Əlli ildən sonrakı sevgi etirafı

 

Əlli il bundan əvvəl ziyalı insanların - Akif müəllim Şəfiqə xanımın ailəsində bir oğlan uşağı dünyaya gəldi. Abdullayevlər ailəsinin kişi xəttinə mənsubları hüquqşünas olduğundan onu da hüquqşünas davamçıları kimi görmək istədilər

, deyim sənə, əziz dostum?.. Mən bir insan kimi artıq on il bundan əvvəl keçdiyim mərhələ barədə nəsə deyə bilərəm, ancaq buna lüzum varmı?.. Akademik Lixaçev deyib ki, insanın əsl yubileyi iki dəfə olur - əlli yaşında yüz yaşında. İkinciyə qalanlar az olur (hamı tələssə ), ancaq birincini qeyd etmək vacibdir. Sənin indi əsl yubileyindir. Ancaq mənim sənə etiraz etməyəcəyin bir təklifim var - gəl ikinci yubileyini gözləyək

Sən bilirsən, əzizim, mən islaholunmaz pessimistəm, ancaq Bernard Şounun müdrikcəsinə ifadə etdiyi kimi, çox zaman bunu unuduram. bunu daha çox o zaman unuduram ki, səni görürəm, səninlə danışıram ünsiyyətdə oluram. İnsana müsbət enerji nikbinlik bəxş etdiyin üçün sənin yanında dünya işıqlıdır

Bizim qədim dostluğumuz bütün sınaqlardan keçib xoşbəxtlikdən toxunulmaz qalıb. Bu isə, yaddaşım məni aldatmırsa, deyəsən Hindistandan başladı

Bəli, məlum həqiqətdir: insanı tanımaq istəyirsənsə, onunla yola çıx. Biz bu ekzotik ölkəyə böyük səfərə çıxmışdıq, üstündən illər keçib, iyirmi ildən çox, möhkəm kişi dostluğu indiyədək bizi birləşdirməkdədir

Səndə bu illər ərzində məxsusi istedad üzə çıxdı - minnətsiz, təmənnasız dostluq, ürəyin hökmü ilə yaranan dostluq. Bu bizim zəmanədə nadir hadisədir, axı sən özün nadir insansan

Sən həmişə deyirsən ki, yaş fərqimizə baxmayaraq, mən səndən böyük görünürəm. Bunu əlavə edərdim ki, həm ağıllı görünürsən. Həm təkcə görünmürsən. Mən çox şeyləri səndən öyrənmişəm öyrənirəm, Allahın köməyi ilə davam edən dostluğumuz müddətində öyrənəcəyəm

Həmişə deyirsən ki, uşaq vaxtı dünya ədəbiyyatının nümayəndələri ilə bir sırada sənin kitablarını oxumuşam, bunların əhatəsində böyümüşəm. Əziz dostum, heç bir yazıçı onunla bir zamanda yaşayan müasiri haqqında bu sözləri deməz. Sən geniş ürək sahibi, Allah vergisi olan istedad sahibisən. Bu istedadınla birləşən dərin zəkan, həyati müdrikliyin, cavan oğlan ehtirasın, özünü təmkinli, ağır aparmaq yüngüllərə gülmək bacarığın qeyri-adi xarakterindən irəli gəlir

Tez-tez görüşməyimizə saatlarla söhbət etməyimizə baxmayaraq mən heç zaman belə şeyləri sənin üzünə deməzdim, ancaq indi sənin xarakter cizgilərini bircə-bircə xatırlayıb yazıram sadə, həm gözəl bir anlamın üzərində dayanıram - yaxşı insan!

Sənin yazıçılıq istetadın barədə danışmayacağam, bu barədə çox danışıb, çox yazıblar. Təkcə bunu demək kifayətdir ki, səndə həqiqətən Allah vergisi var. bu vergi səni böyük ilham enerji ilə çalışmağa vadar edir. Göz dəyməsin, məhz bu misilsiz zəhmətkeşliyin əlli yaşına qədər səni məşhur yazıçı etdi - bütün dünyanın tanıdığı detektiv yazıçı

Son illərdə sən sürətlə boy atıb yetkin yazıçıya ictimai xadimə çevrildin ki, bu da yalnız öz üzərində yorulmaz zəhmətin hesabına baş tutdu. Hərdən adam belə olmaq istəyir, amma mənim üçün dəyişmək, nəsə yeni bir uğur əldə etmək artıq gecdir, mən "mürgü döyməyi" sevən adamam, həftələrlə yazı masama yaxın düşmürəm. İstəsəm , istəməsəm Nə var odur.. Belə ki, əzizim, məğlub müəllimin qalib şagirdə münasibətini özün bilirsən

İvan Bunin Nabokov haqqında deyib: "O, ədəbiyyata soxulub bizim hamımızı güllələdi!" Bax, ha, silahla ehtiyatlı davran, ətrafındakılar təkcə düşmənlərin deyil

Sən ədəbiyyatı həssaslıqla dəyərləndirən bir insan kimi yəqin mənim nahamar, sıçrayışlı stilimi nəzərdən qaçırmadın, bu təbiidir, mən ürəyimin döyüntülərini yazıram, ürəyimdə isə aritmiya var

, Hindistan haqqında demək istəyirdim?.. Bu səfər, mənə elə gəlir ki, bizim dostluğumuzun təməlini qoydu, hərçənd o vaxta qədər biz tanış idik. O zaman mən səni təzədən kəşf etdim, gənc olmağına baxmayaraq, təşkilatçılıq bacarığına heyran qaldım; indiyə qədər unutmuram - sovet turistlərinin yaşlı təcrübəli qrup rəhbəri çətin situasiyalarda qrup üzvlərini sakitləşdirərək deyirdi: "Eybi yoxdur, indi Çingiz gəlib hər şeyi yoluna qoyacaq". Çingiz gəlib hər şeyi yoluna qoyurdu.

Səni müşahidə edərkən görürəm ki, bizi birləşdirən bir çox cəhətlər var. Sənin , mənim uşaqlıqdan ünsiyyətdə olduğumuz dostlarımız var. Bu, bir daha sənin dostluğa etibarını sübut edir. Sən başqalarının səhvini bağışlamağı bacarırsan, öz səhvlərini etiraf etməkdən çəkinmirsən. Bizim ikimiz dostluqda yalnız bir şeyi - xəyanəti bağışlamırıq.

Sən paxıl adamlarla əhatə olunmusan, bu, istedadlıların qismətidir, inan mənə. Ancaq belələrinə fikir vermə, sən daha çox dostlarınla, səni istəyən insanlarla əhatə olunmusan - belə insanların sayı daha çoxdur

Əlli il bundan öncə Abdullayevlər ailəsində bir oğlan uşağı doğuldu - Çingiz. O, hüquqşünas olmalı idi - babası, atası, qardaşı kimi. Ancaq tale yazısı onu başqa səmtə yönəltdi: Çingiz Abdullayev məşhur yazıçı olub ölkəmizi bütün dünyaya tanıtdı.

Mən o yaşda deyiləm ki, sitat gətirəm, ancaq bunsuz da ötüşmək olmur. Necə ki, 14-cü Lüdovik görkəmli Molyer haqqında deyib: "Ona öz şöhrəti üçün heç lazım deyil, o, bizə fransanın şöhrəti üçün lazımdır".

Mən sənin haqqında çox danışıb, çox yaza bilərdim, ancaq məlum olduğu kimi, yığcamlıq istedadın bacısıdır. Çox istərdim ki, bu "bacının" qardaşı olum.

Şükürlər olsun ki, Azərbaycan torpağı nefti, zəngin maddi sərvətləri ilə tanındığı kimi, istedadlı insanları, həqiqi şəxsiyyətləri ilə məşhurdur bu sıradan milli sərvətimiz olan Çingiz Abdullayevə görə məmləkətimizi alqışlamağa dəyər.

 

NatiqSULZADƏ

 

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.5.