"Ulduz" jurnalının Ankarada

xüsusi buraxılışı çıxıb

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olanUlduzjurnalının xüsusi buraxılışı qardaş Türkiyənin Ankara şəhərində, “Gənc Ürəklərdərgisində oxuculara təqdim edilib.

Ədəbiyyat incəsənətportalınaUlduzjurnalı redaksiyasından verilən məlumata görə, “Gənc ürəklərdərgisinin 14-cü (Qış, dekabr-yanvar-fevral 2025) sayındaUlduzjurnalının təqdimatı ilə azərbaycanlı şair yazarların əsərləri yer alıb.

Ulduzjurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirir ki, “Gənc ürəklərdərgisinin baş redaktoru Muhterem Şahin ötən ilin yayındaUlduzjurnalını görüb jurnalın redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirdən nəşr haqqında soruşub: “Sonradan biz Muhterem bəylə onlayn şəkildə əlaqə saxladıq, tanış olduq. Söhbətimiz zamanı təklif etdim ki, bizGənc ürəklərdərgisinin bir sayını Azərbaycanda çap edək, onlar daUlduz”un bir sayını Ankarada çap etsinlər. Razılıq əldə olundu yazılar toplanmağa başladı. 2024-cü ilin sentyabr ayında bizGənc ürəklərdərgisinin xüsusi buraxılışını Azərbaycanda- “Ulduzjurnalında çap etdik. “Bir millət, iki dövlətdevizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə çap olundu.  Sonra isə Azərbaycandan yazıları toplayıb Muhterem Şahinə yolladıq. Bir neçə mərhələdən keçdikdən sonra, nəhayət, “Ulduzjurnalının Ankaradakı xüsusi sayı çap olundu. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən ona görə ki, bu, bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. Muhterem bəylə danışıqlarımız davam edir. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”.

Ulduz - Gənc ürəklər qardaşlığı daim olsundevizi ilə çap olunan xüsusi buraxılışın ilk məqaləsində baş redaktor Muhterem Şahin yazır:

Dərgimizin bu sayındaUlduz”dan gələn 39 əsəri Azərbaycan türkcəsində olduğu kimi yayımlayırıq. Buradakı məqsədimiz Azərbaycandakı dostlarımızın Türkiyə türkcəsiylə, Türkiyədəki qardaşlarımızın da Azərbaycan türkcəsiylə bir yazını, şeiri, hekayəni, esseni oxumaqlarına şərait yaratmaqdır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi bir-birinə o qədər yaxındır ki, anlamamaq mümkün deyil. Bəlkə bir neçə kəlməni başa düşməkdə çətinlik çəkə bilərsiniz. Ləhcələr arasında belə kiçik fərqlər ola bilər, mümkündür. Onları da öyrənəcəyik, öyrənməliyik”.

Qeyd edək ki, “Ulduzjurnalının xüsusi sayının təqdimatı keçiriləcəyi gözlənilir.

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.27.