Elçinin Türkiyədə yeni kitabı nəşr edilmişdir

 

Xalq yazıçısı Elçinin kitabları Türkiyənin müxtəlif nəşriyyatlarında müntəzəm nəşr olunur, pyesləri ölkənin teatrlarında tamaşaya qoyulur. Bu günlərdə isə Ankaranın məşhur “MEB” nəşriyyatı Elçinin uşaqlar üçün yazdığı hekayələri rəngli illüstrasiyalarla nəfis şəkildə çap etmişdir. “Kukla, yoxsa Aysu?” (“Bebek mi, Aysumu?”) adlı kitaba toplanmış hekayələri türk dilinə Avropada yaşayan görkəmli türk yazıçısı Yücel Feyzioğlu çevirmişdir. Y.Feyzioğlu, eyni zamanda, kitaba səmimi ön söz yazmışdır. Ön sözdə deyilir: “Elçinin dili şırıl sular kimi təmiz, çiçəklər kimi rəngarəngdir. Azərbaycan türkcəsi, ümumiyyətlə, çox şirindir... Onun qələmi ilə daha da gözəlləşir... İnsanın içinə ümid saçır. Elçinin romanları, hekayətləri 19 dildə nəşr edilmişdir. Əsərlərinin tirajı üç milyonu keçmişdir.” “Kukla, yoxsa Aysu?” Elçinin Türkiyədə nəşr olunmuş 18-ci kitabıdır.

 

Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.2.