Qərbi Azərbaycan
İcması Ermənistan
hökumətinin
irqçi siyasətini sərt şəkildə qınayıb
“Ermənistan Respublikasının Xarici Kəşfiyyat
Xidməti 2025-ci il yanvarın 23-də dərc etdiyi illik
hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi
risk kateqoriyasında vermişdir.
Etnik təmizləməyə məruz
qalmış Qərbi azərbaycanlıların beynəlxalq
hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz
şəraitdə və ləyaqətli şəkildə
öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik
riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə
xidmət göstərir və Ermənistanın multietnikliyi
özünə təhdid kimi gördüyünü sübuta
yetirir. Ermənistanın bu yanaşması onun onilliklərdən
bəri yürütdüyü irqçi siyasətinin davam
etdiyini göstərir”.
Bu
fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında
yer alıb.
Bəyanatda, həmçinin deyilir: “Qərbi Azərbaycan
İcması Ermənistan hökumətinin irqçi siyasətini
sərt şəkildə qınayır və ondan Qərbi azərbaycanlıların
qayıdış hüququnu təmin etməyi tələb
edir”.
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.17.