Oraz Yağmur
(Türkmənistan)
Qarabağlı ananın ağısı
Şair dostum Adil Cəmilin anası üçün
Ay, balam,
Vay, balam!
Qarabağın suyundan
İçmək cana ləzzətdi.
Təndirlərin tüstüsü
Buludlara bülənddi.
Sübh çağı gün çıxanda
Yarpaqlar bərq vurardı.
Hamı xoruz banıyla
Saatını qurardı.
Ay, balam,
Vay, balam!
Neyləyim mən qarabaxt,
Qürbətdədir Qarabağ!
Gedib çıxa bilmirəm,
Uzaqdan da yurduma
Dönüb baxa bilmirəm.
Ulu Tanrım əzəldən
Məni xanım yaratmış.
De gəl ki, baxt payımı
Belə yarım yaratmış.
Nə qədər
ki, yurdumda
Qan içən düşmən
gəzir.
Qəfəsdə bülbül
kimi
Mənim ürəyim əsir.
Ay, balam,
Vay, balam!
Ağlayıram yuxumda
Hər görəndə o kəndi.
Ağlamaqdan, can bala,
Gözüm yaşı tükəndi.
Mən bir daha özümə
Gələ bilmərəm, oğul.
Qarabağı görməsəm,
Ölə bilmərəm,
oğul!..
Nəsiminin qardaşı
Dünya şöhrətli xanəndə,
azərbaycanlı qardaşım
Alim Qasımova
Anamın rəhmindən doğuldum,
Baş vurdum Çin səddinə,
Özümə qapı açdım.
Ulduzdan-ulduza çata bilməsəm,
Dolunayın üzünü
Sevgilimin saçlarıyla örtə
bilməsəm
Nəfəsim kəsilir,
Mənə dünya dar gəlir.
Mən yastıqda
can verənlərdən
deyiləm.
Ya isti yar qucağı,
Ya da xain bıçağı
Öldürsə ölənlərdənəm.
Uyumadım gecə-gündüz,
Uymadım qara dünyaya.
Məndə Nəsimi,
Mən də Nəsimi.
Sadəcə dəyişdirdim ismimi.
Aldım nəsibimi:
Mənim də
Dərim soyulur
və hələ
canım içimdə.
Gedirsə belə
durumda
Dunyanın bu insanlığı
Mən o dünyadan
da,
Bundan da
Vaz keçdim.
Hər qapıdan
girmərəm,
Pəncərədən çıxmaram.
Yaşasın, yaşasın
quş yuvaları:
Çox olsa belə səf
çəkən qanadlılar
"Hər quş öz
qanadıyla uçmalı!"
Azəri türkcəsinə
uyğunlaşdıranı: Adil Cəmil
Ədəbiyyat
qəzeti.-2009.-10 aprel.-S.5.