Unudulmaz xatirə
Dahi şairimiz Hüseyn Cavidlə ilk və son görüşüm əbədi və unudulmaz bir xatirəyə çevrilib fikrimdə, hissimdə, düşüncəmdə yaşayır, hökm sürür.
Cavid kimi şəxsiyyətlə ata-oğul, həmfikir, həmsayə, ümdəsi - müəllimlə şagird kimi keçən bu altı aylıq görüşü sehrləyən mühüm bir cəhət də vardı. Mən ona şagird kimi, oğul kimi əbədi surətdə bağlanmışdım. Ümdəsi oğul kimi… Otağımızda əlliyə qədər bizim kimi bəxtini, taleyini, aqibətini gözləyən var idi.
Biz Keşlə həbsxanasında 37-ci il dövrünün haqsız cəzalarını (içimizdə, əlbəttə, haqlı cəza çəkəcək şəxslər də yox deyildi) gözləyənlərdik.
Heç inana bilmirəm ki, “Şeyx Sənan” və “İblis” əsərlərinin müəllifi ilə aylarla bir yerdə olmuşam, onun birgə məclislərində iştirak etmişəm, onunla baş-ayaq yatmışam: Cavid şairdən çox möcüzə idi, onun bildiklərini, dediklərini, xatirələrini yad etmək həyatımın ən şirin, əlvan, rəngarəng və umulmaz-unudulmaz anları idi… Cavid… Cavid…
...Şübhəsiz
ki, onun Cavid kimi bir
insanı, şairi, mütəfəkkiri ləkələməsi
bu günümüz üçün, xüsusən
tariximiz üçün
böhtandır və
bu cinayət nəinki onun üçün, o tipli adamlar üçün
unudulmaz cinayətdir, elə bir cinayət
ki, gələcək bu cinayəti heç zaman unutmayacaqdır və bağışlamayacaqdır…
Ənvər YUSİFOĞLU
Ədəbiyyat qəzeti.-2009.-10
aprel.-S.5.