Günəş doğarkən
Afaqa əlin yendiriyorkən dəli ruzgar
Birdən-birə silkindi fəza, axdı buludlar.
Sıyrıldı
qaranlıq gecələrdən,
Qurtuldu səma bilməcələrdən.
Parlarkən üfüqlərdə
doğan qırmızı halə,
Yüzlərdə
gülümsərdi əməllər bu xəyalə.
Güllər küləklərlə sərazad,
Daldan-dala bülbüllər ötər şad.
Ətrafə fərəh nəşə
saçarkən...
...
Dağlar,
dərələr, güldü
çəmənlər
Birlikdə bahar ömrü
içənlər...
Orman dərənin köksünə
yaslanmış uyurdu,
Qızğın günəşin nurunu
içmiş kibi durdu.
Seyr etdi, gülümsündü
uzaqdan,
Çıldırdı könüllər
bu maraqdan.
Şairin xülyası
...Uzaqlarda sirr oxudu füsunlu gecə,
İncə bir tül buluddan endi gizlicə.
Qaplayınca qumaşlı bir
örtü sahili,
Mavi səndal heyran oldu böylə doğuşa,
Atlas donlu dəniz aldı bizi ağuşa.
Ayın
hüsnünü əmərkən
sevdalı ada
Bir qətrə su oldu sandal içrə dəniz.
...Şəbnəmli dodaqlar haman başladı sözə.
"Bən bir sevda
dənizində tənha
yaşar bir inciyəm,
Şairlərin xülyasına ilham
saçar əfsunçuyam.
Gecələri bürünərək ayın sirmə tellərinə
Uzadaram əllərimi o məhəbbət
ellərinə".
Göyün parlaq çiçəkləri
xəyalıma dastan yazar,
Qızğın günəş üfüqlərə
yayılınca həmən
pozar.
Dolaşaraq sevda coşan könüllərin dənizində
...Ansızın bir fırtınayla sarsıldı
oda,
Dışarıda sızlardımı ruzgarın
neyi?
Şair,
xülya baharından şu xəzan eyi.
01.07.1928
Ona
Gül, sevdiciyim, gülməmizin əsl zamanı,
Təzyin
edəlim eşq ilə gəl, biz də bu anı.
Gənclik... buna vabəstə həyatın
həyəcanı
Təzyin
edəlim eşq ilə gəl, biz də bu anı.
Doğmaqda günəş, əsmədə
meh, ötmədə bülbül,
Bin dürlü bəşaşətlə
gülümsər bizə
hər gül.
Gül, sevdiciyim, nazlı gülüşlərlə sevin,
gül,
Təzyin
edəlim eşq ilə gəl, biz də bu anı.
Olsun
İstərəm sevgili dilbər
mənə canan olsun,
Qul olum mən ona,
ancaq mənə sultan
olsun.
Eşidim
əmrini hər ləhzə böyük minnətlə,
Qurban etməkçin ona cismdə min can olsun.
Taleyə
şükr edərəm,
vallahi, ömrüm uzunu,
Şövq ilə qönçə
dodaqlar mənə xəndan olsun.
Raziyəm vəslinə ancaq
yetişim bir ləhzə,
Sonra istər əbədi hicr ilə zindan
olsun.
Söylə, bir hurimisən,
yoxsa, mələksən,
dilbər?
Heç
inanmam bu gözəllikdə də
insan olsun.
Toplaşıb başına həp
türfə gözəllər
nə ki var,
Hüsnünə Misr Züleyxası
da heyran olsun.
Ölürəm, eşqin ilə
rəhm elə bir an, ey qız,
Olma razı ki, hüzurunda nahaq qan olsun.
Tahirəm, dünyada bir başqa məramım yoqdur,
İstərəm bircə gecə
yar mənə mehman olsun.
Mən istərəm
Mən istərəm, sevda qoqan pərilər
Mənim
büllur kaşanəmə
dizilsin.
Gökyüzində inci sərpən nəzərlər
Pərilərin baş ucunda süzülsün.
Mən istərəm, əlvan güllər, çiçəklər
Pəncərəmin qoğuşunda açılsın.
Tatlı
günəş camlarında
doğunca,
Kaşanəmə rəngli nurlar saçılsın.
Mən istərəm, hər şey dalsın sükutə
Solğun
məhtab işığını
sərpərkən.
Mən istərəm, bülbül
ötsün, gül açsın
Səba
yeli alınları öpərkən.
Mən istərəm, ömrün
incə bir tül
Geyinərək sevda ilə görünsün.
Əsrarəngiz təxəyyüllər içində
Tatlı,
gözəl röyalərə
bürünsün.
Tahir Rasizadə
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.5.