Bir gözəl hünərə doğru

 

"Mən uşaq deyiləm, xeyli yaşım var, bilirəm söz nədi", sözçülük nədi… Nəyi necə oxumağın fərqindəyəm.

Fərqindəyəm ki, elə təkcə bu "Qapı" adlı şeirlə bağlı içdən gələn uzun, çox uzun bir söhbət başlamaq olar. Sonra o söhbəti yenidən, yenidən, bir yenidən təzələmək ehtiyacı baş qaldırır:

 

Bağlaya bilmədim mən bu qapını,

Elə açıq oldu vaxtın üzünə

 

Elə açıq oldu vaxtın üzünə,

Gördüm səmalara tən bu qapını.

Gah üzgün, gah məmnun baxdım

üzünə,

Bağlaya bilmədim mən bu qapını

 

Bu duyğulu misralar Firuzə Məmmədlinin özünəməxsus deyim tərzini, yazı texnikasının elastikliyini, sənətkarlıq məziyyətlərini bütöv, boyaboy qapsayır. Bütün bunlar öz yerindəAncaq əsas məsələ bu misraların altyapısında hifz olunan bir xəfif auranın sərhədsizliyində, genişliyindədi. O genişlik, sərhədsizlik fonunda müəllifin qış ilə yaz arasında çəpərə tutulmuş ömrünün dustaqlığı da vaxtı-vədəni saymağındadı. Bir ona şükür ki:

 

Çoxdan çəkdi, azdan çəkdi,

Hər ağızdan, gözdən çəkdi,

çəkdisə sözdən çəkdi,

Yenə sözü tutdu bu qız.

 

Qışla yaz arasında çəpərlənən sevdalı bir ömrün yaşantılarını isə onun öz misralarından yaxşı heç ifadə edə bilməz. Bu barədə Vaqif Yusiflinin, Ələkbər Salahzadənin, Kəramətin, Qurban Bayramovun, Tehran Əlişanoğlunun, fərqanənin, Dəyanət Osmanlının, Əli Rza Xələflinin, Fariz Çobanoğlunun b. yazdıqlarını oxumuşam. Kəramətin "Füruzə Məmmədli poeziyası haqqında danışarkən "qanad" epitetini fərqləndirməyim, altını cızmağım təsadüfi deyil, onun bədiyyatının stixiyasından doğulub, ruhundan qanadlanaraq özümlüyün göstərən alimlərdən biridir" - fikri əslində hər bir söz adamının münasibətini ifadə edir. Eləcə Vaqif Yusiflinin yazdıqları: "Firuzənin şeirləri hər şeydən öncə yaşanmış hisslərin, duyğuların ifadəsidir. Bu hissləri, duyğuları poetik hisslərə çevirmək, onları şerin yaşam duyğuları kimi ifadə etmək o zaman mümkün olur ki, sevgini - o müqəddəs hissi adilikdən qeyri-adiliyə qaldıra biləsənFiruzənin lirik qəhrəmanı üçün sevgi həyatdır, gözəl ömürdür, mənəviyyatdır, bundan kənarda adiliklər, xırdalıqlar, təfərrüatlar yaşayır". Əlavə edirik ki, bunun başlıca səbəbi F.Məmmədlinin özünün vurğuladığı kimi, şeirdə diri olmaq, yaşamaq elmindədi:

 

Ötüb-keçdi, qış ömrünü sürüdü,

Hər yetən gün bir xatirə yeridi,

firuzə ki, hər şerində diridi,

Belə ömür hər ömürdən öncədir.

 

Firuzə xanımın müşahidələri

 

Günün qarası qəlbimdə,

Ağı saçımda çevrilir -

 

şəklində ifadə olunanda da təzədi, tərdi.

 

Sənsiz keçən günlə ölüm

Gözümü örtsün gəlməyim -

 

kimi təqdim ediləndə . O, görünənin maddi olanın alt yapısını, mantar qatını müxtəlif görüm bucaqlarından təqdim edir. fərqinə varır ki:

 

Bir binaya özüldü daş,

Bir küçəyə düzüldü daş.

Brilyantdı, qızıldı daş,

Daşı daş görən yanıldı.

 

Firuzə xanım şerin-sənətin geniş yoluyla Məhsəti Gəncəvi, Ağabəyim Ağa, Heyran xanım, Mirvarid Dilbazi, Mədinə Gülgün, Nigar xanım Rəfibəyli xanım-xatınlığıyla gedir. Özünün yazdığı kimi, bir gözəl hünərə doğru döşünə döyübən addımlayır. Şerin, sənətin yolu, səması isə intəhasızdı, sonsuzdu.

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-13 fevral.-S.3.