Azərbaycanda mədəni irsin qorunmasına təbliğinə yüksək səviyyədə qayğı göstərilir

 

Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azərbaycan Televiziyasına müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Matsuura, Azərbaycana xoş gəlmisiniz. Sizi Azərbaycan Televiziyası adından salamlayır bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Ölkəmizə tez-tez səfər edirsiniz. Bakını bu dəfə necə gördünüz? Daha çox hansı sahələrdə inkişaf nəzərə çarpır?

- YUNESKO-nun baş direktoru kimi mən Azərbaycana ilk dəfə doqquz il bundan öncə, Prezident Heydər Əliyevin dəvəti ilə səfər etmişdim. SəfərimDədə Qorquddastanının 1300 illiyi ilə əlaqədar gerçəkləşmişdi. Yubileydə iştirak etməkdən zövq aldım, eyni zamanda, Bakını da gəzdim. Daha sonra mən 2005-ci 2008-ci illərdə səfər etmişdim. Ümumilikdə, mən Azərbaycana dörd dəfə səfər etmişəm hər dəfə buraya gələndə mən infrastruktur, o cümlədən şəhərsalma işlərində böyük inkişafın şahidi olmuşam. Son illər ərzində Azərbaycan iqtisadiyyatında illik olaraq 20 faizdən çox artım müşahidə etmişəm. Bu, özünü infrastrukturun böyük inkişafında büruzə verir. Ən çox təsir bağışlayan məqam isə ondan ibarətdir ki, Dünya Bankının statistikasına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Keçmişdə Azərbaycan əhalisinin demək olar ki, yarısı yoxsulluq içərisində yaşayırdı, indi isə bu rəqəm 10 faizdən bir qədər artıqdır. Bu, yoxsulluğun aradan qaldırılması istiqamətində əldə olunan böyük nailiyyətdir.

- YUNESKO ilə Heydər Əliyev fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sıx əməkdaşlığı var. YUNESKO-nun qərargahında - Parisdə Azərbaycanla, yazıçı alimlərimizlə bağlı bir çox tədbirlər keçirilib, Azərbaycanın təbliği ilə bağlı bir sıra işlər görülmüşdür. Bu əməkdaşlıq barədə deyə bilərsiniz?

- Azəbaycan YUNESKO arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl irəliləyiş əldə etməyimizdən çox məmnunam. Bu sahələrdən biri indi qeyd etdiyiniz istiqamətdir. Əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində biz iki əsas sahədə daha böyük nailiyyətlər əldə etmişik. Onlardan biri mədəniyyət, digəri isə təhsildir. Misal üçün, 2000-ci ilin aprel ayında mən ilk dəfə Azərbaycana gələndə bu sektorda heç bir aparılmırdı. İndi isə sizin dünyaya aid iki məkanınız var: biri Bakının mərkəzindəki İçərişəhərdir, digəri isə Qobustandır. Şübhəsiz ki, bunların sayı artacaqdır.

Eyni zamanda, qeyri-maddi irsin şah əsəri sayılan muğamınız var. Beləliklə, sizin YUNESKO-nun mədəni irs siyahısında üç mühüm abidəniz var. Azərbaycan xalqı bununla fəxr edə bilər. Bundan başqa, müasir incəsənət növlərində - rəssamlıqda, ədəbiyyatda irəliləmisiniz. Ötən gün mən Prezident Əliyev xanım Əliyeva ilə birlikdə Müasir İncəsənət Museyinin aşılışında iştirak etdim. Muzeyin quruluşu mənə böyük təsir bağışladı, müasir incəsənəti əks etdirir. Eyni zamanda, Azərbaycanın müasir sənətçilərinin əl işləri məni valeh etdi.

- Heydər Əliyev fondu bir çox ölkələrə təbii fəlakətlər zamanı kömək göstərir, dəstək verir. Bu günlərdə Heydər Əliyev fondu YUNESKO arasında qeyri-maddi mədəni irsin qorunmasında strateji hədəflərə nail olmaq məqsədi ilə əməkdaşlıq sazişi imzalandı. Bu haqda danışmağınızı istərdik.

- Azəbaycan-YUNESKO əməkdaşlığında böyük irəliləyişin əldə olunduğunu dəfələrlə bildirmişəm. Xüsusən YUNESKO-nun xoşməramlı səfiri xanım Əliyevanın təşəbbüsü ilə bu gün Azərbaycan YUNESKO arasında əməkdaşlıq həm regional, həm beynəlxalq səviyyədə inkişaf edir. O, xüsusilə qeyri-maddi irsin, məhz muğam kimi ənənəvi musiqinin, ənənəvi rəqslərin, Novruz kimi adət-ənənələrin qorunması yayılmasında maraqlıdır. İki gün bundan öncə xanım Əliyeva mən yeni bir saziş imzaladıq. Həmin saziş xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun qeyri-maddi irsin qorunması istiqamətində Afrika ölkələrinə yardım etməyə hazır olduğunu göstərir. Mən bunu yüksək qiymətləndirirəm, çünki Afrika, xüsusilə Cənubi Afrika ölkələrinin, həqiqətən , beynəlxalq yardıma ehtiyacı var.

- 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilibdir. Bununla bağlı paytaxtımızda bir sıra beynəlxalq tədbirlər keçirilir. Onlardan biri Bakı Beynəlxalq Muğam festivalıdır. Festival barədə fikirlərinizi öyrənmək istərdik.

- Çox şadam ki, Prezident Əliyev xanım Əliyeva ilə birgə mən Muğam Mərkəzində birinci Beynəlxalq Muğam festivalının açılışında iştirak etdim. Həmin festivala digər ölkələrin bir çox muğam mütəxəssisləri qatılıbdır. Əlbəttə, muğam Azərbaycanın mühüm mədəni ənənəsidir. Dünyanın digər bölgələrində - Avropada, Asiyada da muğam mütəxəssisləri var. Bildiyimə görə, muğamın necə qorunmasını müzakirə etmək üçün dünyanın 20 ölkəsindən muğam mütəxəssisləri buraya toplaşmışdır.

- Vaxtilə dövlət başçısı ilə birlikdə təməlini qoyduğunuz Beynəlxalq Muğam Mərkəzi artıq bu gün beynəlxalq festivala ev sahibliyi edir. Bir sözlə, dövlət başçısı ilə sıx əməkdaşlığınız var. Bu barədə deyə bilərsiniz?

- Dediyim kimi, mən Azərbaycana ilk dəfə 2000-ci ilin aprel ayında Prezident Heydər Əliyevin dəvəti ilə səfər etmişdim. O zaman indiki Prezident İlham Əliyevlə tanış olarkən o, Neft Şirkətinin rəhbərlərindən idi bizim səmimi söhbətimiz oldu. Daha sonra, 2004-cü ildə onu Parisdə qarşılamaq imkanım oldu. 2005-ci ildə isə mən yenidən Azərbaycana gəldim İlham Əliyev məni Azərbaycan Prezidenti vazifəsində qarşıladı. İndiyədək biz bir çox şəhərlərdə - Parisdə, Bakıda, Nyu Yorkda, Moskvada görüşmüşük. Deyə bilərəm ki, təxminən on dəfə görüşmüşük hər dəfə səmimi fikir mübadiləmiz olubdur. Hesab edirəm ki, o, ölkəsinin çox zəkalı istedadlı şəxsidir. Onu həm milli, həm regional, həm beynəlxalq səviyyədə yüksək qiymətləndirirlər.

- Azərbaycanla YUNESKO arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Çox gözəl perspektivlərimiz var. Mədəniyyət xüsusilə mədəni irs sahələrində əməkdaşlığımızı əvvəldə qeyd etdim. Əməkdaşlığımızın digər mühüm sahəsi isə təhsildir. 2005-ci ildə mən Azərbaycanın təhsil sistemindəki islahatlara dair xanım Əliyevanın təşəbbüsü ilə keçirilən simpoziumda iştirak etmişdim. O vaxtdan bəri YUNESKO təhsil sistemində çox mühüm islahatların aparılması istiqamətində Azərbaycan höküməti ilə sıx əməkdaşlıq etməyə başladı.

Prezident Əliyev mənə dəfələrlə bildirib ki, təhsil yeni dövlət quruculuğun təməlidir Azərbaycanın təhsil sistemində köklü islahatlar aparılmalıdır. Onun təhsil sahəsinə ayırdığı diqqəti mən yüksək qiymətləndirirəm. Təhsil Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, təhsil çox vacib insan hüququdur, insan inkişafına yatırılan ən böyük sərmayədir. Təhsil çoxşaxəlidir mən çox şadam ki, Prezident İlham Əliyev bu sahəyə daha çox diqqət yetirir.

- Səfəriniz xalqımızın milli bayramı olan Novruza təsadüf edir. Şənliklərdə siz iştirak etdiniz. Necə təəssürat bağışladı?

- Çox xoşuma gəldi şənliklərdə iştirak etməkdan çox şadam. Rəqslərdən musiqidən böyük zövq aldım. Ənənəvi əl işləri məni valeh etdi. Onu da əlavə edim ki, 2003-cü il Konvensiyasına uyğun olaraq, Azərbaycan İran, Hindistan digər qonşu ölkələrlə birgə Novruz bayramının qeyri-maddi irsin şah əsərləri sırasına daxil olunmasını təklif edir. Əminəm ki, Azərbaycan buna nail olacaqdır.

- Cənab Matsuura, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik.

 

 

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.1.