Böyük şair, mütəfəkkir

 

Ömər XəyyamınRübailəri

 

XI XII əsrin məşhur alimi Ömər Xəyyam riyaziyyat, astronomiya, fizika, musiqişünaslıq, fəlsəfə, məntiq, sosiologiya sahələrində bu gün əhəmiyyətini saxlayan qiymətli əsərlər yazsa da, o, heç şübhəsiz ki, dünyada rübailəri ilə məşhurdur. Dünyada Xəyyama onun fikir, düşüncələrinə duyulan maraq məhəbbət rübailərin bir çox dillərə çevrilməsinə imkan yaratmışdır.

Ömər Xəyyamın həyatı rübailəri mövzusunda başda fars dili olmaqla dünyanın 70-dən artıq dilində araşdırmalar aparılmışdır.

Azərbaycanın güneyindən quzeyindən əlimizdə olan 10 tərcümə vardır ki, onların kəmiyyəti bədii keyfiyyəti eyni olmadığı üçün biz ayrı-ayrı sosial qrup oxucu kütləsi arasında sorğu apararaq seçimdə H.Cavidin, M.Müşfiqin, C.Baxçabanın, M.Möcüzün, M.Seyidzadənin Ə.Cəfərin tərcümələrinə üstünlük vermişik.

Şübhəsiz ki, Ö.Xəyyam rübailərinin tərcüməsini bitmiş hesab etmək olmaz. Bu yaradıcı proses həmişə davam edəcək daha da təkmilləşəcəkdir. Elmi mənbələrin böyük bir qismində Ömər Xəyyamın 80-ə yaxın rübaisi olduğu söylənir. Halbuki müxtəlif vaxtlarda ölkələrdə onun yüzlərcə rübaisi çap olunmuş məşhurlaşmışdır. Tekstoloq mütəxəssislər (Y.E.Bertels, O.A.Akimuşkin, E.Əliyev, Ə.Cəfər, R.Hüseynov…) bu rübailərin qəti sərhədini cızmaqda eyni fikirdə deyillər həqiqətən mütləq mənada "Hansı rübailər Xəyyamın öz yazdıqlarıdır?" - sualına qəti cavab vermək çox çətindir. Bu səbəbdən biz seçimimizi edərkən mənaca bir-birinə çox yaxın olan rübailərin poetik forma fəlsəfi məzmun baxımından ən gözəllərini seçməyə çalışmış orijinala daha çox adekvat olanlara üstünlük vermişik.

Kitabda rübailər böyük sənətkarların rəsm etdikləri miniatür naxışlarla bərabər təqdim edilmişdir.

Kitaba yazdığımız "Ömər Xəyyam dünyası dünyanın Ömər Xəyyamı" adlı müqəddimədə Xəyyamın dövrünü, həyatını, elmi bədii yaradıcılığının əsas məziyyətlərini əhatə etməklə yanaşı, elmi traktatlardan da örnəklər verməklə böyük sənətkar alimin həyatı, şəxsiyyəti, yaradıcılıq aləmi haqqında nisbətən dolğun təsəvvür yaratmağa çalışmışıq.

Kitabın hazırlığı işində farsca, ingiliscə, rusca, türkcəən etibarlı elmi mənbələrə orijinal mətnlərə, tərcümələrə istinad etmişik.

Təqdim etdiyimiz hər rübainin orijinalını da verməklə oxucu üçün seçim araşdırma imkanlarını genişləndirməyə çalışmışıq.

Akademik məqsədlə tərtib olunmasa da, biz məşhur rus şərqşünası - Xəyyam yaradıcılığının məşhur araşdırıcısı O.A.Akimuşkinin "Ömər Xəyyam rübailəri" kitabının rusca nəşrinə yazdığı rəydə göstərdiyi kimi, akademik prinsip metodologiyaya tamamilə riayət etməyə çalışdıq. Amma yenə təkrar edirik ki, bu kitab kütləvi nəşr xarakteri daşıyır. İstəyimiz Azərbaycan oxucusunda orta əsrlərin XXI yaxın elm sahəsini özündə birləşdirən Ömər Xəyyamın həyatı yaradıcılığı haqqında dolğun təsəvvür yaratmaq, onu bir daha milyonlarla insana sevdirmək, çağdaş araşdırmaçıları Xəyyamın zəngin dünyasına yönəltmək bu işdə onlarda maraq həvəs yaratmaqdır.

Kitaba seçilmiş musiqinin müşayiəti ilə Azərbaycanın xalq artisti, gözəl sənətkarımız fuad Poladovun ifasında Xəyyam rübailərini əhatə edən CD əlavə etmişik. Bu kitab yaradıcı heyətin dörd ildən artıq gərgin əməyinin məhsuludur.

Kitabın Ömər Xəyyam haqqında yazılacaq əsərlərə, tərcümələrə işıq tutacağına Xəyyamı dünya üçün yenidən kəşf edib məşhurlaşdıran ingilis Edvard fitscerald kimi onu tanıtmaqda, sevdirməkdə müəyyən əhəmiyyət daşıyacağına inanırıq.

Doğma Azərbaycan dilimizdə Ömər Xəyyamı canlandıran görkəmli söz ustalarımız Mirəbdülmömin Niyaziyə, Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Mirzə Əli Möcüzə, Mir Saleh Hüseyniyə, Cəlal Yusifliyə, Əkrəm Cəfərə, Yusif Memariyə, Cabbar Baxçabana, Mir Mehdi Seyidzadəyə Allahdan rəhmət diləyirik.

Ömər Xəyyam haqqında gözəl səhnə əsəri yaratmış Hüseyn Cavid 30-cu illər sovet soyqırımının qurbanıdır. Həyatı tufanlar içərisində keçib faciə ilə bitən H.Cavidin həyatında Xəyyam mövzusunun önəmli bir yer tutması çağdaş ədəbiyyatımız üçün ibrətlidir.

Şübhəsiz ki, ölməz "Xəyyam" pyesini yazarkən H.Cavid Ö.Xəyyamın həyatını, yaradıcılığını dərindən öyrənmişdir. Pyesdə cəmi 12 Xəyyam rübaisini əsərin bədii hücrəsinə daxil etsə , çox güman ki, onun tərcümələri çox olmuşdur. Təəssüf ki, o tərcümələrin əlyazması qeydləri əlimizdə deyil.

Ömər Xəyyamın Azərbaycan dilinə ən gözəl tərcüməçilərindən biri böyük şair Mikayıl Müşfiq Stalin soyqırımının qurbanıdır.

Biz bu kitabı bu iki böyük sənətkarın ölməz ruhlarına həsr etməklə gənclərimizi zəngin mənəviyyat tariximizə, bəşər mədəniyyətinin sirlərini öyrənməyə dəvət edirik. Bu mənada tarix bir ibrət dərsidir.

Kitabın elmi məsləhətçiləri elmi redaktorları böyük elm fikir adamları hörmətli professorlar Vasim Məmmədəliyevə, Nizami Cəfərova, Rafael Hüseynova, Hamlet İsaxanlıya çəkdikləri zəhmətə görə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan mədəniyyəti Türk dünyasının ölməz lideri mərhum Heydər Əliyev cənablarından sonra öz qurtuluş renessans çağını yaşayır.

Azərbaycan muğamının qorunması çiçəklənməsi üçün, ümumən mədəniyyətimizin dünya səviyyəsinə yüksəlişi üçün Azərbaycanın Prezidenti, istedadlı dövlət xadimi İlham Əliyev cənablarının rəhbərliyi bilavasitə iştirakı ilə gerçəkləşdirilən mədəniyyət maarif siyasəti milli köklərə bağlılığı, humanizmi, demokratik səviyyəsi ilə örnəkdir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü böyük işlər göz qabağındadır Azərbaycanı sevən hər kəsin təqdirini qazanmışdır.

Görülmüş bütün bu böyük işlər dünya azərbaycanlılarını da ürəkdən sevindirir hər kəsi imkanı çatdığı qədər bu renessansda iştiark etməyə ruhlandırır. Allah yolumuzu açıq etsin!

 

 

Əli POLAD

 

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.1, 2.