Sən bir qəm xiridarı

 

"Bütün dostlarımdan yeganə xahişim ondan ibarətdir ki, ölərsəm, məni şəhid kimi dəfn etsinlər." Bu, bütün şəhidlərimizlə "şəhid olmuş", bütün qəhrəmanlarımızla təzədən "doğulmuş" çadır şairi Mətləb Misirin ürək sözləridir. Bəlkə bu təyin (çadır şairi) Mətləb müəllimin o qədər xoşuna gəlməyəcək. Çünki Mətləb Misir çadır ədəbiyyatını yaratmamışdan əvvəl tanınmış söz adamları, ziyalılar arasında seçilən müəlliflərdən idi. Ancaq məsələ ondadır ki, ötən on beş ildə qaçqın, köçkün həyatını bütün ağrı-acısı, nisgili ilə onun qədər dərindən, həm ardıcıl olaraq işıqlandıran müəllifə çətin rast gəlmək olar. Özünün dediyi kimi, o, taleyinin qaçqınlıqda keçən 15 ilini Qarabağ həsrətiylə qol-boyun yaşayıb; el-obasıyla birgə. Bu mənada, bütün hisslərin yaşanılarkən daha təbii ifadə olunması baxımından Mətləb Misir doğrudan da dövrümüzün çadır şairidir. Çadır - onun "qollarının qandalı", "ayağının çidarı", "həsrətinin bəyaz qarı", "ömrünün dözüm cıdırı", ən nəhayət, "dərdlərinin çətiri"dir.

 

Bura həsrət ləngəri,

Bura ümid səngəri

Öləzimir, səngimir

Bu yerdə ağrı, acı,

Yaşamaq ehtiyacı.

 

M.Misirin çadır şeirləri rəngarəngdir, rəngbərəngdir; burada ümidə sığınan qəmli çadırlarla yanaşı, adamlara " yalan danışmağı öyrədən", "yalan görkü" olan çadırlar da var. "Yardıma açıq əl"ə bənzəyən çadırlarla yanaşı, "sıxılmış yumruğa bənzəyən"lər var.

 

Bu çadırda da

Ehtiyac izləyir

Adamları qarabaqara.

Bu çadırda da

Adamlar, talelər

Qoyulub qumara

 

Burada zaman qatıb-qarışdırıb bir-birinə qaranı, ağıNimdaş çadırlar nimdaş bir çadır qəbristanlığı.

Ancaq bütün bu nisgilli notlarla birgə şairin ümid dolu misraları da çadır-çadır sıralanır:

 

Yenə yağış yağdı,

Düzəldi sonuncu çadırda

Gölməçə.

Təşnə ümidləri

suvarmaq vaxtıdır, məncə.

 

Dərdli şair həm nikbindir, içində qisas adlı kin böyüdən inadkar çadırların səsinin sonra çıxacağına inanır.

Ancaq bir gün söküldü bu çadırlar, dövlət qayğısına qaldı qaçqın, köçkün vətəndaşlarınınŞair "ümid kövrəlirdi, qəm yuxalırdı, elə bil qartımış dərd yıxılırdı" dedi. Qarabağa dönüşümüzə ümid günü kimi qiymətləndirdi bunu Mətləb Misir.

Qarabağa yox, Zobucuğa - qaçqınlar məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə köç etdi çadırlar

Bu gün Füzuli rayonunun Gecəgözlü kəndinin 18-20 kilometrliyində, Zobucuq 1 saylı qəsəbədə özünün dediyinə görə, rahat yaraşıqlı bir mənzildə yaşayır Mətləb Misir. Orada hətta telefon da var. Qarabağa bu qədər yaxınlaşdığına sevinir. Hərdən redaksiyada görüşürük. Əvvəl yaxın dostu, həmyerlisi olan Vaqif müəllimi - atamı soruşur. Sonra , gücSonra yeni şeirlər… 70 yaşında belə qələmi saz, sözləri dipdiridir.

 

Mətləb Misir - yanar günəş,

Özü atəş, sözü atəş.

 

Qəlbinizin, sözünüzün alovu öləziməsin, Mətləb müəllim! Doğum gününüz mübarək!

 

 

Hicran Hüseynova

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.7.