Amerikadan telefon zəngləri

 

Yenə sübh tezdən zəng vurmuşdu. Səsi o qədər aydın eşidilirdi ki, elə bildim Bakıdadır. Dərhal soruşdum:

- Bakıdasan, ya Göyçayda?

- Bakı, Göyçay canım, Amerikadayam, - dedi.

Dübarə soruşdum:

- Zarafat eləmirsən ki?..

Bir xeyli ara verəndən sonra hüznlü bir səslə dilləndi:

- Kaş elə zarafat eləyəydimDe görüm necəsən?

- Bəs sən necəsən?

Məndən iyirmi iki yaş böyük olmasına baxmayaraq, hələ ötən əsrin yetmişinci illərində aramızda elə bir ünsiyyət yarandı ki, mən ona "sən" deyə müraciət etməyə başladım.

Hər gün yerində - Azərbaycan radiosunda görüşürdük, şənbə, bazar günləri bir yerdə balıq tutmağa gedirdik. Təxminən on il ülfətimiz beləcə davam elədi sonra da məlum hadisələr - "perestroyka" başladı Emin müəllim Amerika qitəsinə köçdü ki, oğlanlarını okeanın o tayında yaşayan dayıları, xalaları ilə tanış eləsin. Artıq on yeddi ildir ki, o ildə bir-iki dəfə Amerikadan zəng vurur məni ən azı yarım saat sorğu-suala tutur. Amma ciddi tərzdə isə xəbər almağı yadıma gəlmir, hər şeyi zarafata salmaq Emin müəllimin köhnə şakəridir. Bu dəfə qəfil bir sualla eynimi açdı:

- Eşitmişəm, Bakıda şayiə yayıblar ki, mən ölmüşəm, düzdür?

- , elə bir sözü qulağım çalmışdı.

- İnandın?

- Yox, inanmadım.

- İnanma, sağlıq olsun, yayda gəlib Natəvan klubunda özümə 85 illik yubiley eləyəcəm. gözlənilmədən ucadan güləndən sonra sözünə davam elədi: - Sən çıxışa hazırlaş

Mən gülə-gülə cavab verdim:

- Mən hazıram.

- Yaxşı hazırlaş, şayiələrə inanma.

- Bu şayiənin bir kökü var?

- Bəlkə var, amma burda hökumət adamı ölməyə qomur, - yenə ucadan güldü, - ölürsən, yenə dirildirlər, belə getsə, mən gərək ölmək üçün Bakıya gələm.

Sözün bu yerində mən zarafatdan qalmaq istəmədim:

- Gəl, gözümüz üstə yerin var

Beləcə sorğu sorğuya calandı bir sual da mən verdim:

- Təzə bir şey yazmısan?

Yenə ucadan güldü:

- Burada daha maraqlı əyləncələr var

- Balığa necə, gedirsən?

- Bir-iki dəfə getmişəm, amma burda balığa getmək havayı deyil, çox bahadıÇox

Öz-özümə fikirləşdim ki, nəyinsə baha olduğunu vurğalayan müsahibim bəs görəsən dəstəyi niyə yerə qoymaq istəmir. Axı hər saniyə, hər dəqiqə onun təqaüdçü kisəsindən gedir.

- Namiqi, Əhmədi görürsən?

Bildim ki, fantast həmkarları Namiq Abdullayev Əhməd Xaspoladovu nəzərdə tutur.

- Onlar ikisi dünyasını dəyişiblər.

Heyrətini gizlətmədi:

- tez, onlar yaşca məndən xeyli balaca idilər, Allah rəhmət eləsin ikisinə

- Onlara sənin ardıcılların demək olar?

- Bəlkə olar, amma onlar elmi (fantastika janrının daha dərin qatlarına baş vurmaq istəyirdilər, mən isə uşaqlar üçün yazırdım

Bəli, həqiqətən o ötən yüzilliyin əllinci, altmışıncı, yetmişinci, səksəninci onilliklərində Azərbaycan uşaq ədəbiyyatında silinməz izlər qoyub. Yaxşı yadımdadır onun "Muğanda qütb parıltısı", "Kainat gəmisi", "Veneranın göyləri od içindədir", "Qeyb olmuş səslər", "Dəmir necə ayaq açdı", "Zülmət dənizi", "Ulduzlar yolumuzu gözləyir", "Qüdrətli pillə" kimi əsərləri məktəblilər arasında bestsellərə çevrilmişdi.

Əlbəttə, o zamanlar ağlıma gəlməzdi ki, bu məşhur, sevilə-sevilə oxunan əsərlərin müəllifi ilə haçansa dostluq eləyə bilərəm münasibətimiz o yerə çatar ki, o, mənə hərcayı lətifələr danışmaqdan çəkinməz. Bəli, bizim Emin müəllim sözün həqiqi mənasında lətifəbazdı. Elə bir gün olmazdı ki, bizə yeni bir lətifə söyləməsin.

Ortaq dostlarımızın - Mailə Muradxanlının, Vaqif Əlixanlının, Ziyafət Abbasovun kefini-halını bir-bir xəbər alandan sonra dedi:

- Hiss eləyirəm kefin yoxdu, bəlkə sənə bir xoruz səsi eşitməmiş bir lətifə danışım?

Soruşdum:

- Konturun çoxdur?

- Yarım saat danışmağa yetər

Beləcə Emin müəllim Amerikada yaşayan Təbriz azərbaycanlıları haqqında maraqlı bir lətifə danışandan sonra ucadan güldü soruşdu:

- Bəs sən niyə gülmürsən? Gülməli deyil?

- Gülməlidi, -dedim,- amma bu lətifə Bakıya çoxtan gəlib çıxıb

Dərhal keçdi zarafata:

- Ola bilməz, - dedi, - mən bunu dünən uydurmuşam.

Mən zarafat etmək qərarına gəldim:

- Görünür internet səni qabaqlayıb

bu internet kəlməsi söhbətimizi yeni məcraya saldı:

- İnternetdə Anarın " qoç, qara qoç"unu oxudum. Onu əcəb çap eləyiblər?

Səsindəki istehzanı sezdim cavab verdim:

- Daha bizdə senzor yoxdur, bilmirsən?

- Bilirəm , - dedi, - amma yəqin senzor olmasa da, isə var

Yenə söhbəti dəyişdi:

- Özün yazırsan?

- Demək olar ki, heç , hərdən tərcümə eləyirəm.

Güldü:

- Tərcümə yaxşı əyləncədi, - dedi, - mən bir zamanlar tərcümə ilə dolanmışam

Sözün bu yerində yadıma Emin Mahmudovun tərcümə etdiyi bəzi əsər-örnəklər, xüsusən Ravil Baxtamovun "Qanun qanundur" əsəri düşdü.

- "Qanun qanundur" indi oxunur, - dedim.

Ucadan güldü:

- İnanmıram, - dedi, - amma qanunlar işləyən bir cəmiyyətdə yaşamaq doğurdan gözəl şey imiş

Mən keçdim zarafata:

- Bu burjua təbliğatı deyil ki?

Sözün bu yerində həmsöhbətim yenə ucadan güldü birdən-birə bariton səsilə mənim çox sevdiyim bir romansı oxumağa başladı:

 

...İnan sözlərimə, qorxma bir kəsdən

Gəl səni qurtarım qara məhbəsdən...

 

Beləcə Emin müəllim hər dəfə okeanın o tayından zəng vuranda son olaraq mütləq bu mahnını oxuyur. Bu dəfə həsrət dolu ifasını bitirdi soruşdu:

- Mənə Rafiq Səməndərin əl telefonunu verə bilərsən?

Maraqlandım:

- Nəyinə lazımdı Rafiq Səməndərin telefonu?

- Onu yuxuda görmüşəm, - dedi, - istəyirəm sabah da ona zəng vuram, yarım saat da onun vaxtını alam

 

 

Məmməd ORUC

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.8.