Xarici
poeziyadan nümunələr
Əsrin dörddə birinin
qeydləri
İki
min iyirmi dörd - dadım, duzum, - əlvida!
Çevrilən son vərəqdə, son
nağılım - son nida!
Zaman ruzigarları əsdikcə
incə-incə,
Yeni-yeni ümidlər bəslənir
qədərincə.
Oyandırır
bir əsri, bir rüb ondan qoparaq,
Bulanlıq arzuların nəğməsi
bir az uzaq.
Nə umuruq zamandan, o bizə vəd
edir nə?
Aydın,
təmiz yol aça o, həm sənə, həm mənə.
Öyrəndik
yaşayaraq duanı, iztirabı,
Yaraya məlhəm olan ümid, sevgi, səvabı.
Hər sınaqda bərkiyib, dayanmağı ayaqda,
Haqqa güvənmək oldu arzulara mayak da.
İyirmi
beşinci il - üfüqündə zamanın,
Baxışlar seyr etmədə
sanki sonsuz səmanı.
Geniş
kətan üstündə
gələcəyin rəsmi var,
Ümid
budaqlarında solan, açan
arzular...
Kök
salacaqmı sevgi, yox olacaqmı nifrət,
İdrakdan doğacaqmı azadlıq
və səadət?
Sağalarmı çapıqlar əridəndə
buzları?
Qucaqlamaq
olarmı göydəki
ulduzları?
Kaş əsrin
qədərində sətir-sətir yazıla,
Qızıl ürəklərdəki büllur ümid-arzular.
Cürət, xeyir hökm edə, qalmaya pislik, nə şər,
İl-ildən gözəl ola yer üzü, dünya, bəşər.
Bax, bizi əsrar
ilə, Sara, sarmışdır zaman,
Keçmiş pıçıldayırsa, gələcək baxır
bu an.
Ürəklə addımlayıb, keçək
sirli kölgəni,
Möcüzəyə bələsin o həm səni, həm məni.
Qraham
Riçard SMİT
Dilimizə çevirdi: Zeynəb
CƏMALƏDDİN
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.27.