Ənvər Yusifoğlu – 95

 

Unutsaq, unudularıq

 

Yazıçı Ənvər Yusifoğluyla həm qonşu olmuşam, həm yetmişinçi illərdə "Azərbaycan" jurnalında bir yerdə işləmişik: mən poeziya şöbəsində, o nəsr şöbəsində. füzulini həssaslıqla təhlil edər, Səməd Vurğunun şeirlərini əzbərdən deyərdi. Zərif zövqü insanı özünə cəlbetmə magiyası var idi. "Ədəbiyyat incəsənət" qəzetində işlədiyi vaxtlarda təsviri sənətlə məşğul olmuşdu. SSRİ Rəssamlar İttifaqının SSRİ Yazıçılar İttifaqının üzvüydü. O vaxt istedadı az-çox diqqəti cəlb edən yaradıcılığı olmayanları bu təşkilatların üzvlüyünə götürmürdülər.

Ənvər müəllim nadir istedad sahibiydi. Lakin onda olan bu ilahi vergi tamamilə açıla bilmədi. "Hamballar" kimi əvəzsiz bir povestin, "Düşmənimin düşməni", "Cərrahlar" kimi qiymətli romanların başqa yaddaqalan əsərlərin müəllifi mən görürdüm ki, içində qovrula-qovrula qalıb.

Stalin dövrü repressiya qurbanlarından idi. On il ailəsindən, vətənindən uzaq - Sibir çöllərində siyasi dustaq olmuşdu. Bir sözün güdazına getmişdi, demişdi ki, mən "Mayn Kampf"ı oxumuşam. Çörək kəsdiyi qələm yoldaşı səhərisi gedib "lazımi yerə" məlumat vermişdi ki, o Hitlerin kitabını oxuyub. Xalq dili üslubunda gözəl əsərlər yazan Ənvər Yusifoğlu "xalq düşməni" kimi həbs edilir vətənindən didərgin salınır.

Başqaları sonralar "xalq yazıçısı", "xalq şairi" diplomları alıb, Ə.Yusifoğlu kimi savadlı, mütaliəçi qələm yoldaşlarının dalınca danışır, onları "daşqalaq edir", yaxud tamam unudurdular.

Ənvər müəllimin çəkdiyini onun ailəsi çəkirdi. Ailələr içində təklənirdilər. O, qayıdandan sonra yenə ürəkaçıqlığı ilə yazıçı, rəssam yoldaşları haqqında məqalələr yazır, öz təbiətinə sadiq qalırdı. Bununla belə, arada hiss edirdim ki, danışanda ehtiyat edir. isə sözünü bütöv deməyə çəkinir.

Bir dəfə dedi ki, mən tutulanda Biləcəridə gecələyəsi oldum Cavidlə bir taxtın üstə baş-ayaq yatdıq. Sonralar xahiş elədim ki, bir xatirəsini yazsın, çap edək. Onda mən "Ədəbiyyat incəsənət" qəzetinin baş redaktoru vəzifəsində işləyirdim. Zarafatla söz atdı ki, "belə getsə, səni bir gün tutacaqlar. fikirlərini sətiraltı desən , ağlı başında olan başa düşür".

Canında bu qorxu qalmışdı. Mən təkidlə xahiş etdim ki, Cavidlə bağlı bir şey yazsın. Nəhayət, söz verdi. Yazdı da. Amma çap üçün vermədi. Axşam söz vermişdi, səhərisi eşitdim ki, yazdıqlarını cırıb, tikə-tikə eləyib həyat yoldaşından xahiş edib ki, aparıb həyətdə zibil qutusuna atsın. Sonralar yazıçının qızı Nərgiz xanım mənə dedi ki, cırılan vərəqləri özünün xahişilə gedib təzədən zibil qutusundan axtarıb tapdıq birtəhər yapışqanla bərpa edə bildik. Əlyazmalar arxivinə verdik.

Ənvər müəllimin elmi bədii təfəkkürü aydın idi, təsviri sənətə dair yazdığı məqalələrdə bu özünü daha çox göstərirdi. Mən həmişə onun elmi, ədəbi söhbətlərinə məmnuniyyətlə qulaq asmışam, çox şey öyrənmişəm. Özünü gözə soxan, yaxud müxtəlif tədbirlərdə Mərkəzi Komitə katiblərinə göstərən yazıçılardan deyildi. Əslində belə şeylərdən xoşu da gəlmirdi. Onsuz da ona düşən titul "paylarını" 37-də əlindən alıb bölüşdürmüşdülər. İndi sağ olsaydı, yəqin bu cümlələri yazmağa da razılıq verməzdi. Bir dəfə Aristotelin bir fikrinə münasibətini bildirməyi xahiş etdim: "…Əziz dostlar, heç bir dost yoxdur". fikri təsdiqlədi: "Doğru deyir". Sonra əlavə etdi ki, inamsız da yaşamaq olmur.

O, filosof yazıçıydı. Antik dövr fəlsəfi fikrindən inkişaf etmiş Avropa intibahından misallar çəkirdi. Bilirdi ki, onun biliyi heç kəsə lazım deyil. Çünki Azərbaycanda bilikdən qabaq mövqe, vəzifə tutmaq lazım idi. "Xalq düşməni" adını üstündən təzəcə götürmüşdülər. Təki dəyib-dolaşmasınlar. Ailəsində rahat yaşamağa imkan versinlər.

Müdrik idi, sadə təbiətilə seçilirdi. Ailəsinə sadiq idi. Biz bir blokda yaşayırdıq. Yazıçılardan Seyfəddin Dağlı, Əlfi Qasımov, Yaşar Qarayev, Rza Şahvələd, Cabir Səfərov, Süleyman Vəliyev, Beydulla Musayev qonşularımız idilər.

Nabat bacı Ənvər müəllimin təkcə həyat yoldaşı yox, həm yaxın sirdaşı, arxası köməyiydi. Bizim anamız-bacımız idi. Mənim uşaqlarım onların evindən çıxmırdılar. Oğlu Yusif (təəssüf ki, dünyasını çox vaxtsız dəyişdi), qızı Nərgizlə bir yerdə böyümüşdülər. Ailə özü insanpərvər, dostpərvər, qonşupərvər idi.

Ənvər Yusifoğlunun "Düşmənimin düşməni" romanı o vaxt ədəbi mühitdə hadisə kimi qiymətləndirildi, tanınmış tənqidçilər onun əsərinə, ümumi yaradıcılığına yüksək hörmətlə yanaşdılar məqalələr yazdılar.

Onun adı həmişə görkəmli yazıçılar sırasında çəkiləcəkdir. Ənvər müəllimin əsərlərinin hər bir nəşri onun xatirəsinə oxucularına hörmətdir. Bu, həm onun halal haqqıdır.

Böyük Nizami yazır ki, dünya bir güzgüdür - hansı əməlin sahibisənsə, onu göstərir.

Unutsaq, unudularıq.

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.5.