İçərişəhər YUNESKO-nun təhlükədə
olan dünya irs abidələri siyahısından
çıxarılacaq
Yaxın vaxtlarda
İçərişəhər YUNESKO-nun təhlükədə
olan dünya irs abidələri siyahısından
çıxarılacaqdır. Monitorinq aparan qurumun ekspertlərinin
qənaətinə görə, İçərişəhərdə
aparılan sistemli abadlıq işləri bunu təsdiqləyir.
Tarixi abidələrin
mühafizəsi problemi dünyanın bir çox ölkələri
üçün aktualdır. İçərişəhərin
"Master Planı"nı hazırlayan işçi qrupunun
rəhbəri Karlo Çezari deyir ki, dünyanın ən qədim
memarlıq abidəsi olduğu üçün İçərişəhərin
də mühafizəsi həm Azərbaycan, həm də YUNESKO
üçün çox vacibdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfıri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
İçərişəhərin
abadlaşdırılmasına xüsusi diqqət göstərmələri
isə bu qədim şəhərin taleyində müsbət dəyişikliklərə
təkan vermişdir. Ümumbəşəri sərvət olan
İçərişəhərdə sistemli bərpa işlərinə
başlanılmışdır. Bu da ona imkan verəcək ki,
İçərişəhər yaxın vaxtlarda YUNESKO-nun təhlükədə
olan dünya irs abidələri siyahısından
çıxarılsın.
Elə İçərişəhərdə
monitorinqini başa vuran YUNESKO-nun ekspertləri də bu
fıkirdədir. Karlo Çezarı bildirmişdir ki, ekspert
qrupu yaxın günlərdə monitorinqin nəticələrini
quruma təqdim edəcəkdir. O qeyd etmişdir ki, YUNESKO-nun
nümayəndələri buraya 2000-ci ildə baş verən
zəlzələdən bir az sonra gəlmişdilər. O vaxt
binaların bəzilərində çatlar əmələ gəlmişdi.
Buna görə də burada bəzi işlər
aparıldı. İndi isə o illərlə müqayisədə
çox müsbət dəyişikliklər vardır.
Artıq burada işlər sistemli və nəzarətli
aparılır. Bunu monitorinqi aparan ekspertlər də söyləyirlər.
Əvvəllər də
YUNESKO-nun dağılmaqda olan tarixi abidələrlə
bağlı siyahısında yer alan bəzi dünya abidələrinin
hazırda bu siyahıdan
çıxarıldığını vurğulayan Karlo
Çezari demişdir ki, yaxın günlərdə qurum
İçərişəhər haqqında da müsbət qərarını
verəcəkdir. Mütəxəssis onu da diqqətə
çatdırmışdır ki, YUNESKO-nun monitorinq aparan
ekspertləri yeni hazırlanan "Master Plan"la da
tanış olaraq müsbət rəy vermişlər.
"Master Plan"ın hazır olması da YUNESKO-nun qərarında
önəmli rol oynayacaqdır.
Ədəbiyyat qəzeti.-2009.-13 fevral.-S.3.