“Yazıçılar Birliyində
xərclənən vəsaitə
mən cavabdehəm”
Azərbaycanın
xalq yazıçısı, Yazıçılar Birliyinin
katibi Çingiz Abdullayevin APA-ya müsahibəsindən:
-
Siz həm də
Yazıçılar Birliyinin maliyyə və təşkilat məsələləri
üzrə katibisiniz. Son günlər isə Yazıçılar
Birliyində korrupsiya baş verməsi ilə bağlı
ittihamlar səslənir.
-
Bu fikirlərin hamısı boş və cəfəngiyyatdır.
Yazıçılar Birliyində xərclənən vəsaitə
mən cavabdehəm. Bir qəpik də olsun başqa istiqamətə
pul xərclənsə, bilərəm. Yəni bu
yazılanların hamısı axmaq fikirlərdir.
- Rəşad Məcid
"Ədəbiyyat qəzeti"nin ayrılan vəsait
müqabilində çox aşağı səviyyədə
çıxdığını bildirir, hətta qəzetin rəhbərliyinin
dəyişdirilməsinin tərəfdarı kimi
çıxış edir.
-
Məsələnin ədəbi tərəfi mübahisə
predmeti ola bilər. Bu qəzetin ənənəsi var. Ola bilər
ki, qəzet bir qədər konservativ çıxır. Hesab
edirəm ki, "Ədəbiyyat qəzeti" elə belə
də qalmalıdır. Biz Yazıçılar Birliyinin ədəbi
orqanı olan 3 jurnalı tamamilə gənclərə
vermişik. Onlar nə istəyirlər, yazırlar. Bu qəzetin
fəaliyyəti kiminsə xoşuna gəlməyə bilər.
Mən də istəyərdim ki, "Ədəbiyyat qəzeti"
daha cəsarətli çıxsın. İnanmıram ki, bu qəzetin
rəhbərliyi tezliklə dəyişdirilsin. Qurultaydan sonra
bu barədə fikir ola bilər. Qəzet futbol komandası
deyil ki, ancaq cavanlardan ibarət olsun. Qaldı Rəşad Məcidin
fikirlərinə, Yazıçılar Birliyində
demokratiyadır, istənilən fikir səsləndirilə, hər
katibin öz fikri ola bilər.
- Yazıçılar
Birliyinin növbəti qurultayı nə vaxt olacaq?
- Artıq sonuncu qurultaydan 5 il
keçir. Ola bilər
ki, qurultay bu il və ya gələn
il keçirilsin.
Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.2.