"Ulduz", "Genc
yürekler" və
yaxud iki
dərgi, bir ədəbiyyat
Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyində
Türkiyənin "Gənc
ürəklər" jurnalının
Azərbaycan ədəbiyyatına
həsr edilmiş buraxılışının təqdimatı
keçirilib.
Tədbirdə "Gənc ürəklər"
jurnalının şöbə
müdiri Cem Arslan da iştirak edib. Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar qonağı və tədbir iştirakçılarını salamlayıb. "Ulduz"
jurnalının baş
redaktoru Qulu Ağsəs layihə ilə bağlı tədbir iştirakçılarına
ətraflı məlumat
verib. Bildirib ki, layihə çərçivəsində
"Ulduz" jurnalının
sentyabr buraxılışı
"Gənc ürəklər"
jurnalının təşəbbüsü
ilə Türkiyə ədəbiyyatına həsr
edilib. Qarşılıqlı
əməkdaşlıq nəticəsində
"Gənc ürəklər"
jurnalının dekabr-yanvar-fevral
sayında da "Ulduz"
jurnalının təqdimatı
ilə Azərbaycan ədəbiyyatına yer ayrılıb.
Jurnalların may ayında təşkil
ediləcək IV Türk
Dünyası Ədəbiyyat
və Kitab Festivalında
təqdimatının keçiriləcəyini
bildirən Qulu Ağsəs, bu layihəni başqa türksoylu ölkələrlə
həyata keçirmək
üçün danışıqlar
apardıqlarını da diqqətə
çatdırıb. "Gənc
ürəklər" jurnalının
şöbə müdiri
Cem Arslan Azərbaycan dilinə, ədəbiyyatına
sonsuz məhəbbətini
ifadə edib. Əsərlərin Türkiyə
türkcəsinə uyğunlaşdırılmadığını
bildirən Cem Arslan, türkiyəli oxucuların
Azərbaycan türkcəsində
nəşr edilmiş
əsərləri maraqla
qarşıladığını vurğulayıb.
Çıxış edən Azərbaycan Yazıçılar
Birliyinin I katibi, Xalq yazıçısı
Çingiz Abdullayev, sədr
müavini Rəşad
Məcid, katib Elçin Hüseynbəyli,
"Azərbaycan" jurnalının
baş redaktoru İntiqam Qasımzadə,
"Dünya ədəbiyyatı"
jurnalının baş
redaktoru Seyfəddin Hüseynli, yazıçı
Seyran Səxavət, şair
Rəsmiyyə Sabir layihə
haqqında müsbət
fikirlərini bildirərək,
belə layihələrin
davamlılığının vacibliyini söyləyiblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar hər iki jurnalın kollektivinə, layihədə
əməyi olan hər kəsə minnətdarlığını bildirib. "Ulduz" junralının da əsərləri
Türkiyə türkcəsində
nəşr etdiklərini
qeyd edən Xalq yazıçısı,
bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Xalq yazıçısı
növbəti layihələrdə
daha çox gənc imzaları çap etməyi tövsiyə edib.
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.18.