Aprelin 2-də Kəlbəcərin
işğalından 16 il
keçir
Bu illər ərzində Kəlbəcər insanının səbir kasası çox dolub-boşalıb. Köçkün və qaçqın kəlbəcərlilərin sırası gün-gündən seyrəlməyə başlayıb. Yurd həsrəti, torpaq dərdi bu həsrətin ocağında dirigözlü qıvrılan yurddaşlarımızın dünyasını vaxtsız dəyişib - amma ATƏT-in, BMT-nin köhnə siyasəti dəyişməyib…
"Ümid kasıbın çörəyi, ye, Mehmet, ye!" deyən türk şairi sanki bu şeri 16 il ərzində ümidini "yavanlıq" edib yaşamaq məcburiyyətində qalan kəlbəcərlilərə, yaxud da kəlbəcərsizlərə ünvanlayıb.
Alp-ərənlərimizin at oynatdığı yamyaşıl yaylaqlarımızda indi donuz otaran və genetik atributları bu heyvandan gen düşməyən kafirlər özləri də yaxşı bilir ki, barıt çəlləyinin üstündə oturublar - haçansa bu çəllək partlayacaq, onların külünü göyə sovuracaq…
Hər şeyi zaman yoluna qoyur. Görünür
hələ bunun zamanı yetişməyib…
Yetişən isə 16 yaşlı
həsrət "balamızın"
qövr eləyən yaralarıdır. Kəlbəcərlilər xeyirdə-şərdə görüşəndə
qucaqlaşıb göz
yaşı axıdırlar.
Bəzən toy məclisi də
dərdli, ələmli,
hüznlü keçir
- çünki bu insanları ovudacaq bir dəyər, bir stimul qalmayıb.
Yaşlı və orta nəsil Kəlbəcər
həsrətilə dünyasını
dəyişir. Yeni nəslin
yaşı isə elə bu ayrılığın
yaşı qədərdir.
Kəlbəcəri görməyən, o bulaqlardan su içməyən, o çaylarda
çimməyən, o meşələrdə
sərinləməyən, o yaylaqlarda alaçıq qurmayan, o çəmənlərdən
gül dərməyən,
o dolaylarda at çapmayan
və nəhayət,
o havadan nəfəs almayan yeni kəlbəcərli
Kəlbəcəri dədə-baba
məhəbbətilə sevə
biləcəkmi? Məyusluq
bu sualın cavabındadır…
Cavabsız sualların baş alıb getdiyi bir vaxtda kəlbəcərlilərə
yenə də səbir, dözüm, dəyanət arzulamaqdan başqa çarəmiz qalmır.
Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.6.