Əli Akbaş
(Türkiyə)
Möminə Xatuna
qəzəl
Nolaydı, mən yenə
cavan olaydım,
Naxçıvanda dərdi
sovan olaydım.
Sultanıma gül
dərəydim hər səhər,
O güldükcə mən də
xəndan olaydım.
Onun ülfətinə,
nəzakətinə
Qəsidə yazaydım,
heyran olaydım.
Bir gül kimi solan
o məhliqaya
Bir çarə
bulaydım,
dərman olaydım.
Ağ başımla
əllərindən
öpəydim,
Bir gün sarayında
mehman olaydım.
Ədəbiyyat qəzeti.-2009.-10
aprel.-S.5.