Xarici
poeziyadan nümunələr
Bulud
Sovrulmuş tufanda sən ey, son bulud!
Lacivərd səmada təkcə
qalırsan.
Qüssənin ruhunu daşıyan
bulud!
Fərəhli, şad günə
kölgə salırsan.
Göyü qaplamışdın bundan az öncə,
Hiddətlə sarırdı şimşəklər
sənə.
Gurladın əsrarla... Fəqət
dinincə,
Doyumsuz torpağın axdın köksünə.
Zamanın yetişdi, çəkilmən
gərək,
Torpaq cana gəldi, ötdü fırtına.
Külək yarpaqlara sığal
çəkərək,
Səni
göydən qovur, etmir etina.
Aleksandr
Puşkin
Dilimizə çevirdi: Zeynəb
CƏMALƏDDİN
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.27.