Üfüqlər xəyaldı, sahillər gerçək...

 

Şabranda Nabranda yazılanlar...

***

 

"Hamı hamı ilə savaşır" sanki,

"Hər şey axır, heç yerində qalmır";

Yenə "Karfagen məhv edilməli!"

Yenə masada "nifaq alması"...

 

"Çörək tamaşa" - Batıda söz var;

Biz Gündoğarlıyıq - istiqanlıyıq.

Gün varkən, "Yarasa olmaq, ola?"

"Dolabda müqəvva" saxlamamışıq...

 

Gün batar, ulu Göy yetimmi qalar?

Bu səfər Dolunay ya da Aypara...

Dövlətlər yaradan, dövlətlər yıxan

Əcdaddır onları tuğuna taxan...

 

Yadlarda işğal var, bizdə fəthlər,

Biz idik onaran şəhəri-kəndi...

Çıxan qan damarda durmaz deyiblər,

Çay coşsa basmazmı bərəni-bəndi?..

 

"Söz - adam ağzından, köz - qazan altdan",

"Sözümüz - imzamız qədər keçərli!"

Yanıla-yanıla öyrənən dünya,

Yenə yanılır, yenə, nədəndi?..

 

Adam öz içindən sıxılır, şair,

Bal olsun, arısı Bağdaddan gəlsin...

Ağac öz səmtinə yıxılır, şair,

Bir arxdan min dəli atlı su içsin...

 

Şabran, 09.11.2024

 

***

 

Deyirlər, hər kəsin bir qapısı var,

Bir , itirdiyi kilid var, şair;

Könül qapısı var, pir qapısı var,

Yenə bəslənəsi ümid var, şair.

 

Bəlkə təkrar olur ömürlər bir-bir?

Biz ki "uzun, incə bir yolda" idik...

Hanı çıra yanan, it hürən səmt? -

Dar gündə Xızıra umudvar idik...

 

Hələ getmədiyi yol var hər kəsin,

Qanmayan da varar, qanan da varar;

"Ya yol tap, ya yol , ya yoldan çəkil",

Yeriyə bilməyən yola yük olar...

 

Deyirlər, hər kəsin bir qapısı var,

Bir , itirdiyi kilid var, şair;

Açıq qapılar var, sirr qapısı var,

Hər kəsi gözləyən biri var, şair.

 

Yoxsa təkrar olur ömürlər bir-bir?

Biz ki "uzun, incə bir yolda" idik...

 

Şabran, 10.11.2024

 

***

 

İki min il keçib İsa vaxtından

Kim görüb "İlk daş"ı atan adamı?

Yoxsa, balalayıb, çoxalıb o daş,

Mina vadisində yüz illər sonra

"Şeytan daşlama"da işə yaradı?..

 

Şeytana atılan daşları yığaq -

Evsiz olanların evi tikilsin;

Çiçək tək açılsın çatılan qaşlar,

Hamının ocağı, piri sevinsin...

Hər kəsə əlimiz yetişməsə ,

Beşi sevinməsə, beşi sevinsin...

 

İlk varsa, sonuncu daş da var, yəqin,

İki daş arası ocaq qalayaq;

Ocağın üstündə qazan asaq biz,

Onu bircə gün boş qaynatmayaq...

"İki çay arası" başlayan adət,

Yaşasın, yayılsın, heç axsatmayaq...

 

Fateh İstanbulu alan gün dedi:

Heç kəs acqarına gecələməsin...

İnsanlar ibadət edir-etməyir? -

Tanrı özü bilər - onun işidir.

Müsəlman, xaçpərəst ya da musəvi -

İş olsun, olsun - bəndə bəndədir...

 

Bir , bir "Ağlaşma divarı" vardır,

"Çin səddi" vardır çox-çox uzaqda...

O divar o sədd arasındakı

Torpaqlar zaman dinclik tapacaq?..

 

Ey, məscid, kilsə sinaqoqdakı

Eyni sözü deyən,

hardasan, harda?!.

 

Şabran, 11.11.2024

 

***

 

Dəniz üstdən ötür dolmuş buludlar

Kim bilir hirsini hara tökəcək...

Əlim qaşım üstə, fikrim uzaqda,

Üfüqlər xəyaldı, sahillər gerçək...

 

Sahil dolur-daşır insanla bəzən

Yaşlı qayğılar var, gənc əyləncələr...

Fikri dağıtsa da körpə ləpələr,

Hamı burdan evə yorğun dönəcək...

Üfüqlər xəyaldı, sahillər gerçək...

 

Sahillər qocalır, sular gəncləşir,

Görərsən yorurmu sahili dəniz?..

Neçə ki sahil var, neçə ki dəniz,

Onların sevdası heç bitməyəcək...

 

Balıqqulağı var burda bu qədər,

Burda pıçıltı da sirr qala bilməz...

Yerin qulağı var - belə deyiblər -

Yəqin ki buranı görüb deyiblər...

Hamı əvvəl-axır burdan keçəcək.

Üfüqlər xəyaldı, sahillər gerçək...

 

Nabran, 27.07.2024

 

***

 

Nabran...

Dəniz sahili...

O başdan bu başa gəlib-gedirik

Sahildə olur? -

Balıqqulaqları, narın qum

bir

Dənizin qırağa atdığı nəsə...

 

yaşıl orman var,

göy çəmən

Bəs nədir

bizləri gətirən bura?

O yaşıl ormanlar

göy çəmənliklər

çox gözəl olsa da,

bir gün gəlir

qaçmaq istəyirsən,

uzaqlaşırsan...

Bəzən özümüzdən qaçmaq istərik

Özgədən, özündən, hər yerdən qaçan

Gəlib soluğunu sahildə alar...

Bəs dəniz olmayan ölkələr neynir?..

Dənizə, sahilə özgələr neynir?..

 

Ancaq biz...

ancaq Xəzər sahili...

Balıqqulaqları, narın qum

bir

Xəzərin qırağa atdığı nəsə...

Təsadüf olmayır dünyada heç ...

 

Balıq tanımayır öz qulağını

Deyirlər balığın yaddaşı olmur;

Amma insanlarçün

bu balıqqulaqlı,

bu narın qumlu

sahillər

sahilsiz xatirə yığnağı olar -

O ya yaşanıbdı ya yaşanacaq...

 

Heç gərək deyil

yaşıl, göy...

Boz sahil

boyunca yeriməyimiz,

Dənizi dinlərcə kiriməyimiz

Hopacaq sabahkı xatirələrə -

Bu balıqqulaqlı, bu narın qumlu,

heç yerə getməyən üzüboz sahil

Dünyanın ən əlvan yeri olacaq...

Ən rəngli yuxular qazanacaq o

Həsrətin əlçəkməz süsü olacaq...

 

Neynək, bu sahildə sadədil olaq,

Balıqqulağına tutunaq duraq;

Bu dəniz, bu sahil, bu qum deyir?..

Torpaqla dənizin öpüşdüyü yer,

Nəsə bir hikmətə sahib olmalı...

 

Gəl, hədiyyə verək bir-birimizə:

Bu bir cüt qızılı balıqqulağı -

Biri sənin olsun, biri mənim;

Bizi bu sahilə gətirər yenə

Dəniz pıçıltılı balıqqulağı...

 

Nabran, 25.07.2024

 

***

 

Dəniz qovur istini

Öz istim yetər deyir

Günəş yox olacaq,

Xəzər itər - deyir.

 

Sahildə hikmət var? -

Fikirlilər axışar

hər axşam-səhər deyir;

Özüm darıxıram

Adamdan betər deyir...

 

Hər sahilə gəlişim

Özümdən qaçışımdır;

Dodağımdı dalğalar -

Qara torpaq, alın,

İzn ver, öpəm deyir...

 

Dəniz-Torpaq sevgisi

heç zaman bitən deyil.

Tanrı verib bu hökmü,

Qiyamət günündə ,

O höküm keçər deyir...

 

Nabran, 26.07.2024

 

***

 

Dənizi dinləyirəm

danışır bilmirəm

Mən dağ dili bilirəm

Çöl dilini bilirəm

Çəməndə gül bilirəm

Dəniz dili bilmirəm

 

Dənizi dinləyirəm

danışır bilmirəm

İnsan bilmədiklərni

Öyrənməyə aşina

Bəlkə ona görə

Dəniz öyrədən olub

Dağlarsa dərd ortağım

 

Dağlardan qopan çaylar

Dinləyib dərdimizi

Yuxumuzu dinləyib

ki gizlinimiz var

Sulara danışmışıq

Dərdimiz yüngülləşib

Necə dərdlər yüklənib

yuxular eşidib

Dənizə qaçıb çaylar

 

Bizim bütün çayların

Son ünvanı Xəzərdi

 

Dədəmiz-babamız da

Hey axın eləyiblər

Dağlardan dənizlərə

Yoxsa öz sirlərinin

yoxsa yuxularının

ardınca at çapıblar

Atlarının ayağı

dənizə dəyməyincə

dinməyibdi ulular

 

Harda dəniz vardısa

Bir türk at çapıb ora

Bir çay dərd daşıyıbdır

O dənizə əminəm

Yuxumuzun dalınca

gəlmişik dənizlərə

Qabarırsa dənizlər

Yuxunu xeyrə yozub

Sakit ləpələyirsə

qaramatı itirir

Dəniz ana kimidir

Ata Dağlar sussa da

Ana gah layla çalar

Gah əsib-coşub susar

 

Dənizi dinləyirəm

Dinləyib-öyrənirəm

 

Yuxumuzun ardınca

sənə gəlmişik, dəniz!

 

Nabran, 25.07.2024

 

***

 

Sahil adam kimi dalıb dənizə,

Arabir qırağa çıxır yosunlar.

Dizini qatlasa sahil bir azca,

Sular bir qıraqda göl-göl balalar...

 

Hər sahilə gələn sahilmi bilir?..

Hər dənizə girən dənizçi deyil;

Göz torpaqdan doymur, dənizdən bezmir -

Yəqin, Nuhdan qalma bir adət olar...

 

Kimsə ocaq çatıb - günü olsun,

Bir çadır var - quran sağ olsun!

Gündüz əlimizdə gur çıraq olsun,

Atalar sözüdür: arayan bular...

 

Hər su qırağına sahil deyilmir...

dəniz, sahil söz bitirməyir...

Odur, könül alır ya könül verir,

Könlün qıt vaxtında

bu,

xoş bazar...

 

Arabir qırağa çıxır yosunlar...

 

Nabran, 28.07.2024

 

***

 

Atamın sözləri düşür yadıma:

Soyuğu yamandı, yaya aldanma...

Baxıram sıxlaşan, dolan buluda,

Yoxsa, göy üzündə qurultaymı var?..

 

Nabran, 28.07.2024

 

Əkbər QOŞALI

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.21.