Rüstəm İbrahimbəyov-70
Hörmətli Rüstəm
müəllim!
Sizi - görkəmli sənətkarımızı,
yazıçı-dramaturq və kino xadimini 70 yaşınızın
tamam olması münasibətilə təbrik edirik.
Siz ədəbi
yaradıcılığa ötən əsrin
altmışıncı illərində başlamısınız, az
bir zamanda imzanız
nəinki ölkəmizdə, onun hüdudlarından kənarda
da tanındı. "İşgüzar səfər",
"Unudulmuş avqust", "Bağ evi" kimi əsərləriniz
ədəbi ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanmışdı. Qələmə aldığınız əsərlər
mövzusunun müasirliyi,
yüksək bədii
dəyəri ictimai problemlərə orijinal yanaşma tərzi ilə diqqəti cəlb edirdi. Qırx ili
adlayan çox
məhsuldar və şərəfli yaradıcılıq
yolu keçmisiniz. İndi görkəmli yazıçı,
kino xadimi kimi sizin adınız ölkəmizin sərhədlərindən çox-çox
uzaqlarda da məşhurdur. Milli kinomuzun qiymətli nümunələrindən
sayılan "Bir cənub şəhərində",
"Ad günü",
"İstintaq", "Ölsəm,
bağışla", "Həm ziyarət, həm ticarət"
filmlərinin ssenari müəllifısiniz. Sizin ssenariniz əsasında çəkilmiş
"Səhranın bəyaz
günəşi" filmi
"Mosfilm" kinostudiyasında ekranlaşdırılmış,
çox böyük uğur qazanmışdır.
Sizin ssenariniz əsasında Odessa kinostudiyası
"Çekist haqqında
povest", "Qırğızfilm"
kinostudiyası "Bunun
eybi yoxdur", "Mosfilm" kinostudiyası
"Müharibənin sonunda
sakit gün", M. Qorki adına Kinostudiya "Onda mən də
"yox" dedim",
filimlərini çəkmişdir.
90-cı illərdə ekranlara
çıxmış və
ən yüksək beynəlxalq mükafatlara
layiq görülmüş
"Qətldən yeddi
gün sonra",
"Urqa məhəbbət
ərazisi", "Sibir
bərbəri", "Günəşdən
usanmışlar" və
s. filmlərin də ssenari müəllifi sizsiniz. Amerika Kino Akademiyasının "Oskar"
mükafatını almış ilk azərbaycanlısınız. Yaratdığınız "İbrus" teatrı
da çoxşaxəli
fəaliyyətinizin bir
hissəsidir. Hələ sovet dövründə
ən yüksək mükafatlara -SSRİ Dövlət
mükafatına, Azərbaycan
SSR Dövlət mükafatına,
Ümumittifaq Komsomol mükafatına
layiq görülmüsünüz.
Ədəbiyyatımız və mədəniyyətimiz
sahəsində xidmətləriniz
yüksək qiymətləndirilmiş,
sizə respublikanın
xalq yazıçısı,
əməkdar incəsənət
xadimi fəxri adları verilmiş, Azərbaycan Respublikasının
"Şöhrət" ordeni
ilə təltif edilmisiniz. Çoxlu sayda beynəlxalq
mükafatlar almısınız.
Kino sahəsindəki fəaliyyətiniz
yalnız ssenari işi ilə məhdudlaşmır. Kino işinin
bacarıqlı təşkilatçısı
və rəhbəri kimi səmərəli fəaliyyət göstərirsiniz.
Uzun illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının
sədrisiniz.
Hörmətli Rüstəm
müəllim!
Sizi bir daha yubiley
münasibətilə təbrik
edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-6 fevral.-S.1.