Şotland şairi Robert Börnsün
anım günü keçirilib
Hər il
dünyanın bir çox ölkələrində
Britaniyanın görkəmli söz adamı, şotland əsilli
nəğməkar şairi Robert Börnsün dünyaya gəldiyi
25 yanvar böyük təntənə ilə qeyd edilir. Bu
günlərdə Azərbaycanda Britaniya səfirliyinin təşkilatçılığı
ilə belə bir tədbir keçirilib. Qeyd edək ki, “Robert
Börns: şeir, nəğmə körpüsü və
sözlə hörülmüş dünya” kitabının
müəllifləri Azərbaycan Dillər Universitetinin
professoru Şahin Xəlilli və Azərbaycan Universitetinin
rektoru Səadət Əliyeva Azərbaycanda sevilən romantik
şairin söz-sənət dünyası ilə yaxından
tanışlığın yeni mənəvi
körpüsünü yaratmışdır.
Bakıda
keçirilən anım günü münasibəti ilə
Şotlandiyanın Qlazqo Universitetində Kralın təsis
etdiyi professor Nigel Lisk Şahin Xəlilliyə məktub
göndərmişdir. Azərbaycandakı Britaniya səfiri
Ferqus Auld və tədbir iştirakçılarına səmimi
salamını və arzularını çatdıran Nigel Lisk
25 yanvar münasibəti ilə yazır:
“Bu gün biz çox illər üzbəüz
gəldiyimiz ən dəhşətli Eovin tufanından təzəcə
qurtulub özümüzə gəlirik. Tufan ağacları
yerlə yeksan edib budaqlar yollara səpələmişdir.
Küləklər təzəlikcə sakitləşmişdir.
Bu hadisə mənə 25 yanvar 1759-cu ildə Robert
Börnsün dünyaya gəldiyi gündə tüğyan edən
tufanı xatırlatdı...”
Şairin böyük qardaşı Qilbert
yazdığı xatirələrində həmin gün
anasının Robertlə bir həftəlik
qonşularının komasında yaşamaq məcburiyyətində
qaldıqlarını söyləmişdir. Şotland alimi
sonralar da nəğməkar şairin ömrü boyu
ağır sınaqlar, çətinliklərlə üzləşdiyini
xatırladaraq yazır: “Şair Robert Börns
üçün anadan olduğu tufanlı gün onun
sonrakı həyatında da üzbəüz gəldiyi
çox-çox tufanların, çətin günlərin
emblemi olmuşdur”.
Professor Nigel Lisk məktubunu Robert Börnsün
nəğmələrinin birində onun gələcək
günlərə inamını təcəssüm etdirən
misralarla bitirir:
Elə gözəl gün gələcək
Xoş arzuyla güləcəkdir.
Bu dünyada ağıl, şərəf
Onda qalib gələcəkdir.
Və sairə və ilaxır.
Mən görürəm o baharı.
O vaxt qardaş olacaqdır.
Yer üzünün adamları.
Robert Börnsə həsr olunmuş tədbirdə
xarici qonaqlarla yanaşı Azərbaycanın
tanınmış ziyalıları da iştirak etmişdir.
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.21.