Yazıcılar Birliyi haqqında novbəti uydurmalar
1. Yoxlanılmamış məlumatları
ucuz sensasiya xatirinə dərc etməyə alışmış,
oxucuya sırıdıqlarının
məsuliyyətini daşımayan
bəzi qəzetlərdə
Birliyin və onun ədəbi orqanlarında guya ki, korrupsiya olması barədə iyrənc şayiələr
ədəbiyyatımıza illər boyu çirkab atan adamların muzdlu və tapşırıqlı
böhtanlarıdır.
Yazıçılar Birliyinin, onun ədəbi orqanlarının, o cümlədən
"Ədəbiyyat qəzeti"nin bütün vəsaiti şəffafdır,
xəzinədarlıq tərəfindən
müəyyənləşdirilir və nəzarət edilir.
Belə iftiralar yazanlar və yayanlar, eləcə də tanınmış yazıçılar
haqqında həyasız
təhqirlərə əl
atanlar məhkəməyə
verilə bilərdi. Amma bu onlar üçün böyük şərəf
olardı. İstədikləri də elə odur ki, bu
sayaq yaramaz üsullarla ad çıxartsınlar.
2. Başqa bir yalanları da guya kim
tərəfindənsə Yazıçılar
Birliyindən haqq-hesab
tələb edilməsidir.
Belə bir şey təbii
ki, yoxdur.
3. Yazıçılar Birliyinin
rəhbərliyində "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalının vəzifəsindən
azad edilməsi haqqında heç bir müzakirə olunmayıb və belə bir fikir
də yoxdur.
4.
"Ədəbiyyat qəzeti"ni tənqid edənlər heç olmasa qəzetin adını düz yazsınlar, "Ədəbiyyat"
kimi yazmasınlar.
5.
"Bizim yol" qəzetində (14 aprel
2009) növbəti iftiralardan
ibarət "Yazıçılar
Birliyində mənzil
maxinasiyası var?"
adlı yazı dərc olunub. Yazı müəllifi dediyi böhtan və yalanlara cavab verməmizi tələb edir. Özü rəsmi şəkildə
mətbuat səhifələrində
yalançı və
böhtançı olduğunu
etiraf edən cızmaqaraçının uydurmalarına
cavab vermək fikrimiz yoxdur.
6. O
ki, qaldı kimlərinsə kimlərinsə
ölümünü səbirsizliklə
gözləməsi bu,
məlum olduğu kimi - mürdəşirlərin
- meyit yuyanların peşə arzusudur.
Azərbaycan
Yazıçılar Birliyinin
Mətbuat xidməti
14 aprel 2009
Ədəbiyyat qəzeti.-2009.-17
aprel.-S.2.