Fuzuli səbri

 

"Ədəbiyyat qəzeti" 75 yaşını tamam edib. Elə bilirəm qələm yoldaşlarım məni qeyri-təvazökarlıqda qınamazlar desəm ki, bir əsrin dörddə üçünü artıq ötüb keçmiş bu qəzetin ömür yolunun yarım əsrə qədərinin bütün sayının - təqribən 2563 nömrəsinin hazırlanmasında sıravi əməkdaşlıqdan indiki məsul vəzifəyə qədər yaxından iştirak etmişəm. Zamanın ağır sınaqlarından necə əzab-əziyyətlə çıxdığının şahidi olmuşam.

Ədəbiyyatımızın ən görkəmli nümayəndələri bu qəzetin yaşaması, xalqımızın misilsiz söz xəzinəsinin daha da zənginləşməsi naminə bütün imkanlarını səfərbər etməsi üçün zəhmət istedadlarını əsirgəməmişlər.

Nəticə etibarilə "Ədəbiyyat qəzeti" ədəbi-bədii fikrimizən layiqli salnaməsi olmaq haqqını qazanıb. Yəqin ona görədir ki şəxsən mən "Ədəbiyyat qəzeti" sözündə həmişə sirli bir siqlət hiss eləmişəm.

İndi - müstəqilliyimizi yenidən bərpa etmiş olduğumuz bir dövrdə, geniş demokratiya mətbuat bolluğu şəraitində, əsl istedad məhsulu olan sözün fövqəladə əhəmiyyət kəsb etdiyi bir vaxtda mötəbər ədəbi orqanın mühüm rolu şübhəsizdir. Ölkəmizdə bu vacib qüvvənin reallaşması üçün möhkəm bünövrənin səbəbkarı məlumdur ki, ədəbiyyatımızın böyük hamisi Heydər Əlirza oğlu Əliyev oldu. Azərbaycana yenidən rəhbərlik etməli olan ümummilli lider ümumən mədəniyyətimizi, o cümlədən ədəbiyyatımızı ağır durumda gördü bu sahədə tezliklə əsaslı dönüş yaratmağı vacib bildi. İlk tədbirlərdən biri ədəbi orqanların nəşrini bərpa etmək oldu həmin məsələ ilə əlaqədar ayrı-ayrı çıxışlarında "Ədəbiyyat qəzeti" ilə bağlı münasibətini xüsusi vurğuladı: “Ədəbiyyat qəzeti”nin nəşr olunması çox yaxşı bir haldır mən bunu həmişə dəstəkləmişəm, kömək etmişəm, bundan sonra da kömək edəcəyəm... Onu da deyim ki, mən Moskvada yaşayarkən işlədiyim zaman, həm işləmədiyim zamanƏdəbiyyat qəzeti”ni daim alırdım. Ümumiyyətlə, Azərbaycanın bütün qəzetlərini alırdım. Çünki Azərbaycandan mən ayrıla bilməzdim. AmmaƏdəbiyyat qəzeti”ni xüsusi oxuyurdum... Yəni, ümumiyyətlə, bu məni maraqlandırıb həmişə. Ona görə mənim bu qəzetə çox böyük hörmətim olubdur. qəzet həqiqətən bizim xalqımız üçün çox xidmətlər göstəribdir, çox yaxşı ki, bu qəzet indi çıxır”.

Ədəbiyyatımıza, mədəniyyətimizə bu müstəsna münasibətdən sonra Prezidentin istisna hal kimi qəbul etdiyi tarixi qərar səbəbindən digər ədəbi orqanlarımızla bərabər "Ədəbiyyat qəzeti" büdcəyə götürüldü müntəzəm nəşrə başladı. Daha sonra ümummilli lider Heydər Əlirza oğlu Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə böyük qayğı ənənəsini cənab Prezident İlham Heydər oğlu Əliyev ardıcıl davam etdirərək ümumən yaradıcılıq təşkilatlarına, o cümlədən Azərbaycan Yazıçılar Birliyinə, onun orqanlarına mümkün köməyi göstərdi göstərir. Yazıçıların ötən qurultayı ərəfəsində Birlikdə geniş oxucu kütləsinin iştirakı ilə keçirilən bir tədbirdə "Ədəbiyyat qəzeti"nin hər sayının həcmini dörd səhifədən altı səhifəyə çatdırmağı təkidlə xahiş etdilər, bu təklif qəbul olundu həyata da keçirildi.

"Ədəbiyyat qəzeti" redaksiyasının əməkdaşları var qüvvələrini sərf edərək yaradıcılıq prosesini obyektiv yüksək ədəbi meyarlara, tələblərə uyğun səviyyədə əks edtirməyə çalışırlar. Doğrudur ki, bu proses kifayət qədər ağır, ən başlıcası da bəzilərinin ya bilərəkdən, ya da bilməyərəkdən düzgün qiymətləndirə bilməməsiylə müşayiət olunur.

Məlumdur ki, istənilən yazını ümumi sözlərlə inkar etməyi hər kəs bacarır. Ancaq hər hansı ədəbi əsərin elmi-bədii dəyərini peşəkarlıqla nəzərdən keçirib ümumi razılığa gəlmək nəticədə müəllifin, eyni zamanda oxucunun rəğbətinə nail olmaq redaksiya-müəllif əməkdaşlığının ən yaxşı səmərəsidir.

Ədəbi orqanın səviyyəsini onun müəlliflərinin istedad səviyyəsi müəyyənləşdirir. Bu mühüm məqsəd isə redaksiya-müəllif münasibətlərinin səmimi təşkili ilə əldə oluna bilir.

Mən uzun illər boyu böyük qələm sahiblərimizin, məsələn, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə daha başqa görkəmli elm-sənət adamlarının "Ədəbiyyat qəzeti" redaksiyasının rəyinə necə hörmətlə yanaşdıqlarının, hətta özlərinin təkidlə rəy soruşduqlarının şahidi olmuşam qismət olsa yaxın saylarımızın birində həmin unudulmaz ibrətli münasibəti təsdiqləyən məqamları oxucularımıza təqdim etmək fikrindəyəm.

Gənclərin "Ədəbiyyat qəzeti"ndə mümkün qədər çox çıxış etmək arzusu həm redaksiyanın istəyidir. Ancaq təbiidir ki, bu sahədə redaksiyanın özü ilə yanaşı gənc ədəbi qüvvələrin yaradıcılıq inkişafı üçün vəzifə məsuliyyəti daşıyan qələm yoldaşlarımızın real köməyinə ehtiyac var. Çapa layiq bilinənləri təqdimat yazısı ilə oxucuların müzakirəsinə verməklə seçim üçün duyulan məsuliyyəti hiss etmək olar.

Müxtəlif mətbuat səhifələrində yer almış qərəzli buna görə obyektivlikdən, ədəbi-elmi səriştədən məhrum, cızma-qaralardan danışmağa lüzum görmürəm.

Uzun illər boyu xoş münasibətdə olduğum kəslərin hansı maraqlara görəsə birdən-birə tanınmaz olduqlarına məəttəl qaldım.Ədəbiyyat qəzeti”nin təbii ki, mümkün nöqsanlarını da - onun adına uyğun olaraq - ədəblə, ehtiramla demək özünə, sözünə hörmət edən hər kəsin mənəvi borcudur.

Heç şübhəsiz, görüləsi işlər çoxdur; hamımızın obyektiv, səmimi oxucu fikrinə, səriştəli həmkar münasibətinə ehtiyacımız var. Lakin yazı adamının əlində balta yox, qələm olmalıdır.

Ədəbiyyat qəzetibir nəfərin zəhməti ilə deyil, ədəbiyyatımızın müxtəlif nəslə mənsub ən istedadlı nümayəndələrinin yaxından iştirakı ilə araya-ərsəyə gəlir. Qəzetin hər sayının nəşrindən dərhal sonra Azərbaycan elminin, sənətinin mötəbər şəxsiyyətlərinin redaksiyaya telefon açıb çox dəyərli fikir mülahizələrini, qiymətli qeyd təkliflərini bölüşmələri səriştəsiz, haqsız iradların acısını müvəqqəti olsa unutdurmağa kifayət edir.

Qəzəbin gözü kor olur” - deyirlər. Böyük füzuli belələrinə insaf arzulamağı məsləhət bilib:

 

İnsaf ver, ey həsud, insaf, -

Tən etmə ki, gövhərin deyil saf.

...Dəm xeyr sözündən ur dəmadəm, -

Vər xeyr deməzsən: Əbsəm! Əbsəm!

 

(“Ey həsəd əhli, insafın olsun, tənə vurma ki, gövhərin saf deyil. Həmişə xeyir söz de, əgər xeyir deməyəcəksənsə, danışma!”)

 

Ancaq həyat göstərir ki, heç hamı füzuli səbrinə sahib ola bilməz. Mən mərhum Mehdi Hüseyni masası üstündə nəfəssiz uyuduğu ilk dəqiqələrdəcə görmüş onu heç vaxt unutmayan, unuda bilməyəcək minnətdar oxucularından, həm işçilərindənəm.

Belə sınaqları heç kəsə rəva görməzdim.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.2.