Deputat Elnarə Akimova ilə Bakı

Dövlət Universitetində görüş keçirilib

 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında Elm gününə həsr olunmuş tədbirlər çərçivəsində "Müasir Azərbaycan ədəbiyyatı tənqidində əsas tendensiyalar" mövzusunda ustad dərsi keçirilib. Tədbirin əsas məruzəçisi Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova olub.

Əvvəlcə tədbir iştirakçılarını salamlayan ədəbiyyatşünas alim Məti Osmanoğlu Elnarə Akimovanın ədəbi, o cümlədən ictimai-siyasi fəaliyyətindən bəhs edib, onun bütün proseslərdə dinamik, özünəməxsus ciddi dəst-xəttlə seçildiyini bildirib. Sonra söz Elnarə Akimovaya verilib.

E.Akimova çıxışında müasir Azərbaycan ədəbiyyatının inkişaf dinamikasını tarixi nəzəri kontekstdə təhlil edərək bildirib ki, bədii mətnlər ideoloji çərçivələrdən kənarda da müstəqil estetik dəyər daşıyır ədəbi prosesin keyfiyyət göstəricisi məhz bu estetik müxtəlifliyin qorunması ilə ölçülür. O, ədəbiyyatın cəmiyyətin mənəvi təfəkkürünü əks etdirən canlı sistem olduğunu vurğulayaraq, hər yeni mərhələnin həm estetik axtarışlar, həm ictimai reallıqlarla sıx bağlı şəkildə formalaşdığını diqqətə çatdırıb.

Millət vəkili qeyd edib ki, XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatında yeni bədii meyllər ifadə formaları yaranmağa başlayıb. Keçid dövrünün mürəkkəb ictimai-siyasi prosesləri ədəbi mühitə güclü təsir göstərərək mövzu dairəsinin genişlənməsinə, insan cəmiyyət münasibətlərinin yeni rakurslardan təqdim olunmasına səbəb olub. Onun sözlərinə görə, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində milli ədəbiyyat müstəqillik ideyasını təkcə ideya səviyyəsində deyil, poetik düşüncə sistemi bədii struktur daxilində ifadə etməyə başlayıb.

Müstəqillik mərhələsində türkçülük ideyalarının fəallaşmasının milli kimlik mədəni yaddaşın bədii mətndə yeni semantik qatlar qazanmasına imkan yaratdığını bildirən alim vurğulayıb ki, bu dövrdə Azərbaycan ədəbiyyatı milli dəyərlərlə qlobal bədii təfəkkürün qarşılıqlı təsiri fonunda inkişaf edir bu sintez ədəbi mətnlərin məzmun forma xüsusiyyətlərinə birbaşa təsir göstərir.

Məruzədə postmodernizm cərəyanının ədəbi prosesə daxil olmasına da geniş yer ayrılıb. E.Akimova qeyd edib ki, postmodernizm qlobal miqyasda mədəni mənəvi böhranların bədii ifadə forması kimi meydana çıxaraq klassik mətn modellərinə yeni yanaşmalar formalaşdırıb, mətnlərarası əlaqələri çoxqatlı semantikanı ön plana çıxarıb. Onun fikrincə, bu istiqamət Azərbaycan ədəbiyyatında da estetik düşüncənin yenilənməsinə təkan verib.

Deputat sovet ideoloji sistemi dövründə Azərbaycan ədəbiyyatının bir sıra dünya ədəbi mərhələləri ilə paralel inkişaf imkanlarının məhdud olduğunu xatırladaraq bildirib ki, müstəqillik illərində bu estetik boşluqların doldurulması prosesi müşahidə olunur. O, bu mərhələdə bəzi əsərlərdə milli-mənəvi dəyərlərlə polemik münasibətin ortaya çıxmasını, dini metafizik anlayışların yeni interpretasiyalarla təqdim edilməsini ədəbi prosesin təbii təkamül göstəricisi kimi dəyərləndirib.

Çıxış zamanı müasir ədəbi tənqidin rolu, ədəbiyyatın ictimai şüurun formalaşmasındakı funksiyası yeni nəsil yazarların bədii axtarışları barədə ətraflı fikir mübadiləsi aparılıb. Elnarə Akimova ədəbiyyatın milli-mədəni yaddaşın qorunması inkişafında mühüm rol oynadığını vurğulayaraq, elmi-nəzəri müzakirələrin bu prosesə töhfə verdiyini bildirib.

Ustad dərsinin sonunda iştirakçıların sualları cavablandırılıb, müasir Azərbaycan ədəbiyyatının perspektivləri ədəbi tənqidin aktual problemləri ətrafında geniş müzakirə aparılıb. Tədbir elmi mühitdə ədəbi prosesin aktual istiqamətlərinin müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Elnarə Akimova son olaraq bildirib ki, "Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllim tələbələri ilə görüş mənim üçün unudulmaz anları ilə yaddaşıma yazıldı. Bir qədər nostalji oldu mənə. Müəllim tələbələrin sualları altında özümü yenidən elmlər doktorluğumun müdafiəsi üçün çıxdığım tribunada hiss elədim sanki. Bugünkü ədəbiyyat söhbətlərinin gənclərin düşüncəsinə, estetik baxışlarına müsbət toxunuşlar edəcəyindən əminəm. Fakültənin dekanı Elçin Məmmədova, əziz müəllimlərim Məti Osmanoğluna, Vaqif Sultanlıya, eləcə digər müəllimlərə, dinləyici qismində iştirak edən qonaqlara öz təşəkkürümü bildirirəm!"

 

Ədəbiyyat qəzeti.- 2026.- 27 fevral, №7.- S.6.