Akademik İsa Həbibbəyliyə
Əziz, hörmətli İsa müəllim!
Siz haqqımda
çox dəyərli bir məqalə
yazmaqla
öz ucalığınızı
bir daha göstərmisiniz!
Mən sizin
"Molla Nəsrəddin"
cildlərinə yazdığınız
çox qiymətli və mənalı yazılarınızı oxuyarkən,
heyrətlənmişdim və
bu heyrətimi bütün tanıdığım
insanlara ağızdolusu
danışmışdım. Mənə verdiyiniz kitabları oxuyanda bu hissləri bir daha yaşadım
və mənə elə gəldi ki, yaşamağa dəyər!
Ona görə ki, sizin
simanızda ölkəmizdə
Mirzə Cəlili, onun "Molla Nəsrəddin"ini yaşadan
görkəmli bir şəxsiyyət olduğunuzu
gördüm! O vaxta qədər elə bilirdim ki, Mirzə Cəlili, M.Ə.Sabiri,
Ə.Haqverdiyevi - bu böyük insanları nə vaxtsa unuda bilərlər. Siz öz akademik
yazılarınızla onlara
bir daha heykəllər ucaltmısınız!
Allah sizi var eləsin,
ömrünüz uzun
olsun!
Yazılarıma verdiyiniz qiymət
isə məni çox mütəəssir
edir. Sizin yazılarımı dəyərləndirməyiniz
qarşısında minnətdarlıq
ifadələrimi çatdırmaqda
çox acizəm.
Sizi bağrıma basıram!
Dərin
hörmət və ehtiramla,
Xeyrəddin QOCA
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.23.