığı, qoyduğu
cığırı indi
Xeyrəddin Qoca öz əsərlərində
yaşadır".
Cabir Novruz, Xalq şairi:
"Beş il deputat olduğum Milli Məclisdə
qazandıqlarımdan biri
(şübhəsiz ki, mənəvi
dəyərlər mənasında)
X.Qoca ilə
dostluğum olub. Əvvəllər mən onun adını eşitmişdim, imzasını
tanıyırdım, xalqımızın
böyük oğlu H.Əliyevin ağır günlərində,
cəsarətlə, qorxmadan
öz publisistik yazıları ilə müdafiəsinə qalxdığını
bilirdim. Onu da bilirdim ki, Xeyrəddin həm də satirik, yumoristik hekayələr müəllifidir.
Milli Məclisdə deputat
seçildiyi ilk gündən
şəxsi tanışlığımız
başladı. Daha doğrusu, onunla 5 il bir sırada əyləşdik və mən onu daha
yaxından tanıdım.
Və gördüm
ki, o, yazılarında olduğu
kimi cəsarətli, dostluqda etibarlı, mehriban, səliqə-səhmanlı,
sözündə düz,
həssas və xalqını ürəkdən
sevən bir insandır.
Sonralar satirik səpkidə yazılarını, bir sıra hekayələrini,
kitablarını oxudum.
Böyük məmnuniyyətlə
Xeyrəddin Qocaya Yazıçılar Birliyinə
üzv olması üçün zəmanət
verdim. Sonralar bizim aramızda olan dostluq münasibətləri
daha da möhkəmləndi.
İnanıram ki, aramızda
olan bu mehribanlıq,
yaxınlıq daim davam edəcəkdir.
Mən Xeyrəddin Qocaya yaradıcılığında, şəxsi və ictimai fəaliyyətində
uğurlar diləyirəm".
Elçin, Xalq yazıçısı:
"Xeyrəddin Qocanın bədii yaradıcılığı
da, publisistik fəaliyyəti
də həmişə
xalqımızın istək
və arzularını
ifadə etmişdir. Onun satirası əyriliyə nifrət, eybəcərliklərə barışmaz
yazıçı-vətəndaş münasibətini meydana çıxarır, xalqa məhəbbətini, xeyirə
inamını ifadə
edir".
İmamverdi Əbilov, professor:
"Məzmunlu, mənalı ömründə ədəbi-estetik
fikir tariximizə əlavələr möhürləmiş
yaradıcı ziyalı
kimi Xeyrəddin Qocaya millət məhəbbətinin sirrini
sadalamaq zərurəti
yaranarsa, tərəddüdsüz
sadalardım: sadəlik,
təkəbbürə nifrət,
ailə-övlad, ata-ana
mehrinə sonsuz tələbat, klassik irsə bağlılıq,
yumora lirik münasibət, sözübütövlük,
cəsarət, mənəvi
təmizlik.
Onun sosial-estetik idealındakı
milli müəyyənlik yaradıcılıq
yolunu davam etdirən nəsil üçün əsil örnək, nümunə
məktəbi olmalıdır.
Mən ondakı milliliklə fərdiliyin vəhdətinə heyranam.
Xeyrəddin Qoca hürriyyət təşnəli
ədəbiyyatımızın satirik ruhlu, yumoristik qayəli, humanist təbiətli yorulmaz nümayəndəsidir".
Zəlimxan
Yaqub, Xalq şairi:
"Xeyrəddin Qoca yazıçıdır, jurnalistdir,
qələm adamıdır,
ədəbiyyat adamıdır,
ziyalıdır. Cəlil
Məmmədquluzadədən gələn, Əbdürrəhim
bəy Haqverdiyevdən
gələn, haradasa Yusif Vəzir Çəmənzəminlidən gələn, Sabirin ruhundan süzülən İlahi duyğular bu gün Xeyrəddin
Qocanın dövrlə,
zamanla bağlı nəfəsində ayrı
bir ahəngdə səslənir. O, bu yazıçıların ruhunu
özündə ehtiva
eləyir".
Nizami Cəfərov, Azərbaycan
Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor:
"...Yazıçının tənqid
hədəfləri daha
çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının
son illərdə "qazandığı"
yeni qüsurlardır: sözü
oldu-olmadı, qəzet
çıxarıb söz
demək həvəsi;
partiya, cəmiyyətlər
yaradıb "üzə
çıxmaq" ehtirası,
nazir, prezident olmaq mərəzi... Müəllif
göstərir ki, həmin
ictimai bəlalar, hər şeydən əvvəl, şəxsiyyəti
öldürür, cəmiyyətin
harmoniyası üçün
əsas şərtlərdən
biri olan xarakteri məhv edir...
Xeyrəddin Qocanın yumoristik
hekayələrində Mixail
Zoşşenkodan da, Əziz
Nesindən də, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər
Sabir və Əbdürrəhim
bəy Haqverdiyevdən
də nə isə var. Lakin bu hekayələrin, lətifələrin,
zarafatların müəllifi
məhz onun özüdür - Xeyrəddin
Qocadır".
Hidayət, şair:
"Xeyrəddin Qoca yüksək tərifə,
xoş sözlərə
layiq şəxsiyyətdir,
layiq ziyalıdır, layiq yazıçıdır.
Xeyrəddin gözəl
publisistdir, gözəl
jurnalistdir, gözəl
nasirdir, gözəl satirikdir. Mənə elə gəlir ki, o, həyatdan bir süjet götürür
və onu olduğu kimi verir. Bəlkə də Xeyrəddin bu süjeti həyatdan götürmür.
Yazdıqları yaradıcılıq
təxəyyülünün məhsuludur. Lakin mən həmişə Xeyrəddinin
bədii yazılarında,
publisistikasında təsvir
etdiyi süjetlərdə
bir bütövlük
görmüşəm. Mənim
diqqətimi o cəlb edir ki, Xeyrəddin bir süjeti götürür, yazır
və sonra da deyir ki, "Hərə öz payını götürsün".
Sabir Rüstəmxanlı, Xalq şairi:
Mən Xeyrəddin Qocanı lap çoxdan tanıyıram.
Bilirəm ki, o, yazıçıdır,
bilirəm ki, o, jurnalistdir,
bilirəm ki, o, Azərbaycanın
gələcəyini gözəl
görmək istəyən
adamdır, o, Azərbaycanın
taleyini düşünən
adamdır, Azərbaycanı
bütöv görmək
istəyən adamdır.
Xeyrəddin nə qazanıbsa, haqqı ilə qazanıb, nə qazanıbsa, qələmi ilə, sözü ilə, zəhməti ilə qazanıb.
Xeyrəddin Qoca hansı mübarizələrdən keçib,
mən bilirəm...
Biz onunla mənəviyyat məsələsində birik,
Azərbaycanın taleyi
məsələsində, Araz
məsələsində, o tay-bu tay məsələsində
birik.
O, ilk hekayələrini redaksiyada
işləyəndə mənim
yanıma gətirib, fikirlərimi soruşurdu. Deyirdim ki, Xeyrəddin, sən usta yazıçısan,
fikirlərini, düşüncələrini
gizlətməyən, qələminə
hörmət edən yazıçısan...
Tehran Əlişanoğlu, tənqidçi-publisist:
"Gülüş yaratmaq, dodaqlara təbəssüm
qondurmaq heç də asan sənət
deyil. Xeyrəddin Qoca bunu bacarır.
O, öz "marallar"ı
ilə Əbdürrəhim
bəy Haqverdiyev satirasının hələ
bu gün də önəmini itirmədiyini bir daha təsdiq edir. Xeyrəddin Qocanın miniatürlərində
"Marallarım" və
"Kirpi" gələnəklərinin
qəribə şəkildə
uyuşduğunu görürük".
Dursun Özdən, Türkiyədə
çıxan "Hürriyyət"
qəzetinin müxbiri:
"Azərbaycan yazıçısının
türkcəyə çevrilən
son əsəri - "Bu dünyadan
məktublar..." əslində
eybəcərliklərin mövzusu
baxımından maraqlı,
kəsərli bir satira nümunəsidir.
Xeyrəddin Qoca Nəsrəddin
Qoca kimidir... Türk oxucularına
"Bu dünyadan məktublar..."
kitabını mütləq
oxumalarını məsləhət
görürük. Xeyrəddin
Qocanın ümid və işıq dolu böyük ürəyindən gələn
sevgi və hərarət içinizdə
işıq yandıracaqdır.
Çevrəniz sizin üçün aydınlaşacaq
və ürəkdən
güləcəksiniz. Həm
də mütləq düşünməyə vadar
olacaqsınız..."
İrfan
Ülkü, türk yazıçısı:
"Xeyrəddin Qocanın
"Bu dünyadan məktubları"nı
oxuyun, "biz-bizə
bənzəriz" fikrinin
nə qədər gerçək olduğunu görəcəksiniz..."
Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.9.