Danış sən

 

Qar üstünə iz salmağa var ki,

Daş üstünə iz salmaqdan danış sən.

Quru üstə ləkə salar qübar ki,

Yaş üstünə iz salmaqdan danış sən.

 

Yazammıram varağıma hər sözü,

Bir gördüm üstələdi səhv düzü.

İz salacaq üzə, gözə il özü -

Qaş üstünə iz salmaqdan danış sən.

 

Gün təqvimdən düşən kimi il olur,

Əl danışmır, tarix yazan dil olur.

Ömrümüzü alıb gedən yel olur,

Yaş üstünə iz salmaqdan danış sən.

 

Yol daşının çoxu hələ naşıdı,

Göy ağlayır, yağışlar göz yaşıdı.

Ölənlərin baş daşları - başıdı -

Baş üstünə iz salmaqdan danış sən.

 

Peşimana təsəllidən qaldı?

qaldısa təəssüfdən halaldı.

Məqam ötdü, hiss soyudu - haldı -

"Kaş" üstümə iz salmaqdan danış sən.

 

 

Səhv

 

Səhv elədim, səhvim səfə düzüldü,

Bu zənciri asılmaqçün gizlədim.

Üz nağara, sillə dəfdə düzüldü

Hər sillənin zərbəsini izlədim.

 

Gecə-gündüz səhvlərimlə qaçdı-qov,

Səhv böyüdü, mən kiçildim bu bəhsdə.

Ömür dəniz, həyat balıq, səhv tilov,

Qızıl balıq tilovda son nəfəsdə.

 

Azadlıqdan məni azad eylədi,

Bağışlamır indi səhvim - neyləyim.

Düzlüyümü düzlüyə yox eylədi,

Səhvlərimi gərək səhvə söyləyim.

 

Səhv eləyib bu dünyaya gəlmişəm,

Bir belə səhv eləsəm olar?

Bir gördüm səhv eləyib ölmüşəm,

Deyəcəklər yenə bunun səhvi var.

 

 

Qocalıqda

 

Qocalıqda saçların

Qara günü başlanır.

Ucalıqda dağ başları

Qara daşla daşlanır.

 

Qocalıqda qara saçlar

Mələklərlə suçlanır.

Ucalıqda qara saçlar

Küləklərlə saçlanır.

 

ucalıq pay verilir,

qocalıq hər kəsə.

Bu taledi, burda gərək

Tale gəlib şərt kəsə.

 

 

Rübail

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.7.