Xarici poeziyadan nümunələr
Sonet
Qəlbimin lal, şirin, fikirlərindən,
Keçmiş xatirələr gəlir
yan-yana.
Ağlayıb, ah çəkir ürək
dərindən,
Əskik
xəyallara, itmiş zamana.
Qabarmış sularda bata bilərdim,
Sonsuz gecələrdə dostlardan
iraq.
Təzə göz yaşıyla
yuyulur dərdim,
Borcumu verirəm nəzərdən
uzaq.
Yenə
üzülürəm sinəmdə
sancı,
Kədərdən-kədərə sürüklənərək.
Zərər-ziyanımı mən damcı-damcı,
Təkrar
ödəyirəm, ödənməmiştək.
Səni
düşününcə yox olur qəmim,
Hesablar qapanır, əziz həmdəmim.
Uilyam ŞEKSPİR
Dilimizə çevirdi: Zeynəb
CƏMALƏDDİN
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.27.