Titanik, bəlkə
də
batar içində...
Bir ürək bu qədər kövrələcəksə,
Sirrini dil niyə tutar
içində?
Əzmlə sahilə üzən
insanın
Titanik, bəlkə də batar içində...
Dərd-qəm sizlərə gəlməsin
şirin,
Şirinsə, dərdimin götürün
birin.
Bu coşqun adamı gecə dindirin,
Əsrin
yorğunluğu yatar içində...
Köhnələn oyunlar və köhnə hamam,
Qəlbləri daşdandır, qayadandır
tam.
Həyatda arzuya çatmayan
adam
Asılmış bir dara çatar içində.
Yıxılar, gülüm
Unutmaz Tanrı heç olub-keçəni,
Hər şeyə məhşərdə
baxılar, gülüm.
Bir özgə üzüyə
küsər əllərin,
Vaxt gələr, barmağın
sıxılar, gülüm!
Axı çox gözəldi sənin gülüşün,
Axı məhv elədi məni gedişin.
Axı həsrətini çəkdim
keçmişin,
Çıxar axırımıza "axı"lar, gülüm.
Məni
sən ovutdun, səni seanslar,
Pozulub həyatda olan balanslar.
Taleyin hökmüylə bütün
bu şanslar
Bizim üzümüzə çaxılar,
gülüm!
Bu zaman oxundan geriyə baxsaq,
Sevgimiz olmazdı bu cürə axsaq.
Bir illik həsrətin əlin buraxsaq
Böyüməz, böyüməz yıxılar,
gülüm!
Gözlədim mən səni...
Gözlədim mən səni,
harda qalmısan?
Gözlərim yol çəkir,
şəkil əvəzi.
Gözlədim mən səni,
harda qalmısan?
Yoruldu qəmlərdən sınıq
tərəzi...
Gözlədim mən səni,
harda qalmısan?
Doğmatək girmişdim bəs
ürəyinə?!
Gün gələr, torpaqla doğmalaşaram
Torpaq qucaqlayar sənin yerinə.
Gözlədim mən səni,
harda qalmısan?
Həsrətin gör məni nə hala salıb.
O günəş gözlərin
uzaqlaşandan
Günün gündüzündə günüm qaralıb.
Gözlədim mən səni,
harda qalmısan?
Gözləmək yerinə, kaş
getməyəydi.
Kabuslu yuxudan oyanan zaman
Dərdimi başqası eşitməyəydi...
Mən uşaq olanda
Mən uşaq olanda belə deyildi,
Heç
nə bilmirdim, amma xoş idi.
Nə qədər qəlbi boş bədən gəzirmiş,
Onda
"kukruz"ların içi
boş idi...
Mən uşaq olanda belə deyildi,
Yaramı
öpərdi, anam keçərdi.
Böyüdük, ölümlü həyatı
gördük,
Onda oyuncağın daşı
ölərdi.
Mən uşaq olanda belə deyildi,
Zaman da sovrulub tez keçməz
idi.
Mən belə anladım, onda əcəl də
Bizdən
can almağa tələsməz
idi.
Mən uşaq olanda, uşaq olanda
İstərdim böyüyüm bir
an içində.
Və tapdım özümü
zaman köçündə...
Öyrəndim dərdimi gizli tutmağı,
Öyrəndim şad günü
mən unutmağı.
Böyüyün göz yaşı
böyük olarmış,
Böyüklük gizlicə ağlamaq
imiş.
Uşaqlıq həsrəti, öz
uşağında
Axtarmaq,
qoxlamaq, aramaq imiş...
Yıxanım oldun
Gedirəm mən daha çox uzaqlara,
Qismətdən, taledən, bəxtdən
uzağa.
Gedirəm, düşünmə səndən uzağa,
Sən mənim ən uzağ yaxınım oldun.
Fərhad,
ya Şirintək işim yox ünlə,
Gedibsən, özünü apar özünlə.
Mən sənə "yaxınım"
desəm də fəqət,
Sən acı sözünlə yıxanım oldun.
Bülbül intizarla nə deyir mənə?
Sevgini duymayan kəs gülür mənə.
Bəlkə də, çox
idi xoş ömür mənə,
Ömrümü axıra çıxanım
oldun.
***
Poladtək sınmayan
dilək əridi,
Havanın nə
şıltaq, dəcəl
fəslidi.
Mindiyin qatarın
yolu bəllidi,
Vaqonun içində
geri gəzirsən...
Sevgidə kim
uddu, kimsə uduzdu,
Yırtıcı bir hicran qəlbimə
cumdu.
Tutaq ki,
lap mənə acığın tutdu,
Yazdığım məktubu niyə əzirsən?
Könüldə olan yük qalxmaz
əlimlə
Həyatı maraqlı etmisən kimlə?!
Sən uşaq
deyilsən, axı mənimlə
Oynayıb-oynayıb niyə bezirsən?..
İbrahim Aybars
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.30.