Əzizim Çingiz!

 

Səni - görkəmli yazıçımızı, səmimi mehriban dostumuzu anadan olmağının əlli illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sən müasir Azərbaycan ədəbiyyatında o layiqli ləyaqətli yeri tutursan ki, o yer yalnız yalnız Çingiz Abdullayevə məxsusdur. Sən şərəfli ömür yaşayan, istedadla yazan kitablarının sayına dözən gözəl insan, gözəl yazıçı, gözəl dostsan.

Səni bir daha təbrik edir, sənə bütün ailə üzvlərinə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. Yazmaq, yaratmaq əzmi isə həmişə səninlədir.

 

Elçin

 

Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.2