Vida sözü

 

Mənəvi dünyamızın zirvələr qartalı, şeir-sənət mülkünün mütəfəkkir sultanı, XX əsrdə milli istiqlal qovğasının fikir sərkərdəsi Bəxtiyar Vahabzadə vaxtsız vəfat elədi, dostları, doğmaları, milyonlarla pərəstişkarını ağlar qoydu. İfadəmdəkivaxtsızsözünə kimsə irad tutmaq fikrinə düşməsin. Çünki bütün zamanlarda dahilərin ölümü vaxtsız olur. Milli-bəşəri hürriyyət eşqi ilə yaşayıb, insanlığın parlaq istiqbalı naminə yaradanların ömür həddi, tədqiqatçılar istisna olmaqla, zaman keçdikcə, kimsənin diqqətini cəlb etmir. Lev Tolstoy 82 il, Puşkin 38 il, V.Hüqo 83 il, Bayron 36 il, Höte 83 il, M.Ə.Sabir 49 il, Cəfər Cabbarlı 35 il, Dobrolyubov 25 il, Əli bəy Hüseynzadə 76 il ömür həddində əbədiyyət haqqı qazandılar 210 yaşlı Puşkin , 207 yaşlı Hüqo da, 260 yaşlı Höte bu gün dünyasını dəyişsəydi, təbii ki, qədirbilən bəşəriyyət vaxtsız ölümdən gileylənəcəkdi.

Tale mənə əziz Bəxtiyarımızla 62 il dostluq etmək imtiyazı verdi. Universitet təhsili, ailə növrağı, atalıq haqqının ilk fərəhi, kirayənişinliyin məhdudiyyətləri, ilk kitabının nəşri, təzə mənzil asudəliyi, ana itkisi, Bakı Sovetinə, Ali Sovetə deputat seçilməsi, Dövlət mükafatı laureatı, elmlər doktoru, akademik seçildiyi günlərin sevincini onunla birgə yaşadım, eyni zamanda müjdəli, ələmli günlərimdə onu Neftçalada yanımda gördüm.

İnsan ömrü təbiətə bənzəyir - daim dəyişir, kasadlaşır-zənginləşir, axar-baxarlı yaz, yaşıllığı qovurub xəzəl edən qızmar yay, barlı-bəhrəli payız, torpağa qar yorğanı çəkən qışBu mənada Bəxtiyar heç vaxt təbiətə bənzəmədi, uzun ömrümdə onu heç zaman öz əzəli təbiətinin əks qütbündə görmədim. Haqqa təzim edən böyük şair haqsızlıq önündə qədər mübariz, barışmaz, cəsur, məğrur, ötkəm, inadkar idi!

Müstəqil Azərbaycanımızda dövlət rəhbərinin, millətin sonsuz qayğı məhəbbəti ilə ömrü rövnəqlənən şair heç vaxt özünü tam xoşbəxt hesab eləmədi. Mən onu könül xoşbəxtliyinin hər iki çalarına - yəni ruhi sakitliyə taledən tam razılığa həsrət gördüm. Özünə qarşı müstəsna diqqət qayğıdan məmnun qalan şair heç vaxt "Vətəndən vətənə həsrətlə baxan", doğma yurdundan didərgin düşən həmvətənlərindən özünü ayrı təsəvvür edə bilmədi. Yalnız bu mənada heç vaxt köhnəlməyən köhnə dərdləri ilə baş-başa yaşadı mənalı ömrünün 84-cü ilində onu ürəkdən sevən milyonları gözü yaşlı qoyub əsil kişi ləyaqəti ilə axirət dünyasına köç elədi.

Görüşənədək. Əlvida, qardaşım.

 

İmamverdi ƏBİLOV

 

Ədəbiyyat qəzeti.-2009.-20 fevral.-S.6.