Xalq Şairi Zəlimxan Yaqubun

Seçmə şeirlərkitabının təqdimatı olub

 

Xalq şairi Zəlimxan Yaqubun "Seçmə şeirlər" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə şair və yazıçılar, ədibin qələm dostları, tanınmış ziyalılar, media nümayəndələri və ailə üzvləri iştirak ediblər.

Təqdimat mərasimində Milli Məclisin deputatları Elnarə Akimova, Ceyhun Məmmədov, “Ədəbiyyatqəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək şairin yaradıcılığı, onun klassik poeziyaya bağlılığı, poeziyasının üstün keyfiyyətləri haqqında danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.

Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı şairin şerlərindən nümunələr ifa edib. Qiraət ustası, Əməkdar artisti Ağalar Bayramov, aktrisa Ayan Kamran Zəlimxan Yaqubun şeirlərini səsləndiriblər.

Tədbirdə Zəlimxan Yaqubun həyat yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub.

Təqdimat mərasiminin yekununda Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov çıxış edərək atasının xatirəsini yaşadanlara tədbirin təşkilatçısıQanunnəşriyyatına təşəkkürünü bildirib.

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.25.