Xarici poeziyadan nümunələr

 

Yelkən

 

Masmavi dənizin sis-dumanında,

Bir yelkən ağarır, tənha, müztərib...

arar bu qərib yolun sonunda,

Öz doğma yurdunda qoyub gəlib?

 

Oynayır dalğalar, sovrulur külək,

İnləyir küləklə əyilən dor da.

Heyhat! Axtarmayır səadət, dilək,

səadətdən qaçmır kənar da.

 

Göydən qızıl günəş zər səpir ona,

Dənizdə parlayır lacivərd zolaq.

Üsyankar ruhunun qəsdi fırtına,

Sanki dincliyini onda tapacaq...

 

Mixail LERMONTOV

 

Dilimizə çevirdi: Zeynəb Cəmaləddin

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.27.