Sən bir
məktəbsən ki...
Böyük Cəlil Məmmədquluzadənin
Cəlilabad
şəhərindəki abidəsi önündə
Gəldim
əhvalını soruşmaq üçün,
fikrinə, duyğuna qovuşmaq üçün;
Piyada gələrəm hayanda
olsam, -
Səninlə doyunca danışmaq üçün.
Sən bir məktəbsən ki, böyük,
möhtəşəm!
-
Hayıf, az görmüşəm, az
götürmüşəm.
Sən sözü ən əziz nemət bilərdin,
-
Mən sənə bir ürək söz gətirmişəm!..
Nə söz
götürmüsən, nə əyilmisən! -
Mənəvi
atamız sən deyilmisən?!
Mən burda
anadan olsam da, ustad,
Yenə qonaq
mənəm, ev yiyəsi - sən.
Bu torpaq adınla
öyünür sənin,
Çalıbdır laylanı Araz, Kür sənin;
Sənin surətindir
daşa can verən, -
Heykəldə
də qəlbin döyünür sənin.
Ürək bir
aləmdir - yanmasa dolmur,
Ürəksiz baxanda
görmək də olmur;
Gözdən yaş
çıxmayır ürək
yanmasa, -
Ürək
yanmayanda gülmək
də olmur.
Sən öz
taleyinlə dünyada
təkdin!..
Qəlbin
yanmasaydı gülməyəcəkdin.
Biri həsəd çəkdi, biri kef çəkdi,
Sən isə
bir xalqın dərdini çəkdin!..
El qəmindən özgə qəmin vardımı?
Qeyrətdir anaya
övlad yardımı!..
Böyüklər böyük dərd çəkməsəydilər,
O dərdlər, bəlalar
yox olardımı?
Sən bir
məktəbsən ki,
böyük,
möhtəşəm! -
Hayıf, az görmüşəm,
az
götürmüşəm.
Sən sözü
ən əziz nemət bilərdin, -
Mən sənə
bir ürək söz gətirmişəm!..
Ayaz VƏfALI
10 may 1980
Ədəbiyyat
qəzeti.- 2009.- 4 dekabr.- S.3.