“Yaradıcılığımda böyük rolu olub”

 

Özümü son dərəcə xoşbəxt hiss edirəm ki, iki böyük yaradıcı şəxsin mənim yaradıcılığımda həyatımda böyük rolu olub. Bu iki şəxsdən biri görkəmli kino xadimi, kinodramaturq, yazıçı, kino-rejissor Rüstəm İbrahimbəyov, ikincisi isə unudulmaz görkəmli rejissorumuz Rasim Ocaqov olmuşdur. Məhz bu iki yaradıcı şəxsin birgə yaradıcılıq işi, həyatı, insanları düzgün başa düşməyi səbəbindəndir ki, "Ad günü" filmi yarandı. "Ad günü" filmi Rüstəm İbrahimbəyovun iki hekayəsi əsasında "Ezamiyyət" "Ad günü" hekayələri əsasında çəkilmişdir. Bu filmdə Mustafa rolunda çəkilmək məni, bir kinoaktyor kimi tamaşaçılara tanıtmış sevdirmişdir. "Ad günü" filmi çəkilənə qədər mən Rüstəm İbrahimbəyov haqqında eşitmişdim, amma şəxsən tanış deyildim. Onunla tanış olandan sonra mən onun bir kinossenarist, böyük bir kinodramaturq olduğunu, yüksək səviyyəli bir sənətçi, böyük intellekt sahibi olduğunu duyaraq qürur hissi keçirdim.

Hər il Azərbaycanda, Bakıda Şərq-Qərb kino festivalının keçirilməsi bu festivala dünyanın bir çox yerlərindən kino xadimlərinin, kino məşhurlarının dəvət edilməşi məhz Rüstəm İbrahimbəyovun nüfuzu zəhməti sayəsində başa gəlir. Biz kino sənəti adamlarının Rüstəm İbrahimbəyova hörməti məhəbbəti sonsuzdur. Mən həmişə fəxr etmişəm, indi qürur duyuram ki, Rüstəm İbrahimbəyov kimi görkəmli kino xadiminin yaradıcılığında mənim müəyyən qədər zəhmətim olub, uğurlarım da bu insanın yaradıcılığı ilə bağlıdır.

 

 

Hacı İsmayılov

xalq artisti

 

Azərbaycan.-2009.-6 fevral.-S.3.