Beyrut
Suda
alma, Mərmər çiçək,
Daş kəpənək...
Beyrutdu bu!
Qəlbin
əksi, Bulud ətri,
İlk qadının gül qoxusu...
Yorğunluqdan və qızıldan
yoğrulubdur Beyrutumuz,
Soyuq gümüş, Bəyaz köpük,
Həyat
baha, ölüm ucuz.
Şam ilə Əndəlus birgə -
Lələk salan göyərçinlər.
Beyrut - mənim məhəbbətim!
Aramızda ulduz közər.
Mən əvvəllər heç
bilməzdim
Sussam belə, qan danışar
Beyrut adlı sevgimizdən.
Əcdadımtək yol gəlirik biz Beyruta.
Beyrut - Vətən...
Ləpələrə yağan yağış,
ağzımızda payız dadı,
Bax, beləcə tapdıq bir gün
Tale kimi biz bu adı...
Çadırımız göy qübbəsi.
Yağış altı, külək
döşü...
Dözürük biz!
Palçıq daxma...
Bu qarışqa yuvaları bizə əziz!
Tənəzzülün, çətinliyin
övladıyıq.
Hanı
keçmiş?
Oxuyuruq,
sanki daim belə olub tarix boyu:
Beyrut - bizim çadırımız,
çörəyimiz, həm duzumuz.
Beyrut -
tale ulduzumuz...
Biz buraxdıq qəsbkarı evimizə,
Biz torpaqdan dişimizlə yapışmadıq.
Dinləyin bir.
İndi qədim yaddaşımı,
toyumuzu,
yasımızı qorumağa
Mahnılarım keşik çəkir!
Əsir
düşüb belə
dərdli bir zamana
Qanımızı qoruyuruq yana-yana.
Bilirik
ki, xalqı qanmaz qəddar sultan,
Canilərin sinəsində ürək
daşdan.
Bilirik
ki, varlığımız bir güzgütək
Ancaq bizim qanımızdan görünəcək!
Cismimizdə ruhumuzu qan qoruyur,
Oxuyuruq,
sanki daim belə olub tarix boyu:
Beyrut - bizim çadırımız,
çörəyimiz, həm duzumuz.
Beyrut - tale ulduzumuz.
Beyrut! Bəlkə sən olmusan ilk yuvamız,
son həddimiz?!
Axtarırıq hardan keçir
qəlbimizin damarları,
Cənub
ilə sərhəddimiz?
Silkələyib özümüzə qaytar bizi,
Sən
yada sal
Dəniz
yuyub apardığı
cismimizi!
İlkin
uşaq səslərindən
yol gəlirik biz Beyruta,
Beyrut çöküb qanımıza
ağır-ağır.
Qanlar axır ürəyimə,
qanlar axır!
Gözüm sanki ölüm,
uçqun görmək üçün
yaranıbdır.
Üzərimə əyilibdir zülmət
kimi qatı kölgə,
O köksümdən basır
məni, xırdalayır
tikə-tikə.
O günahsız qurbanların
haqqı
bizim boynumuzda!
Ölkəmizdə doğulsaq da ölkəsizik.
Təmiz
əlimiz gücsüzləşib.
Əmirlərin sarayından
zindanların küncünədək,
Bu qaralan uçqunların arasında
Sığınmağa yer tapmayan,
Öz yurdumuz ola-ola,
yurdsuz qalan millət bizik.
Heç
olmazsa, bizə bircə divar verin,
Ordan baxıb görə bilək od vurulmuş
üfüqləri.
Ordan asaq qəmimizi,
Ordan hər gün Beyrut deyim,
Qoy yayılsın mənim səsim!
Heç
olmazsa, divar verin,
Heç
olmazsa, bircə divar!
Ordan bizi eşitsinlər yata-yata
nefti, ərəbi satanlar:
Beyrut - bizim son evimiz, otağımız.
Beyrut - bizim axırıncı ocağımız!
Bizim doğma üfüqləri
sarıb zülmət,
qara qüvvə, qanlı bir əl,
Həsrət, həsrət,
Mühacirət yollarında
Qismətimiz qəfil əcəl...
Okeandan cəhənnəmə,
Cəhənnəmdən okeana
Varlığımdır mənim yanan,
Sağda,
solda, irəlidə
Hər tərəfdə - mənə
hədə!
Hər tərəfdə dar ağacı,
Milyonların boynu üçün
ilgək
açıq.
Beyrut mənim hər duyğumun ilk şahidi,
Mən ən gizli sözlərimi
ona dedim.
Mən keçirəm küçələrdən,
Göyərçinli həyətlərdən,
Binaların qabağından,
Qəlbimdəki bir yarımçıq
poemanın yollarından.
Mənim
həyat dastanımın
odu sönməz,
Qaralanmış vərəqlərtək çevirirəm bu şəhəri -
ürəyimdə təzə həvəs.
Beyrutun sərt, yoxuş hava cığırıyla
Aparıram torpağımı,
bircə
əlçim ağ buludu.
Sağ ol səni, doğma
şəhər,
Dumanın, daşın Beyrutu!
Bir tərəfdə nağılçılar,
Bir tərəfdə istilaçı,
Neçə yüz il mübahisə,
qəzəb, aclıq,
Beyrut daşdan nə yaradır?
Biri deyir, sevənlərə cənnət guşə, səfa yeri,
Biri deyir, yəhudiyə ocaq olan
təzə bir getto şəhəri.
...Ürəyimdə nəbzim
kimi vuran mahnı
Nə dayanır, nə yorulur,
Gah ağrıyır nizələrin
yarasıından,
Gah da elə özü dönüb nizə olur.
Həm enirəm, həm qalxıram
sona yetməz pilləkənlə,
Ölüb yenə dirilirəm
hər gələnlə,
hər gedənlə.
Dəqiqələr biri qara, birisi ağ,
Vaxt dolaşıb kələf
kimi.
Bu bədəvi ocağına
üz tutaraq
pıçıltıyla söyləyirəm:
Həmişəlik, bütövlüklə mən burdayam!
Üzüm qəmdən qapqaradır,
Yad tozundan silkələyib öz dilimi
İslam adlı dinimizdən soruşuram hakim kimi:
Cavab versin qoy nəhayət,
Hansı
daha əzəlidir:
neft, ya nifrət?
...Yol gedirik uzaqdakı
bir nəğməyə,
Azadlığı dirildəcək bir
ölkəyə.
Məhəbbətlə qidalanan sevənlərtək
Bizi hava yedirəcək, içirəcək,
Yaşıl taclı ağaclardan
şəfəq düşür hər
tərəfə.
Biz qalxırıq
bir yol,
on yol,
yüz-yüz dəfə,
min-min dəfə...
Neçə-neçə dostumuzu torpaqlara verib hər gün,
vuruşuruq hələ yatan
bu xalq üçün,
Bizim ömür dastanımız
axıb gedir qan yerinə,
Şəfəq saçır dan yerinə,
Bəxtəvərdir yer üzündə yaşayanlar,
Bəxtiyardır həyat, nəsə,
Tiranların hökmü altda
inləməsə,
Korluq, zülmət onu zəlil eləməsə,
Qoy yaşasın həyat azad,
Qoy yaşasın azad həyat!
Havaya yaz gələn kimi,
qəfil
gəldi göyə, yerə -
üstümüzə bəhanəsiz
qanad gərdi müharibə.
Məgər Beyrut çilik-çilik
qırılası güzgü idi?
Özümüz də çilikləndik,
Məgər bu yol düzgün idi?
Biz gedirik güllələrin
hədəfində,
Bəlkə artıq ölümə
də öyrənmişik?!
Bəsdi,
yetər!
- Biz həyata öyrəşmişik,
ölümə yox.
Biz sevgiyə öyrəşmişik
zülümə yox!
- Bəlkə bizim həyatımız gərəksizdir!
- Yox, heç zaman tükənməyən mövzumdur
bu.
- Onda niyə müharibə onu əzdi?
- Davanın da yetişəcək
axır sonu.
Dava bizi sürükləyən,
sıxan, əyən...
Ancaq tarix yürüşünə
dava deyil yol göstərən.
- Bəs üfüqdə o alışıb yanan nədir?
- Ayrı üfüq!
- Yoxsa, yenə müharibə,
yoxsa yenə təzə cəbhə?!
- Sən davada ölənlərin
hamısını tanıyırsan?
- Tanıyıram ölənləri,
ancaq təkcə ölənlər
yox,
doğularaq yer üzünə
dava vaxtı gələnləri...
Doğulurlar
ağac
altda,
doğulurlar
yağış altda,
doğulurlar
qışda, qarda,
doğulurlar
qayıqlarda,
doğulurlar
qayalardan,
doğulurlar
güzgülərdən,
dərd-kədərdən,
doğulurlar
məscidlərdən,
küləklərdən,
qönçələrdən,
doğulurlar
gecələrdən,
doğulurlar
sızıltıdan, qəhqəhədən,
doğulurlar
məğlubiyyət-qələbədən,
doğulurlar
həm sevincdən, həm də qandan,
doğulurlar
həm əvvəldən, həm
də sondan,
doğulurlar
gözü yaşlı bir
diyardan,
doğulurlar
atalardan,
analardan -
doğulurlar gecə-gündüz
boy ataraq üzümüzə
gülmək üçün,
ölüb yenə doğulmağa,
doğularaq ölmək üçün!
Görürsənmi Beyrut nədir?
Bir gözü tox, bir gözü ac!
Mürəkkəbtək axan qanım, müharibə...
Dəniz
kimi axan qazanc,
Dəniz
bəyaz, gümüşü
göy ilk baharda
bir az yaşıl.
Qəzəblənib coşduqca o, qırmızısı qatılaşır.
Dəniz:
sərvət, al qanımda
cövhəri var,
Sevilməyə layiq hər şey
bu kəlmədə qərar
tutar.
Müharibə: baş tutmayan tamaşamız,
oynayırıq bu dramı həm mətnsiz, həm kitabsız.
Müharibə: olanların-olmazların xatirəsi.
Müharibə: əvvəli qan,
sonu hava.
Müharibə: kölgəmizi deşib
keçir,
tufan salır qapıları qoparmağa.
Mürəkkəb ver!
Yol göstərən!
Dəstəmizin qabağında gedənlərə,
dodaqlarda
nəğmə kimi
kəlmə-kəlmə bitənlərə:
bu kədərli dənizləri
qüssəylə seyr
edənlərə.
Mürəkkəb ver!
"nənəm, uç"dur,
ya qaraca bir qarışqa.
Şair,
daha nəyin qalıb bu yeganə
ümidindən
bu balaca körfəzindən,
nəyin
qalıb ondan başqa?!.
Qazanc isə - müharibə yetirməsi!
Zaman-zaman
yenə geri qayıdır o.
Ceyranların arxasınca ilkin
ova çapa-çapa
tarlaları, kotanları tərk
edəndən
Asiyada, Avropada
sosialistlər baş qaldırıb
sözlərini deyənəcən
yollar keçən, dövran sürən
qazanc bizə hökm eləyir,
Sözdən qovub, işdən
qovub,
biyabanda
atır bizi,
Oğurlayıb başlı-bütöv satır bizi.
Beyrut - ömrün xoşbəxt
anı,
Beyrut - anın xoşbəxtliyi,
Cənnət bağı!
Qu tükündən gül yatağı,
ixtiralar
bazarıdır.
Öyrəndiyi köhnə risqlə
elə alır, elə satır!
Şərq qanının qiymətiylə
eyni vaxtda bahalaşan,
eyni vaxtda ucuzlaşan
qızıl kimi,
dolların qiyməti kimi
o da enir, o da qalxır...
Yox, yox, Beyrut - döyüşlərin
kompasıdır,
gözlərimiz o an baxır.
...Biz yandırdıq gəmimizi,
ulduzumuz
həkk olunub divarlara,
Odlu döyüş meydanında
sinəmizdə ağır
yara...
Düşmənlərə deyirik ki,
Beyrut - bizim bəxtimizə düşən alma,
zor-güc ilə gülümsəyən,
ancaq vuran qızıl ürək,
bircə
ovuc ümid - ada,
Bu məhv olan dünyamızda
Beyrut təzə blokada...
Bir meydanlıq sevinc tapıb
mən özümü xoşbəxt
sandım,
Həyəcanlı fit səsiylə nişanladım.
Yelkənləri yandıraraq avtomatı
qucaqladıq,
Günahımız varmı bizim?
Tükə bağlı bir
həyatı qucaqladıq.
Oyadarıq bu torpağı,
qanımızı içib
bizim,
oyadarıq onu bir gün, sevgimizin
şəffaf, isti göz yaşları
yuyar, yuyar şahidlərin saçlarını.
Gözümüzün istisindən
ölülərin buz bədəni
isinsin ki,
qayıtsınlar bu torpağa
Onun hər bir qarışını,
çiçəyini, taxılını,
əvvəlini, axırını
qanımızla qoruyuruq...
Bizim həyat gəmiləri bu torpaqda yandırılıb,
Biz Sizə üz çeviririk, ey torpağa çevrilənlər.
Səsləyirik Sizləri biz.
Ölkələrdən dönüb gəlir əks-səda,
Bizim həyat gəmiləri bu torpaqda yandırılıb.
Çadırımız - müharibə
küləyində!
Neçə ordu dikələrək
canlı
insan divarıyla
gəlib
bizə yetişsə
də,
Çəkilmərik qanımızın
sərhəddindən!
Qanımızda coğrafiyam!
Xəritəsiz qalan Vətən!
Odlu ölüm cəbhəsində
durub yenə,
Biz deyirik dönə-dönə:
- Bu səngəri tərk etmərik
getməyincə zülmət gecə!
Beyrut yığıb pəncəsini
pələng kimi tullanacaq!
Dənizdəki qızıl alma!
Göyün əlvan ətəyinə
çilənmiş qan!
Söz şahmatı.
Ruhumuzun
son qırığı.
Ağır sükut. Yalvarışla
kömək uman.
Ay işığı çiliklənir
- toxunduqca daş hasara,
Beyrut - sülhün, göyərçinin
kürəyində yaqut yara...
Uçuqlarda bitən çiçək,
İlkin
öpüş, titrək
ürək,
Əl yetişməz məğrur
arzu.
Dənizlərin, ölənlərin ağ
kəfəni,
Daş dastanım,
daş əsərim.
Köksümüzdə pırıldayan hissimizin torağayı,
Öz oğlunu
- ümidini itirən bir ana kimi
daş üstünə çökərək
göy
batıb
ağır dərdə,
qəmə.
Ona qulaq kəsilibdir qızıl güllər,
ətirli
köz.
Qırğınların, qılıncların
arasında
Durur məğrur, məğlubolmaz,
hər qüvvədən uca olan
Əbədi SÖZ!
Mahmud
DƏRVİŞ
Fələstin şairi
Çevirəni:
Sabir
RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.6-7.