Hüseyn Kürdoğlunun oğlu

İlham Alışanov dünyasını dəyişdi

 

Azərbaycan jurnalistikasına ağır itki üz verib. Uzun müddət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhimdar Cəmiyyətində çalışan İlham Alışanov qəfil dünyasını dəyişib.O, şəkər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İlham Alışanov ömrünü AzTV-yə bağlamışdı. Uzun müddət “Gənclik və idman” redaksiyasında baş redaktorun müavini, daha sonra “Səhər” redaksiyasının baş redaktoru, proqram direktoru vəzifələrində çalışıb.

İlham Alışanov ədəbiyyat tariximizin araşdırılması və təbliğində mühüm xidmətlər göstərirdi.

Allah rəhmət eləsin!

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.22.