Azər Mustafazadə -
70
Hörmətli Azər müəllim!
Sizi - tanınmış publisist və tərcüməçini - 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz ədəbi fəaliyyətə ötən əsrin 60-cı illərində başlamısınız. İlk qələm təcrübələriniz və bədii tərcümələriniz mətbuatda dərc edilmişdir. 1966-cı iddə tanınmış ədəbiyyatşünas alim Məmməd Cəfərin "Cəlil Məmmədquluzadə" monoqrafiyası sizin tərcümənizdə rus dilində çapdan çıxmışdır. Görkəmli sənətkarlarımız Mirzə İbrahimovun "Mənim həyatımın kitabı", Sabir Əhmədlinin "Yamacda nişanə", fərman Kərimzadənin "Qarlı aşırım" kitabları da sizin çevirmənizdə rusdilli oxuculara təqdim olunmuşdur. Bu kitablar Moskvanın "Sovetski pisatel" nəşriyyatında böyük tirajla nəşr edilmişdir.
Tərcümələriniz yüksək peşəkralıq səviyyəsi, orijinala yaxınlığı ilə seçilir. Çevirdiyiniz əsərlərin bədii keyfiyyətinin və müəllifin üslubunun saxlanılmasına nail olursunuz.
Siz 1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. Əmək fəaliyyətinə "Bakinskiy raboçiy" qəzetində ədəbi işçi vəzifəsində başlamısınız. "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, söbə müdiri, məsul katib, "Literaturnaya qazeta"nın Azərbaycan üzrə müxbiri, SSRİ Yazıçılar İttifaqının ədəbiyyat üzrə məsləhətçisi, Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, Azərbaycan KP MK-nın mədəniyyət şöbəsinin müdiri, Şəki şəhər Partiya Komitəsinin birinci katibi olmusunuz. 1990-cı ildən Azərbaycan Dövlət Nəşriyyatının direktorusunuz.
Hörmətli qələm dostumuz!
Sizi bir
daha 70 illik yubileyiniz münasibətilə
təbrik edir, sizə uzun ömür, cansağlığı,
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-17
aprel.-S.5.