İnsan münasibətləri

mədəniyyətinin parlaq siması  

 

Canlı təbiətin bütün digər nümayəndələrindən fərqli olaraq, insan öz həyat fəaliyyətini idarə etmək və xoşbəxtliyə nail olmaq kimi nadir imkana malikdir. Lusi Anney Seneka hesab edirdi ki, "qəlbin böyüklüyü bütün insanların xüsusiyyəti olmalıdır". İnsanı "hər şeyin meyarı" kimi nəzərdən keçirən şəxsiyyətin sonsuz imkanlarına inanan Sokrat deyirdi: "Hər bir insanda günəş var. Ona yalnız işıq saçmaq imkanını verin".

Dövlətimiz müstəqillik əldə etdikdən sonra istedadlı sənətşünaslarımızın içindəki günəş daha şövqlə parlamağa başladı. Sənətşünaslıq elmi özünün həqiqi, doğru istiqamətini müəyyənləşdirməklə, ideoloji basqılardan uzaq, öz obyektiv inkişafına qədəm qoydu. Yaradıcı elita formalaşdı, Rəna xanım Abdullayeva kimi sənətşünas alimlərimiz yetişdi.

İnsanlarla harmonik münasibətlərin mədəni ünsiyyətin saxlanması üçün həm genetik kodla, həm müvafiq tərbiyə ilə şərtlənən - şəxsiyyətin alicənablığı böyük əhəmiyyətə malikdir. Alicənab insanın yaxşı cəhətləri, istedadı nailiyyətləri qədər yüksəkdirsə, o daha artıq sadədir lovğalıqdan uzaqdır. Şəxsi "mən"in arxasında "İlahi qığılcım"ı təmsil edən ali "mən"in durduğunu qeyd edərək, C.Templton bunu ulduzları gündüz görmək cəhdi ilə müqayisə edir: "Onlar əvvəlki kimi kainatdadırlar, lakin günəş işığına görə görünmürlər, yalnız günəş batdıqdan sonra biz bu səma məşəllərini görürük". Rəna xanım Abdullayevanı da  məhz Kərim Kərimov, Cəmilə Həsənzadə, Rasim Əfəndiyev, Leyla Axundzadə, Şamil Fətullayev, Əbdülvahab Salamzadə, Mikayıl Hüseynov s. kimi parlaq sənətşünasların ardınca ulduz kimi parlayan səma məşəllərindən biri kimi təqdim edə bilərik.

Vaxtilə Nəsirəddin Tusi hesab edirdi ki,"... insan təkamülün ən şərəfli məhsuludur. Bununla belə insan bütün inkişaf imkanlarından istifadə etməmişdir. Onun gələcək təkamülü bioloji proqres istiqamətində deyil, mənəvi zehni kamilləşmə istiqamətində baş verməlidir. Bu yolda bəşəriyyət çox böyük imkanlara malikdir bir vaxt dünya daha ədalətli, insan isə daha kamil olacaqdır". Ulu Nəsirəddin Tusinin fikirləri reallaşmaqdadır. Kamilliyə can atan, onun astanasında olan insanları görmək, dəyərləndirmək, təbliğ etmək bu gün daha çox vacib zəruri məsələdir.

İnsan varlığının mövcud dəyər normalara həssaslığı onun cəmiyyətlə münasibətlərini nizamlayan, ahəng gətirən başlıca amildir. Baş verən qlobal transformasiyalar münaqişələr insanı mənəvi dayaqlarından məhrum edir, onda ruh düşkünlüyü, diskomfort əhval-ruhiyyə yaradır.

İqtisadiyyat elmi mövcud resurslardan səmərəli istifadəni tələb edir. Onun resurs saydığı maddi sərvətlərdir mənfəətə yönəlidir. Kulturologiya da eyni tələbi irəli sürür. Lakin kulturologiya öz predmetinə görə mənəvi sərvətləri əsas götürərək insan mənəviyyatına üstünlük verir. Bu da insan resurslarından səmərəli istifadəni labüd edir. Maddi sərvətləri - neft kapitalını insan kapitalına çevirmək bu gün prioritet istiqamətlərdəndir. Ona görə kulturoloji baxımdan belə insanların insani keyfiyyətləri təhlil edilməli, dəyərləndirilmələr aparılmalıdır.

Həyatda hər şey dəyişir, insan münasibətləri dəyişir: onlar, ya inkişaf edir möhkəmlənir, ya da sönüb gedir bitir. Hər şey insanların mədəniyyətindən, onların qarşılıqlı münasibətlərinin səmimiliyindən, enerji, xoş məqam, diqqət, əməkdaşlıq etmək istəyi ziddiyyətləri aradan qaldırmaq bacarığından asılıdır. Hələ keçən əsrin əvvəllərində Lesli Alvin Uayt göstərmişdir ki, kulturoloji qanunauyğunluğa görə insanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişir. İnsanın davranış vahidi - əməlləridir.

 Rəna xanım Abdullayeva gənc yaşlarından elmi mühitdə böyümüş, sonradan bu mühiti böyütmüş ətrafına nur, aydınlıq səpələyən aydınlardandır. Onun mühüm cəhətlərindən biri insanlarla münasibətdə xüsusi diplomatik etika tətbiq edə bilməsidir. Burada öz ağlının üstünlüyünün nümayişindən imtina etmək; öz fikirlərinin ifadəsində yığcamlıq, başqalarının əhəmiyyətliliyini təsdiq etmək; başqalarının sözünü kəsmədən onları dinləmək bacarığı, onların problemlərini, mövqelərini, gözləmələrini davranış motivlərini anlamaq; özündən daha az ağıllı olan adamla mübahisədən imtina etmə, onun haqlılığı ehtimalını təsdiq etmə; susmaqla ya onun dediyinin üzərində fikirləşməyi vəd edərək, başqa mövzuya keçməklə mənasız mübahisəni kəsmək ona təşəkkür etmək qabiliyyəti kimi xüsusi cəhətləri qeyd etmək lazımdır.

 İnsan münasibətləri mədəniyyətinin universal əsası konkret təzahürü şəxsiyyətlərarası münasibətlər mədəniyyətidir. Şəxsiyyətlərarası münasibətlərdə Rəna xanımın xüsusi keyfiyyətləri var. O, düzgün qiymətləndirmə etirafı, nəzakəti, ədəbi, şəxsiyyətə hörməti əsas götürərək məsələlərə özünəməxsus münasibət bildirir. Eyni zamanda davranışlarında başqasının dərdinə şərik olmanı, inamı, anlamanı, səmimiyyəti, dözümü, təmkini səbri ilə fərqlənir.

Rəna Abdullayevanın mühüm olan daha bir xüsusiyyəti şəxsiyyəti ittiham etmədən ziddiyyətləri aradan qaldırmağı, öz fikirlərini düzgün ifadə etmək bacarığını özündə cəmləşdirmə qabiliyyətidir.

Hazırda sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva çoxsaylı kitabların müəllifi kimi sənətşünaslıq elminə töhfəsini verməkdədir. Yetişməkdə olan gənc kadrların müəllimi elmi rəhbəri kimi fəaliyyətini davam etdirir.

Ümumiyyətlə, elmi pedaqoji fəaliyyəti ilə dövlətimizin artmaqda olan nüfuzunu təmin edən, cəmiyyətin inkişafında xüsusi rolu olan elitar mədəniyyətin belə nümayəndələri xüsusi hörmətə layiqdirlər. Qədirbilən xalqımız Rəna Abdullayeva elmi-mədəni irsindən yararlanmaqda olan çoxsaylı mütaliəçilər hörmətli professorun yaxınlaşmaqda olan ad gününü təbrik edir, ona cansağlığı, gümrahlıq, firavan rahat həyat arzulayırlar.

 

Namiq ABBASOV

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.23.