Şairə vida sözü
Böyük
şairimiz Bəxtiyar Vahabzadənin vəfatı ilə əlaqədar
"Literaturnaya qazeta"nın bu il 18-24 mart tarixli sayında
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın və
AYB-nin Moskva şöbəsinin sədri Tofiq Məliklinin
yazdıqları vida sözü dərc olunmuşdur.
Vida
sözündə deyilir: "Azərbaycanın xalq şairi Bəxtiyar
Vahabzadənin ürəyi döyünməkdən qaldı;
milli ədəbi dilin hüdudlarını genişləndirən
və ona yeni ahəng verən, öz əsərlərində
ideoloji çərçivələri dağıdan, sovetlər
zamanında qadağan olunmuş mövzularda yazan, milli ruhu,
milli maraqları qoruyan şairin ürəyi dayandı.
Onun
əsərləri dünyanın bir çox dillərinə,
o cümlədən rus dilinə də tərcümə
edilmişdir. O, SSRİ Dövlət mükafatı laureatı
idi, yüksək mükafatla - "İstiqlal" ordeni ilə
təltif olunmuşdu.
Böyük şairin ədəbi
qələbələrin sevinci
və uğursuzluqların
acısı ilə dolu yolunun - ona öz Vətənində
və onun hüdudlarından uzaqlarda
məşhurluq, şöhrət
və məhəbbət
gətirmiş yolunun başa çatdığını
dərk etmək ağırdır".
Ədəbiyyat qəzeti.-2009.-17
aprel.-S.7.